Seyval Haqqinda Melumat - Vikipedia

Seyval Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur.

Seyval
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Seyval
Beynəlxalq elmi adı
Farer adalarında buraxılan poçt markası

Xüsusiyyətləri redaktə

Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir.

Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir.

Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir.

Boğazlıq dövrü 10,5–12 aydır.

Cütləşmə dövrü aprel-avqust aylarına təsadüf edir. Seyvallar 300 metr fərinliyə üzə bilirlər və su altında 20 dəqiqə qala bilirlər. Onların sürəti 25 km/s təşkil edir. Dünyanın bütün okeanlarında yaşayırlar. Əsasən suyun temperaturu 8–25° S olan ərazilərdə üzürlər. Sahildən bir qədər aralıda, açıq dənizdə yaşayırlar.

Təsərrüfat əhəmiyyəti redaktə

Göy balinaFinval ovunun kəskin azalmasından sonra əsas təsərrüfatına çevrilmişdir. 1986-cı ildən ovuna qadağa qoyulmuşdur.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Ədəbiyyat redaktə

  • Вюрц М., Репето Н. Дельфины и киты. — М.: АСТ, 2003. — 168 с. — ISBN 88-8095-967-0.

Mənbə redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023