She and Her Cat Haqqinda Melumat - Vikipedia

She and Her Cat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫?, azərb. O və onun pişiyi‎)Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir.

She and Her Cat
Üzlük.
彼女と彼女の猫
(Kanojo to Kanojo no Neko)
azərb. O və onun pişiyi
Janr dram, həyat dilimi, romantika
Anime
RejissorMakoto Şinkay
BəstəkarTenmon
StudiyaCoMix Wave Films
Vaxt5 dəq.
Manqa
ManqakaTsubasa Yamaquçi
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
Vertical
JurnalMonthly Afternoon
Demoqrafiyaseynen
Nəşr tarixi25 fevral 2016 – 25 may 2016
Cildlər1
Anime
Kanojo to Kanojo no Neko: Everything Flows
RejissorKazuya Sakamoto
SsenaristNaruki Naqakava
BəstəkarTo-Mas Soundsight
Fluorescent Forest
StudiyaLiden Films
KanalTokyo MX
Buraxılış tarixi4 mart 2016 – 25 mart 2016
Seriyalar4
  Anime və manqa portalı

Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir. O, 2000-ci ildə DoGA CG Animasiya Müsabiqəsini qazanmış və CoMix Wave Films-in diqqətini cəlb etmişdir. Studiya animeni CD-ROM formatında yenidən buraxmış və Şinkayı işə almışdır. 2016-cı ildə anime serialı və manqa adaptasiyaları buraxılmışdır.

Məzmun redaktə

Hekayə bütov bir ili əhatə edir.[1] Yağışlı yaz günlərinin birində O küçədə Çobini tapır və onu evinə gətirir. O mehriban və gözəl olduğundan Çobi öz sahibinə vurulur. Yayda Çobinin Mimi adlı sevgilisi olur. Mimi Çobi ilə evlənmək istəyir, amma Çobi Onu sevdiyinə görə Miminin təklifini qəbul etmir. Bir payız günündə O telefonda uzun danışıq aparır, bundan sonra ağlayır və depresiyaya düşür. Çobi söhbətin nədən getdiyini və nəyin baş verdiyini anlamır, amma Onun günahı olmadığı qərarına gəlir. Çobi Onun yanına gəlir və onu sakitləşdirir. Vaxt keçir və qış gəlir, O işə gedir və həyatını davam etdirir. Ən sonda, O və Çobi birlikdə yaşadıqları üçün xoşbəxtdirlər və birlikdə "Mən düşünürəm ki, bu dünyanı sevdik" deyirlər.

İstehsal redaktə

"She and Her Cat" Makoto Şinkay tərəfindən yazılmış və çəkilmişdir. Pişiyi də o səsləndirmişdir.[1] Onda bu ideya 1997-ci ildə yaransa da,[2] 1998-ci ildə Falcom adlı videooyun şirkətində işləyərkən layihə üzərində işləməyə başlamışdır.[3][4] İşi ilə əlaqədar kompüter qrafikası haqqında təcrübəsi[4] olduğundan kompleks prosedurları azaltmaq istəyirdi.[3] Nəhayət sonda ağ-qara animasiya yaratmaq qərarına gəlmişdi, çünki rəngli animasiyası ağ-qara animasiyadan 3 dəfə çox kompüterində yaddaş tutacaqdı.[3] Bundan əlavə, işin tez başa çatmasını istəyirdi. Bu vaxt bir rol oyunu üzərində işlədiyindən bu janrın "çox zəngin və ətraflı" olduğunu bilirdi və bunu animenin arxaplanına tətbiq etmək qərarına gəldi.[5] Bundan əlavə, küçələrin və şəhərin şəkillərini çəkdi və əllə çəkilmiş animasiya üçün əsas kimi istifadə etdi.[6] Şinkay 3D səhnələr üçün Adobe After Effects proqramından, digər effektlər üçün Shade, IllustratorLightWave proqramlarından istifadə etmişdir.[2]

Şinkay bunu "şəxsi film" adlandırmışdır, çünki animeni sevdiyi bir qızın üzləşdiyi problemlərin öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdr.[7] Bu zaman elektrik xətləri ilə əhatə olunmuş kiçik mənzil də yaşaması da ssenariyə təsir etmişdir. Bunlar "çirkin şeylər" olsa da, o, "animenin ətraflı görünməsini və bu cür situasiyada yaşamağın problem yaratmadığını ifadə etmək istəyirdi".[5] O, "yaşamağın qeyri-müəyyən tənhalığı", "bezdirici ağrı", "səmimi istilik" kimi hislərin animedə əksini tapmasını arzulayırdı[2] və bunun sadəcə sözlərlə etməyin çətin olduğunu düşündüyündən, şəkil və səslərə üstünlük vermişdir. Şinkay deyir: "Mən animasiyanın öz-özünə danışmasına icazə verdim. Onun sadəliyi məni məmnun etdi".[8]

Film demək olar ki, ancaq Şinkay tərəfindən istehsal olunsa da, onun üç köməkçisi var idi: Mika Şinohara Onu səsləndirmiş və bir neçə illüstrasiya çəkmişdir. Tenmon musiqi bəstələmişdir. Bundan əlavə, "Rabraris" istehsalçı heyətdə göstərilmişdir.[2]

Buraxılış və qəbul redaktə

Şinkay 1999-cu ildə animeni tamamladıqdan[2] sonra CD-R formatında nüsxələr hazırlamış, Comiket tədbirlərində və saytı vasitəsilə elektron poçtdan 5.000 nüsxə satmışdır.[9] Anime müsbət tənqidlər almış və 2000-ci ildə DoGA CG Animasiya Müsabiqəsində qalib gəlmişdir.[9] Anime's müəllifləri Kolin Odell və Mişel Le Blenk animeni "sadə, haqqını verən, gözyaşardan" adlandırmışdırlar.[1] Mania.com saytından Kris Beveric animenin 3 versiyasını izləmiş və demişdir: "hər biri möhtəşəm və hekayənin sadə olması gözəldir".[10] 2017-ci ildə Anime News Network saytından Anna Laurenrot animeni Şinkayın ən yaxşı 9-cu işi (11-dən) kimi göstərmiş və mənzərəyə səmimi gözəllik qatan "işıqlandırmasına" və "diqqətlə yerləşdirilmiş detallarına" görə tərifləmişdir.[11]

"She and Her Cat" Makoto Şinkayı məşhur edən və onun CoMix Wave Films studiyasında işləməsinə yol açan əsərdir.[4] O, əvvəlcə şirkətdən əsərlə bağlı tənqidi yazı olan "çox uzun mesaj" qəbul etmişdir. Daha sonra isə şirkət onu işə almışdır.[9] Əsər Mangazoo (daha sonra CoMix Wave-in parçası) şirkətinin də diqqətini çəkmiş və onlar animeni CD-ROM formatında buraxmışdırlar.[12] Buraxılışa saundtrek və filmin üç versiyası daxil idi: tam beş dəqiqəlik versiya, üç dəqiqəlik versiya, dəqiqə yarımlıq versiya.[13] Anime daha sonra "Voices of a Distant Star" anime filminin əlavəsi kimi onun DVD buraxılışına daxil edilmişdir.[13] ABŞ-da buraxılan yeganə versiyası "Voices of a Distant Star"la birlikdə buraxılan subtitrlı versiyasıdır (ADV Films tərəfindən 2003-cü ilin iyununda).[10][14] DVD filmin 3 fərqli versiyasından ibarətdir.[10]

İrs redaktə

2016-cı ilin yanvarında Kadokawa Shoten nəşriyyatının "Newtype" jurnalının fevral buraxılışında "Everything Flows" adlı anime serialı anons edilmişdir.[15][16] Kazuya Sakamotonun rejissoru olduğu film Liden Films studiyası tərəfindən çəkilmişdir. Hərəsi 7 dəqiqə çəkən 4 seriyadan ibarət anime 4 martdan 25 mart 2016-cı ilə kimi Tokyo MX kanalı vasitəsilə yayımlanmışdır.[15][17] Crunchyroll Asiya regionu istisna olmaqla anime serialını bütün dünyada yayımlamışdır.[18] Anime serialının DVD / BD buraxılışı 18 may 2016-cı ildə buraxılmışdır. Buraxılışa əlavə material və 90 saniyəlik açılış səhnəsi daxil edilmişdir.[19] Bu buraxılış daha sonra Tokionun Şimokitava rayonundakı Tollivud kinoteatrında 21 maydan 27 may 2016-cı ilə kimi göstərilmişdir.[20] DVD və BD cildləri uyğun olaraq 230 və 1521 nüsxə satmış, Oricon-un ən yaxşı satanlar siyahısında uyğun olaraq 18-ci və 6-cı yerlərdə peyda olmuşdur.[21][22]

Anime serialı əsasında Tsubasa Yamaquçinin manqa adaptasiyası Kodansha nəşriyyatının "Monthly Afternoon" jurnalının 2016-cı il mart buraxılışında anons edilmişdir.[23] Manqa jurnalın 2016-cı il aprel buraxılışında nəşr olunmağa başlamışdır. May ayında isə başa çatmışdır.[24] 23 avqust 2016-cı ildə Kodansha tərəfindən tək cildi buraxılmışdır.[25] 2017-ci ilin yanvarında Vertical manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış[25] və həmin ilin 1 avqustunda cildi buraxılmışdır.[26]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Odell, Le Blanc, 2013. səh. 40
  2. 2,0 2,1 2,2 2,3 2,4 "彼女と彼女の猫" (Japanese). Makoto Shinkai official website. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  3. 3,0 3,1 3,2 Fitch, Alex; Miyata, Hanako; Williams, Tim; Johnson, Justin. "Interview with Makoto Shinkai". Electric Sheep. June 1, 2008. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  4. 4,0 4,1 4,2 Bendazzi, 2015. səh. 237
  5. 5,0 5,1 Spaziani, Scott. "Interview: Makoto Shinkai". Otaku in Review. October 19, 2010. December 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  6. Alverson, Brigid. "Anime Director Makoto Shinkai Finds the Beauty in Everyday Life". MTV Geek. October 24, 2011. September 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  7. Dong, Bamboo. "Makoto Shinkai Q&A - Anime Expo 2013". Anime News Network. July 8, 2013. February 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  8. "Makoto Shinkai – The Place Promised in Our Early Days Director". ActiveAnime. September 27, 2005. June 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2017.
  9. 9,0 9,1 9,2 Alverson, Brigid. "Makoto Shinkai: Making Anime for One Person at a Time". MTV Geek. October 31, 2011. November 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2012.
  10. 10,0 10,1 10,2 Beveridge, Chris. "Voices of a Distant Star". Mania.com. May 31, 2003. May 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2010.
  11. Lauenroth, Anne. "The Best (and Worst) Works of Makoto Shinkai". Anime News Network. December 13, 2017. January 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2017.
  12. Pinon, Matthieu. "Shinkai Makoto: la naissance d'une étoile". Animeland (French). May 1, 2003. December 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2017.
  13. 13,0 13,1 "「彼女と彼女の猫」Movies and Soundtracks" (Japanese). Makoto Shinkai official website. March 15, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 23, 2017.
  14. Kamen, Matt. "Movies of a Rising Star". Neo. August 1, 2013. April 23, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  15. 15,0 15,1 "Makoto Shinkai's She and Her Cat Short Gets TV Anime in March". Anime News Network. January 6, 2015. January 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2016.
  16. "Makoto Shinkai's She & Her Cat TV Anime Previewed in Promo Video". Anime News Network. February 28, 2016. May 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2016.
  17. "彼女と彼女の猫 -Everything Flows-". Media Arts Database (Japanese). Agency for Cultural Affairs. December 29, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  18. Luster, Joseph. "Crunchyroll to Simulcast "She and Her Cat -Everything Flows-" Anime". Crunchyroll. March 3, 2016. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  19. "She and Her Cat Complete Edition Adds New Footage". Anime News Network. April 30, 2016. January 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  20. Chapman, Paul. ""She and Her Cat -Everything Flows-" Gets Limited Theatrical Release". Crunchyroll. April 30, 2016. April 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  21. "Japan's Animation DVD Ranking, May 16–22". Anime News Network. May 24, 2016. January 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  22. "Japan's Animation Blu-ray Disc Ranking, May 16–22". Anime News Network. May 24, 2016. January 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  23. "Makoto Shinkai's She and Her Cat Anime Gets Manga Adaptation". Anime News Network. January 25, 2015. December 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2016.
  24. "She and Her Cat Manga Inspired by Makoto Shinkai's Short Ends Next Month". Anime News Network. April 25, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  25. 25,0 25,1 "Vertical Comics Licenses She and Her Cat Manga". Anime News Network. January 28, 2017. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2017.
  26. "North American Anime, Manga Releases, July 30-August 5". Anime News Network. August 1, 2017. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.

Kitab redaktə

  • Bendazzi, Giannalberto. Animation: A World History: Volume III: Contemporary Times. CRC Press. 2015. ISBN 1317519884.
  • Berra, John. Directory of World Cinema: Japan 2. Intellect Books. 2012. ISBN 184150551X.
  • Odell, Colin; Le Blanc, Michelle. Anime. Oldcastle Books. 2013. ISBN 1842435884.

Xarici keçidlər redaktə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023