Sibolar Haqqinda Melumat - Vikipedia

Sibolar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sibolar — Altay xalqları tunqus-mancur qrupunun mancur qoluna mənsub xalq.

Haqqında redaktə

Sibolar Çin Xalq Respublikasında (əsasən ölkənin şimal-qərbindəki — Sinszyan-Uyğur muxtar rayonunda, qismən Lyaonin və Qirin əyalətlərində) yaşayırlar. Onlar özlərini sibo mançju adlandırırlar. Sibolar Altay dil ailəsinin tunqus-mancur qoluna daxil olan mancur dilinin sibo ləhcəsində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin şimali Asiya tipinə aiddirlər. Şamançıdırlar. Sayları 89 min nəfərdir (1987). Siboların soykökündə əsasən mancur tayfaları iştirak etmişlər.

Siboların əsas məşğuliyyəti əkinçilikdir. Balıqçılıq və heyvandarlıq köməkçi təsərrüfat sahələridir. Mənzilləri gildən tikilir. Maddi və mənəvi mədəniyyətləri mancur mədəniyyətinə çox yaxındır.

Mənbə redaktə

Altay xalqları, Bakı,1996, səh.81.


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024