Siciliya barokkosu Haqqinda Melumat - Vikipedia

Siciliya barokkosu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Siciliya barokkosu

Siciliya barokkosu (it. Barocco siciliano) — Barokko memarlığının bir növü, yaxud qolu olub XVII–XVIII əsrlərdə təşəkkül tapmışdır. Bu növ klassik barokko memarlığından bərli-bəzəkli tağ və sütun elementlərdən başqa çoxlu sayda gülərüzlü maskalar, putto və lat. amoretta adlanan kiçik oğlan uşağı fiqurlarına, həddən ziyadə bəzək elementlərinə malik olması ilə seçilir.

Val di Noto (Noto vadisi)
it. Città tardo barocche del Val di Noto [* 1]
Ölkə İtaliya İtaliya
Tip Mədəni
Kriteriya i, ii, iv, vi, v
Keçid 1024
Daxil edilməsi 2002  (26 sessiya)
Mariya Santissima del Elemosina bazilikası, Kataniya, 1768
Siciliya barokkosu, San Nikolo kafedral kilsəsi, Noto
Notoda it. Via Nicolaci küçəsi

Yaranması redaktə

1693-cü ildə baş vermiş güclü zəlzələ nəticəsində adanın bir çox yaşayış məntəqələri dağılmışdır. Zəlzələ tarixi Noto şəhərinin tamamilə dağılmasına səbəb olur. Noto şəhəri o dövrdə adlı-sanlı Roma memarları deyil, yerli memarlar tərəfindən layihələşdirilərək tikilir. Bu zaman yerli memarlar tam sərbəst şəkildə düşünərək klassik barokko memarlığına yeni istiqamət vermişdirlər. Siciliya barokkosuna İtaliyanın yalnız Siciliya regionunda rast gəlinir. Zəlzələdən sonra yerli kübar cəmiyyətinin nümayəndələri öz saray və imqamətgahlarını, kilsə binalarını məhz bu yeni nəsil memarlarına həvalə etmişlər.

Özünəməxsusluğu redaktə

  1. Kompozisiyalarda insan, heyvan və məxluqlara məxsus gülümsəyən maska elementlərindən, putto və lat. amoretta adlanan kiçik oğlan uşağı fiqurlarından geniş istifadə olunması;
  2. Antablement, balkon və ya eyvanların ön hissəsinin dəmir və daş baluster q.yun. βαλαύστιον (balaustion) — nar çiçəyi) adlanan sütuncuqlarla işlənməsi;
  3. Mürəkkəb qurluşlu hündür və eşik pilləkan sisteminə malik olması;
  4. Qabarıq və ya batıq qövs formalı fasada malik olması;
  5. Kilsə zəngləri üçün qüllə əsas binadan azad və aralı tikilir. Bu zaman kilsə zəngləri qüllənin içərisində gizlədilmir, əksinə aşkar nümayiş etdirilərək əsas binanın fasadına inteqrasiya olunmuş müvafiq hücrələrdən asılırlar;
  6. Divar və döşəmələrin rəngli mərmərdən döşənməsi;
  7. Tikinti materialı kimi vulkanik daşlardan istifadə olunması binaya boz və qara rəng verirdi;
  8. Sütunlar əsasən tək və ya cüt halda fasad tağlarını saxlayır, demək olar ki, tikilidə sütun cərgələri olmur.
Siciliya barokkosu elementləri
 
Baluster rəsmləri
Punica granatum ザクロ.jpg 
Nar çiçəyi
Putto fiquru


Siciliya barokkosu elementləri
İsa kilsəsinin it. Chiesa del Gesù interyeri
Kataniya universitetinin fasadı, 1752

Görkəmli memarları redaktə

  • Rozario Qalyardi (1698–1762), Noto, Raquza və Modika şəhərindəki bir çox tikililərin (Raquza San Corco kilsəsi, Modika kafedral kilsəsi, Noto Del Karmine kilsəsi) müəllifi;
  • Andrea Qiqanti
  • Qvarino Qvarini (1624–1683), Messina şəhərindəki bir çox tikililərin müəllifi
  • Stefano İttar (1724–1790), Kataniya şəhərindəki bir çox tikililərin (Mariya Santissima del Elemosina bazilikası) müəllifi
  • Paolo Labisi
  • Ciulio Lasso (????–1617), Palermo şəhərindəki bir çox tikililərin müəllifi
  • Cüzeppe Venansio Marvuclia (1729–1814);
  • Tomasso Napoli
  • Andrea Palma (1644–1730), Palermo və Sirakus şəhərlərindəki bir çox tikililərin (Sant İqnasio all Olivella kilsəsi, Santa Mariya delle Kolonne kafedralı) müəllifi
  • Vinçenso Sinatra (1720–1765), Noto və İspisa şəhərlərindəki bir çox tikililərin müəllifi;
  • Covanni Battista Vakkarini (1702–1768), Kataniya şəhərindəki bir çox tikililərin müəllifi

Mənbələr redaktə

  • Version vom 7. Mai 2007
  • Nikolaus Pevsner, Hugh Honour, John Fleming: Lexikon der Weltarchitektur. 2., erweiterte Auflage. Prestel, München 1987, ISBN 3-7913-0652-9.
  • Blunt Anthony. Sicilian Baroque. — London: Weidenfeld & Nicolson, 1968. — ISBN 978–0297764403.

Xarici keçidlər redaktə


Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024