Sifət (nitq hissəsi) Haqqinda Melumat - Vikipedia
Tatli.Biz

Sifət (nitq hissəsi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sifət (nitq hissəsi)

Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi.[1] Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir.

Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir.

Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.

Sifətin məna növləri

  • Əlamət (xarici xüsusiyyətlər) bildirənlər: kök ,arıq, gözəl və s
  • Keyfiyyət (daxili xüsusiyyətlər) bildirənlər: paxıl, təmizqəlbi və s.
  • Forma bildirənlər: uzun, qalın, düz və s.
  • Həcm bildirənlər: dar, iri, kiçik və s.
  • Dad bildirənlər: turş, acı, şirin və s.
  • Rəng bildirənlər: ağ, qəhvəyi, yaşıl və s.

Sifətin quruluşca növləri

Sifət quruluşca sadə düzəltməmürəkkəb olur.

Sadə sifətlər

Sadə sifətlər bir kökdən ibarət olur: qara, yaşıl, pis, yaxşı, uzun, qısa, hündür, alçaq, gözəl, kifir və s. Azaltma və çoxaltma dərəcəsi yaradan şəkilçilər qrammatik şəkilçilərdir.

Düzəltmə sifətlər

Düzəltmə sifətlər, əsasən, isimlərə və fellərə leksik şəkilçilər artırmaqla düzəlir. Bu baxımdan düzəltmə sifətlər isimdən yaranan sifətlər və feildən yaranan sifətlər olmaqla iki yerə bölünür.

İsimdən sifət düzəldən şəkilçilər:

Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir: — lı4: maraq—lı (dərs), tərbiyə—li (uşaq), su—lu (xörək), ütü—lü (paltar) və s.

  • — sız4: dad—sız (meyvə), bilik—siz (tələbə), ot—suz (yer), güc—süz (uşaq) və s.
  • — cıl": zarafat—cıl (oglan), iş—cil (adam), söhbət—cil (qonşu), qohum—cul (kişi), ölüm—cül (yara) və s.
  • — dakı2: kitab—dakı (şəkillər), həyət—dəki (ağac) və s.
  • — ı4: badam—ı (göz), çərkəz—i (papaq), armud—u (stəkan), gümüş—ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi —yı və —yi səklində islənir: xurma—yı (saç), qəhvə—yi (rəng) və s.
  • — i (— vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan tarix—i (hadisə), dövr—i (mətbuat), daxil—i (siyasət), dairə—vi (masa), ailə—vi (dostluq) və s.
  • — kı, — ki, — kü: qabaq—kı (sıra), çoxdan—kı (əhvalat), axşam—kı (söhbət), dünən—ki (külək), bildir—ki (hadisə), bugun—kü (xəbər) və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
  • — lıq4: ay—lıq (maaş), il—lik (plan), don—luq (parça), üz—lük (daş) və s.

Bu şəkilçilərdən —lı4 və —sız4 antonim şəkilçiləridir: yağ—lı —yağ—sız (ət), duz—Iu — duz—suz (xörək), ağıl—lı — ağıl—sız (insan) və s.

  • — ı4, — lıq4, — ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: Sultan—lıq —isim, ağıl—lı (uşaq) —sifət; yaxşı—lıq —isim, qurban—lıq (qoç) —sifət; yaz—ı —isim, palıd—ı (rəng) —sifət və s.

Qeyd: Sifət düzəldən —lı şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [— rı4], [— nı4], [— dı4] şəklində tələffüz olunur. Məsələn: qarlı [qarrı], dadlı[dəddı], buludlu [hulutdu] və s.

Feldən düzələn sifətlər Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir:

  • —ağan (—əyən): qaç—ağan (at), gül—əyən (uşaq) və s. Ağla—ğan (körpə) düizəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada fel kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
  • —qan (—kən): çalış—qan (şagird), dalaş—qan (uşaq), sürüs—kən (yer), döyüş—kən (asgər) və s. Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzləmişdir. Bu sözdə fel cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cintilili samitdir.
  • —gın4 (—gin —ğun, —gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən fel köklərinə qoşulur: az—ğın (düşmən), dal—ğın (baxış), gər—gin (iş), əz—gin (sifət), sol—ğun (çiçək), yor—ğun (adam), süz—gün (baxış), duz—gün (cavab) və s.
  • —qın4 (—qın, —kin, —qun, —kün): Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən fel köklərinə qoşulur: sat—qın (adam), kəs—kin (söz), bit—kin (fıkir), coş—qun (dəniz), tut—qun (hava), küs—kün (baxış), öt—kün (söz) və s.
  • —q4 (—q —k) aç—ıq (qapı), əz—ik (paltar), yan—ıq (çörək), uç—uq (ev), sök—ük (divar), soyu—q (su), çürü—k (meyvə), böyü—k (usaq) və s.
  • —ıcı4: qır—ıcı (təyyarə), keç—ici (xəstəlik), qür—ucu (əllər), öldür—ücü (gülüs).
  • —aq (—q, —k): qorx—aq (adam), ürk—ək (at), parla—q (saç), titrə—k (səs) və s.
  • —unc, ünc: qorx—unc (hadisə), gül—ünc (iş) və s.

Qeyd 1: Feldən sifət düzaldən bu şəkilçilərdən —qın, —ğın şəkilçiləri ifo bə zi isimlər də düzəlir. Məsələn:basqın, yanğın, qırğın, sürgün və s.

Qeyd 2: —ıq va —aq şəkilçiləri həm də feldən isim düzəldir:bacar—ıq, bili—ik, yat—aq, sanc—aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.

Qeyd 3: —kan, —kin, —kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələjfüz olunur. Məsələn:sürüşkən — [sürüşgən], kəskin —[kəsgin), ötkün — [ötgün] və s.

Mürəkkəb sifətlər isə sintaktik yolla əmələ gəlir: 1: Bir sadə bir düzəltmə sifətin birləşməsi ilə (bitişik yazılır) 2: Hər ikisi düzəltmə sifətlərin birləşməsi ilə; açıqürəkli (bitişik yazılır) 3 Əks mənalı sifətlərin birləşməsi ilə (defislə yazılır) 4 eyni sözün təkrarı ilə məs: dadlı—dadlı (defislə yazılır).

Sifətin dərəcələri

Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas xüsusiyyətlərindən biri onun dərəcələridir. Müxtəlif əlamət, keyfiyyət dəyişmələrini ifadə etmək üçün sifətlərin düşdüyü şəkillərə sifətin müqayisə dərəcələri deyilir. Sifətin müqayisə dərəcələri aşağıdakılardır:

Adi dərəcə

Əlamətin normada olduğunu bildirən dərəcə adi dərəcə adlanır. O, bütün dərəcələrə meyar hesab olunur Məsələn: böyük, kiçik, enli, çalışqan.

Azaltma dərəcəsi

Əlamətin və keyfiyyətin adi dərəcədən nisbətən az olduğunu bildirən dərəcədir. Məsələn ağımtıl, uzunsov, gödərək. 2 üsul ilə düzəlir morfoloji və sintaktik.

Çoxaltma dərəcəsi

Əlamətin və ya keyfiyyətin normadan çox olduğunu bildirir. 2 üsul ilə düzəlir morfoloji və sintaktik. Məsələn: xırdaca, zil qara, ağappaq.

Sifətin cümlədə rolu

Sifətin cümlədə rolu və morfoloji təhlil qaydası Sifətlər cümlədə ən çox təyin olur. Xəbərlik şəkilçisi qəbul etdikdə isə istər isimləşmiş sifətlər, istərsə də isimləşməmiş sifətlər cümlədə xəbər olur. Məsələn: Bu oğlan çox igiddir (adi sifət). O, keçən ay onlarla ermənini məhv edən igiddir (isimləşmiş sifət). İsimləşmiş digər sifətlər isə cümlədə, bir qayda olaraq, mübtəda və tamamlıq olur.

  1. Ş.Sadıq, E.Nəcəfov, A.Əsədov. Azərbaycan dili.Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009. - 272 s.

Sifət (nitq hissəsi) haqqinda etrafli melumat


Sifət (nitq hissəsi), Vikipediya, Vikipedi, Wikipedia, Википедия, Sifət (nitq hissəsi) haqqinda, ensklopediya, melumat birosu, meqaleler, melumatlar, haqqinda, azerbaycan, android, axtar, yeni, Sifət (nitq hissəsi) Haqqinda Melumat - Vikipedia, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 163 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021