Siklon Haqqinda Melumat - Vikipedia

Siklon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Siklon (q.yun. κυκλῶν - "fırlanan") — mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir.

Katrin siklonu. 26 mart 2006-cı il

Ümumi məlumat redaktə

Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000–3000 km-ə çatır.Siklonlar 2 tipə-tropikdən kənar və tropik siklonlara bölünür.Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər.Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur.Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır.Siklonların hərəkət sürəti 30–40 km/saat və ya 700–900 km/sutka təşkil edir.Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir.Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır,bulud əmələ gətirir,yayıldığı ərazilərdə küləkli,rütubətli və yağmurlu hava müşahidə edilir. Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir.Tropik siklonlar əsasən 5-20° şm.və cən.enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb,cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər.Tropik siklonların diametri cəmi 100–300 km olur.Barik qradiyentin xeyli böyük olması ilə əlaqədar küləyin sürəti 70–75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur.Tropik siklonlar göy guruldaması,ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir.Maraqlıdır ki,tropik siklonun mərkəzi hissəsində diametri 20–50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki,həmin sahəyə "fırtına gözü" deyilir. Tropik siklon suda güclü dalğalanma,quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur.Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir. Tropik siklonlar Filippin adalarıCənubi Çin dənizində, Benqal körfəzində, Ərəbistan dənizində, Karib dənizində, Böyük Antil adalarında, Hind okeanında - Maskaren adalarında, Sakit okeanda - Yeni HibridSamoa adalarında müşahidə edilir.

Digər planetlərdə siklonlar redaktə

Siklonlar digər planetlərin atmosferində də formalaşır. Məsələn, Neptun atmosferindəki Kiçik qara ləkə siklondur. Yupiter üzərində müşahidə edilən Böyük qırmızı ləkə isə antisiklondur.

Həmçinin bax redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023