Sikstin kapellasının tavanı Haqqinda Melumat - Vikipedia

Sikstin kapellasının tavanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sikstin kapellasının tavanı

Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir.

Sikstin kapellasının tavanı
Volta della Cappella Sistina
Rəssam Mikelancelo Buonarroti
Tarixi 15081512
Üslubu dini rəssamlıq[d]
Ölçüləri 4.093 sm × 1.341 sm
Sifarişçi II Yuli
Saxlanıldığı yer Sikstin kapellası, Vatikan muzeyləri, Vatikan
Vəziyyəti Restavrasiya olunub
Saytı wga.hu/html/m/michelan/3…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur.[1]

Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng “Böyük məhkəmə” freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko GirlandayoPyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir.[2][3]

Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da VinçininMona Liza” əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən “Adəmin yaradılışı” təsviridir. Həmin əsərdən AdəmTanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır.

Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur.

Tarix redaktə

 
Roma papası II Yulinin Rafael tərəfindən işlənmiş portreti.

Roma papası II Yuli “döyüşçü papa” idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.[4]

Həmin il, yəni 1506-cı ildə II Yuli Sikstin kapellasının tavanının bəzədilməsi layihəsini düşündü.[5] Kapellanın divarları on iki il əvvəl bəzədilmişdi. Üç hissəyə bölünmüş divarların ən aşağı hissəsi qapalı pərdələri xatırladır və Rafael tərəfindən dizayn edilmiş çoxsaylı qobelenlərlə örtülmüşdür. Divarların orta hissəsi sağ tərəfdə İsanın, sol tərəfdə isə Musanın həyatından müxtəlif səhnələrin təsvir edildiyi kopleks rəsmlərlə örtülmüşdür. Həmin rəsmlər Sandro Botiçelli, Domeniko Girlandayo, Pyetro Perucino, Luka Sinyorelli, PinturikkyoKozimo Rosselli kimi ən məşhur intibah rəssamları tərəfindən işlənmişdir.[6] Divarların ən yuxarı hissəsində pəncərələr vardır, onların arasında kı imitasiya nişlərdə isə ilk otuz iki roma papasının təsvirləri vardır.[7] Matteo d'Amelia iddia edir ki, kapellanın tavanı mavi rəngə boyanmış, mavi tavanda isə ehtimal ki, zodiacal düzülüşlə qızılı ulduzlar yerləşdirilmişdir. Bu versiya ona görə inandırıcı qəbul edilir ki, kilsənin ən yuxarı təmsilçilərinin tez-tez görüşdüyü və mərasimlər keçirdiyi yer olan, Papa kilsəsi kimi tanınan kapellanın tavanının zodiakal ulduzlarla bəzədilməsi onların dini və zaman əhəmiyyətinin müşayət edilməsinə imkan verə bilərdi, lakin, Papa Yuli bu tavanın daha böyük dini əhəmiyyət daşımasını istəyirdi.[8]

Daha çox heykəltaraş kimi tanınan Mikelancelo işi öz öhdəsinə götürmək istəmirdi. Bundan əlavə, o, papanın öz məzarı üçün böyük bir heykəl kompozisiyasını hazırlamağı öhdəsinə götürmüşdü. Lakin, papa məsələyə çox sərt yanaşaraq geri çəkilmədi və Mikelancelo işi qəbul etməli oldu.[9] Lakin fransızlarla müharibə papanın diqqətini yayındırdı və Mikelancelo heykəltaraşlığa davam edə bilmək üçün Romadan qaçdı. Lakin Mikelancelo papanın məzarı üçün hazırladığı heykəlləri tamamlaya bilmədi, çünki, 1508-ci ildə qələbə ilə Romaya qayıdan Roma papası II Yuli Mikelancelodan tavan üzərində işə başlamağı tələb etdi. İş haqqında müqavilə 10 may 1508-ci ildə imzalandı.[5]

Papa tərəfindən təklif edilən cədvəldə pendentivlərdə on iki həvarinin iri təsvirlərinin olması nəzərdə tutulurdu.[10] Lakin Mikelancelo bu cədvəli qəbul etmir və daha mürəkkəb bir cədvəl üzərində işləməyə başlayır, rəssam qeyd edir ki, “mən işi öz istədiyim kimi etdim.”[11] Mikelancelo tavan dekorasiyası üzərində dörd il çalışmış və 1512-ci ildə tamamlanmış bu əsərdə üç yüzdən çox obraz işləmişdir.[5][9] Mikelancelonun həqiqətən də işi “öz istədiyi” kimi etməsi və ya buna qabil olmsı məsələsi dəqiq bilinmir və bu vaxta kimi incəsənət tarixçiləri arasında polemika mövzusu olaraq qalmaqdadır.[10] Cayls Viterbonun teologiya üzrə Mikelancelonun məsləhətçisi olduğu güman edilir.[12] Bir çox tədqiqatçılar bildirirlər ki, Mikelancelo ciddi Bibliya bilgisinə malik idi və tavanın cədvəlini özü işləyə bilərdi. Bu fikri, Mikelancelonun tavan üzərində işlədiyi vaxt Əhdi-Ətiqi dəfələrlə oxuması və kilsə tərəfindən yaradılmış xristian incəsənətindən yox, müqəddəs kitabın özündən ilham alması haqqında Askanio Kondivinin fikri də təsdiq edir.[13] Ümumilikdə tavanda 343 fiqur işlənmişdi.

Metod redaktə

 
Bu lunetdə eşafoltun qurulduğu hissəni görmək mümkündür.

Kapellanın tavanına çata bilmək üçün Mikelancelo özü eşafolt qurmuşdur, həmin nazik taxta platformalar yerdən yüksəlməyərək, pəncərələrin üstündəki deşiklərə bərkidilmişdi. Mançinelli qeyd edir ki, Mikelancelo bunu ağaca sərf olunacaq xərci azaltmaq üçün etmişdi.[14] Mikelancelonun tələbəsi və bioqrafı Askanio Kondiviyə görə, pilləkənlər və döşəmə tərəfindən dəstəklənən kronşteynlər və çərçivələr döşəmə və divara gips, həmçinin boya sıçramasının qarşısını almaq məqsədi ilə parça ilə örtülmüşdü.[15] İşlərin getdiyi vaxt binanın yalnız yarısına eşafolt qurulmuş, iş irəlilədikcə eşafolt da hərəkət etdirilmişdir.[14] Lunetlərin aşağısına kimi bütün divarlar həmçinin eşafoltla örtülmüşdü. Sikstin kapellasının freskalarının sonuncu restavrasiyası zamanı divarlardakı deşiklər yenidən istifadə olunmuşdur.

Məşhur inama görə, Mikelancelo arxası üstə uzanaraq yox, ayaq üstə duraraq işləmişdir. Vazari qeyd edir ki, “Başını arxaya əyərək işləmək məcburiyyəti yarandığından, Mikelancelo işi çox mürəkkəb şərtlər altında tamamlamağa məcbur olmuşdur.”[9] Mikelancelo öz fiziki diskomfortunu kiçik eskizin yanında yazdığı yumoristik sonetdə ifadə etmişdi.

 
Bu iqnudi obrazının baş və çiyin ətrafında bir gündə cilalanmış gips detalını görmək mümkündür.

Tavanda əsərlər freska texnikası ilə çəkilmişdir, çünki, boya nəm gips üzərinə vurulmuşdur. Mikelancelo Florensiyanın ən nüfuzlu fresko rəssamlarından biri olan Domeniko Girlandayonun emalatxansında çalışmış, Girlandayonun işləri Santa Mariya Novella kilsəsini və Sikstin kapellasının divarını bəzəmişdir. Başlanğıcda gipsin üzərinə vurulan boyalar qabıq qoyaraq qopurdu, çünki işlər başladığında gips yaş idi. Buna görə də, Mikelancelo çəkdiklərini silməyə və yenidən işə başlamağa məcbur olmuşdu.[16] Bundan sonra o, tələbələrindən biri olan Yakopo Torni tərəfinfən hazırlanmış və kiflənməyə qarşı tərkibə malik olan xüsusi formuladan istifadə etdi ki, bu formula da qısa zamanda italyan memarlıq ənənəsində özünə yer elədi.[15]

Tavandakı təsvirlər fresko janrında işləndiyindən, bir gün əvvəl boya ilə işlənilməli hissəyə gips vurulurdu ki, bu da giornata texnikası adlanır. Hər dəfə yeni hissənin işlənməsindən əvvəl başqa bir hissənin kənarları qaşınır və yeni iş sahəsi təmizlənirdi.[14] Giornatenin kənar hissələrini diqqətlə baxdıqda seçmək mümkündür və bu da işin necə irəliləməsini izləməyə imkan verir. Bu fresko rəssamları üçün adi haldır, belə ki, bütün rəssamlar bütöv fresko cədvəlini kiçik eskizlərə bölərək işləyirlər, hətta, bir çox freskalarda fiqurların sıralanması üçün stiletto ilə açılmış kiçik deşikləri də görmək mümkündür. [nb 1]

Müxtəlif hissələrdə nəm gips üzərində boyaların rəngarəngliyini təmin edə bilmək üçün yuma texnikasından istifadə edən Mikelancelo, qurumadan sonra əmələ gəlmiş bozluqları kölgələr verməklə və müxtəlif fırçalarla detallar əlavə etməklə doldurmuşdur. Saç telləri və taxıl kimi incə detalların işlənməsi üçün Mikelancelo səyrək tüklü fırçadan istifadə etmişdir. O, rəssamların istifadə etdikləri ən yaxşı metodlardan və o zaman əlçatan olan ən yeni texnologiyalardan istifadə edərək, onları müxtəlif rəssamlıq maneraları bilə kombinə etmiş və Girlandayonun emalatxanasında öyrəndiyi məlumatlarla zənginləşdirmişdir. [nb 2]

Tanrının varlığı yaratması
təsvirini Mikelancelo bir gündə
işləmişdir və təsvir rəssamın tavanı
işləməsini əks etdirir.
Mikelancelonun şeir yazdığı vərəq
kənarında çəkdiyi təsvirdə Tanrının varlığı
yaratması təsvirinin qaralaması görünür.

İşlər altarın qarşı tərəfindən başlamış və inkişaf etdirilərək Yaradılış səhnəsi ilə altara tərəf davam etdirilmişdir.[12] Digər panellərlə müqayisədə, Nuhun hekayəsinin təsvir olunduğu ilk üç panel xırda fiqurların çox olması ilə seçilir. Bu həmin hissədə peyğəmbər və iqnudi fiqurlarının tavanın mərkəzi hissəsinə nisbətdə daha kiçik ölçüdə çəkilməsi ilə yox, bu hissədəki təsvirlərin insan taleyi və ümumilikdə insanlıq ilə bağlı olması ilə əlaqədardır.[17] Ölçülərin böyüməsi ilə Mikelancelonun özünəməxsus stili daha aydın görünməyə başlamışdır və Yaradılış səhnəsindəki Tanrı obrazını rəssam cəmi bir gündə işləmişdir.[18]

Parlaq rənglər və bir-birindən kəskin fərqlənən xəttlər bütün fiqurların yerdən aydın görünməsini təmin edir. Adəmin yaradılması təsvirində ölçüləri elə götürülmüşdür ki, tavanın hündürlüyünə baxmayaraq, təsvirin altında dayanan adama elə gəlir ki, əlini yuxarı qaldırsa Adəm və Tanrıya toxuna bilər. Vazari qeyd edir ki, açılışın baş tutduğu vaxt tavan tamamlanmamışdı, çünki qızılı rənglər və mavi lapis lazuli detallar hələ işlənməmişdi və bu qızılı rəngə üstünlük verilmiş divar təsvirləri ilə uyğunlaşmanı təmin edən detalların əskikliyi demək idi. Lakin bu rənglərin freskalara əlavə edilməsi sonra da baş tutmamışdı, bunun da səbəbi həm Mikelancelonun yenidən eşafolt qurmaq istəməməsi, həmçinin qızılı və mavi lapis rənglərin ümumi freskalar fonunda əhəmiyyətini itirməsi idi.[9]

Lakin, faktiki olaraq tavanın bəzi hissələri qızılla bəzədilmişdir ki, bunlar da, İqnudilər arasındakı qalxanlar, peyğəmbərlər və sibillər arasındakı sütunlardır. Ola bilsin ki, qalxanların qızılla işlənməsi Mikelancelonun orijinal cədxəlinin bir hissəsi olmuşdur, çünki, eyni stildə qızılla örtülmüş bu qalxanlar ümumi baxışda bütün fresko sistemindən seçilərək qalxan paradını xatırladır.[9][14][15][19]

Məzmun redaktə

 
Adəm və Həvvanın günah işləyərək Ədən bağından qovulması

Tavanın açıq məzmunu Tanrının İsa vasitəsiylə bildirdiyi kimi insanlığın ehtiyacı olan Xilasdır. Bu insanlığın Tanrı ilə andlaşmaya ehtiyacı olması haqqında vizual metaforadır. Əhdi-Ətiqdən Musanın İsrailoğullarını Misirdən çıxarması və Əhdi-Cədiddən İsanın hekayəsi kapellanın sağ və sol divarlarında təsvir olunub.[2]

Tavan dizaynının əsasını Yaradılış kitabı əsasında işlənmiş doqquz səhnə təşkil edir ki, onlardan da beşi bir qədər kiçik ölçüyə malikdir və hər bir dörd ədəd İqnudi adlandırılan çılpaq oğlan fiqurları tərəfindən dəstəklənir və ya saxlanılır. Tavanın hər iki tərəfində İsanın doğulması haqqında xəbər vermiş on iki qadın və kişinin fiquru var. Pəncərələrin üstündə yerləşən və lunetlər adlandırılan aypara formalı hissələrdə İsanın əcdadlarının təsvirləri verilib. Onlardan yuxarıda üçbucaqlı spandrellərdə müxtəlif fiurlar təsvir edilsə də, həmin fiqurları hansısa Bibliya obrazları ilə identifikasiya etmək mümkün olmamışdır. Bu tavan cədvəli hər dörd küncdən hər birində dramatik Bibliya hekayələrinin təsvir edildiyi böyük pendentivlərlə tamamlanır.[17]

Mənbə məlumatları əsasında tavanda Tanrının yeri yaratması, insanları orda yerləşdirməsi, insanın günah işləməsi və Cənnətdən qovularaq ölümə məhkum edilməsi, Tanrıdan ayrı düşməsi təsvir olunur. Bundan sonra insanlıq daha çox günaha batır, utanc səbəbi olan əməllər törədir və Böyük tufanla cəzalandırılır. İbrahimdən Yusifə kimi gələn əcdadlardan sonra Tanrı insanlığı xilas etməsi üçün İsa Məsihi göndərir. Xilaskarın gəlməsi haqqında xəbər İsrail peyğəmbərləri və klassik dünyanın sibilləri tərəfindən verilir. Tavanın müxtəlif komponentləri məhz bu xristian doktrinası ilə əlaqəlidir.[17] Ənənəvi olaraq Əhdi-Ətiq Əhdi-Cədidin bazası kimi qəbul edilmişdir. Əksər hadisələr və şəxslər əsasən İsanın həyatı, xristian təliminin hansısa vacib elementi, Vəftiz və ya Yevxaristiya kimi sirrli rituallarla birbaşa simvolik bağlılıqda təsvir edilmişdir. Məsələn, əlindəki böyük balıqla İona obrazını çox asanlıqla tanımaq mümkündür və o adətən İsanın ölməsinin və yenidən dirilməsinin simvolu kimi qəbul edilir.[3]

 
Böyük tufandan xilas olmuş Nuhun qurbanı

Baxmayaraq ki, kilsə ümumilikdə erkən xristian simvolikasını dolğun şəkildə əks etdirir, kapellanın tavanında İntibah düşüncəsinə məxsus humanizmin xristian teologiyası ilə birləşdirilməsini də müşahidə etmək mümkündür.[20] XV əsrdə İtaliyada, xüsusilə Florensiyada klassik ədəbiyyat və fəlsəfəyə, Platon, Sokrat kimi filosofların əsərlərinə böyük maraq var idi. Cavan oğlan olan Mikelancelo vaxtının böyük bir hissəsini Florensiyada Mediçi ailəsi tərəfindən yaradılmış Humanist akademiyasında keçirirdi. Buna görə də o, Donatellonun bürünc “David”i kimi erkən humanist sənət nümunələri ilə tanış idi və özü də nəhəng ölçülərə malik mərmər “David” heykəli işləmişdi ki, bu heykəl də Florensiyada Palaçço Vekko binası qarşısında ucaldılmışdı.[21] İnsanlığa humanist yanaşma özündə insanın sosial öhdəliklərdən azad olması və kilsə kimi vasitəçilərin köməyi olmadan birbaşa Tanrı ilə ünsiyyət saxlamasını əks etdirirdi.[22] Bu isə kilsənin mövqeyinə zidd idi. Belə ki, kilsə insanın günahkar və qüsurlu təbiətə malik olduğunu bildirsə də, humanizm insanın potensial nəcib və gözəl təbiətə malik olduğunu bəyan edirdi.[nb 3] Lakin bu iki yanaşma heç də mütləq barışmaz mövqeyə malik deyildi, belə ki, kilsə üçün ruh yüksəkliyi, ağıl və bədən üçün” onun Tanrı ilə insan arasında vasitə olmasının qəbul edilməsi əsas əhəmiyyətə malik idi. Kilsədən kənarda qalmaq Xilasdan kənarda qalmaq kimi qəbul edilirdi. Sikstin kapellasının tavanında Mikelancelo həm katolik, həm də humanist yanaşmasını əks etdirmiş, lakin onların vizual olaraq bir-birinə zidd görünməməsini təmin etmişdir. İstisna olaraq, sibillər və İqnudi kimi qeyri-bibliya fiqurları rasionallığı ilə həm xristian, həm də humanist mövqeyi əks etdirir. Bu cür rasionallaşdırma sonradan kontrreformasiyanın hədəfi olmuşdu.

Orta əsrlərdən müasir dövrə kimi tavanın ikonoqrafiyasının müxtəlif interpretasiyaları olmuş, bəzi detallar hələ də müasir elmdə mübahisə mövzusu olaraq qalmaqdadır[nb 4], həmçinin lunetlərdəki və spandrellərdəki fiqurların identifikasiyası məsələsinə də fərqli yanaşmalar vardır.[23] Hələ ki, heç bir nəticə əldə olunmamasına baxmayaraq, müasir tədqiqatçılar da tavanın teoloji proqramının yazılı mənbəsini axtarmağa davam edirlər və bir çox tədqiqatçılar bildirirlər ki, bu proqram Bibliyanı yaxşı bilən Mikelancelonun özü tərəfindən hazırlanmışdır.[24] Müasir tədqiqatçıları maraqlandıran başqa bir məsələ isə, Mikelancelonin şəxsi dini və dünya görüşünün tavanın ikonoqrafik proqramının hazırlanmasına necə təsir etməsidir. Bu cür spekulyasiyalardan ən əsası Mikelancelonu daima narahat edən homoseksual istəkləri və xristian dini görüşünün zidd mövqedə dayanmasıdır.[nb 5]

Memarlıq sxemi redaktə

Real redaktə

Sikstin kapellası 40.5 metr uzunluğa və 14 metr enə malikdir. Tavan və döşəmə arasındakı hündürlük isə 20 metrdir. Ümumilikdə bina çox mürəkkəb struktura malikdir və çətin ki, ilkin layihələndirilməsi zamanı bu mürəkkəb strukturun hazırda olduğu kimi zəngin dekorasiyaya malik olması planlaşdırılsın. Kapellanın tavanının ilkin dekorasiya layihəsini işləyən Pyer Matteo d'Amelia, Padovada Cotto tərəfindən işlənmiş Skroveni kapellasının tavanı kimi Sikstin kapellasının tavanını da mavi rəngə boyanış və qızılı ulduzlarla bəzəmişdi.[25]

Kapellanın divarları hər tərəfdən üç yarusa bölünür və altı pəncərəyə malikdir. Həmçinin binanın iki qurtaracağında da pəncərələr olmuş, lakin, Mikelancelonun altarda “Böyük məhkəmə” freskasını işlədiyi vaxt həmin pəncərələr qapadılmışdı. Pəncərələr arasında tağlar tərəfindən dəstəklənən pendentivlər vardır. Pendentivlər arasında spandrellər adlandırılan aypara formalı kəsimlər vardır ki, bunlar da tağlar vasitəsiylə bir-biri ilə əlaqələndirilir. Pendentivlərdən yuxarıda tavan cüzi əyilmə effekti ilə sərbəst hissəyə keçir. Bu tavanın real memarlığıdır.[25] Lakin, Mikelancelo bu mürəkkəb memarlığı imitasiya və ya yamsılama (illüzion) memarlıq adlandırılan təsviri memarlıq elementləri ilə daha da mürəkkəbləşdirmişdir.

İmitasiya redaktə

 
Tanrının quru və suyu ayırması, imitasiya memarlıq, iqnudilər və qalxanların yerləşməsi.

Təsviri memarlıq cədvəlinin ilk elementi real memarlıq elementlərinin vurğulanması, xüsusi xəttlər vasitəsiylə ayrılması, spandrellər və pendentivlərin (parusların) tağ kəsiklərinin qabardılması olmuşdur. Mikelancelo onları daş memarlıq oblomları kimi görünən dekorativ əlavələr kimi işləmişdir.[nb 6] Onlar iki təkrarlanan motivə malikdir ki, həmin motivlər də Klassik memarlığın ümumi formulasından götürülmüşdür.[nb 7] Motivlərdən biri meşə palamududur ki, bu motiv kapellanı inşa etdirmiş papa IV Sikstin və Mikelancelonun işini sifariş etmiş papa II Yulinin ailələrinin simvoludur.[nb 8][26] Digər motiv isə daraq qabığıdır ki, bu da 1483-cü ildə kapellanın həsr edildiyi Madonnanın simvollarından biridir.[nb 9][27] Divar tacı spandrellərin üstü ilə yüksəlib, tavanın mərkəzi hissəsi boyunca keçərək təsvirlər hissəsini, həm məzmun həm də dizayn baxımından həmin təsvirləri dəstəkləyən peyğəmbərlər, sibillər və İsanın sələflərinin rəsmlərindən ayıran, güclü naxış sisteminə malik karnizin yanlarından keçir. On qalın travertin tavanın ortasındakı sahəni səhnələrin çəkilməsi üçün hissələrə bölür.[28]

Kiçik fiqurların böük bir hissəsi memarlıq elementləri ilə inteqrasiya edilib ki, burada qarşıya qoyulan məqsəd dekorativ tamlığın əldə olunması idi. Bu fiqurlara karnizin altında yerləşən və hər birinin üzərində iki çılpaq qadın və yaq kişi fiqurunun dayandığı süni mərmər görünüşlü dayaqlar da daxildir; hər bir spandrelin üstündə daş qoyun başları yerləşdirilib; animasiyalaşdırılmış kitab saxlayanlar kimi, bürünc rəngli və müxtəlif pozalı çılpaq kişi və qadın fiqurları spandrellalar və reberlər arasında yerləşdirilib; geyimli və çılpaq çoxlu putti fiqurları isə peyğəmbərlər və sibillərin təsvirləri altındakı lövhələri saxlayırlar. Karnizin digər tərəfində, kiçik təsvirlərin hər iki tərəfində medalyonlar və qalxanlar vardır.[29] Süni karnizin üstündə, memarlıq dizaynının tərkib hissəsi olmayan, lakin ayırıcı xarakter daşıyan, İqnudilər adlı iyirmi müxtəlif pozalı çılpaq kişi təsviri vardır. Qrafik olaraq, iqnudilər Bibliya səhnələri arasındakı boş əraziləri və ümumilikdə kapella tavanının boş səthini doldururlar. (aşağı bax)

Təsvir sxemi redaktə

Yaradılış kitabından doqquz səhnə redaktə

 
Tavan elementlərinin illüstrativ planı üç mövzunu bir-birindən ayrı şəkildə sahələr üzrə göstərir.

Tavanın mərkəzi hissəsində Mikelancelo, Bibliyanın birinci kitabı olan Yaradılış kitabından doqquz səhnə işləmişdir. Böyük və kiçik ölçülü panellərdə əks edilmiş səhnələri mövzularına görə iki qrupa bölmək mümkündür.[30]

Birinci qrupda Tanrının Yeri və Cənnəti yaratması təsvir olunur. İkinci qrupda Tanrının ilk insanlar olan AdəmHəvvanı yaratması, onların Ədən bağında yaşamaları və ordan qovulmaları əks olunub. Üçüncü qrupda insanlığın və qismən Nuhun ailəsinin çətin vəziyyəti təsvir olunur.

Təsvirlər ciddi xronoloji ardıcıllıq olmadan işlənmişdir. Əgər bu təsvirlər üç qrup şəklində qəbul edilərsə, orta əsr rəsm əsərlərivitrajlarında olduğu kimi həmin qruplara daxil olan əsərlər öz aralarında əlaqəlidirlər.[31] Təsvirlər kapellanın girişindən izlənməyə başlandıqda “Yaradılış”, “Qovulma” və “İnsanlığın taleyi” təsvirləri əks tərəfdə, altarın qarşısında yerləşmişdir.[30] Bununla belə, hər bir təsvir elə yerləşdirilmişdir ki, altara doğru irəlilədikcə onların hər biri individual olaraq insanın diqqətini cəlb edir. İlk baxışda bunu anlamaq çətin olsa da, izləyicinin divar tacını görməsindən sonra hər şey aydın olur. Paoletti və Radke ehtimal edirlər ki, bu sıralama insanlığın tanrının mərhəmətinə doğru irəliləməsini simvolizə edir.[30] Bununla belə, üç bölmə Bibliya xronologiyasına uyğun olaraq yerləşdirilmişdir.

Altardan qapı istiqamətində təsvirlər aşağıdakı kimi sıralanmışdır:

  1. İşıq və Qaranlığın ayrılması
  2. Günəş, Ay və Yerin yaradılması
  3. Adəmin yaradılışı
  4. Həvvanın yaradılışı
  5. Ehtiras və qovulma
  6. Nuhun qurbanı
  7. Böyük Tufan
  8. Nuhun sərxoşluğu

Yaradılış redaktə

 
Günəş, ay və bitkilərin yaradılması

Üç yaradılış səhnəsində Bibliyanın birinci kitabından Tanrının Yeri və orda olanları altı gündə yaratması, yeddinci gün isə dincəlməsi təsvir olunub. Birinci səhnədə, birinci gündə Tanrının işığı yaratması və qaranlıqdan ayırması təsvir olunub..[Fig 1] Xronoloji olaraq, ikinci paneldə ikinci gün – Tanrının su və torpağı ayırması təsvir olunmalı idi. Lakin, ilk üç paneldən ən böyüyü olan orta səhnədə üçüncü və dördüncü günlər – Tanrının yeri yaratması və onu yaşıl otlar və canlılarla zənginləşdirməsi[Fig 2], dördüncü gündə isə günəş və ayı yaratması, gündüz və gecənin, aylar və fəsillərin formalaşması təsvir olunub.[Fig 3] Yaradılış kitabına görə beşinci gündə Tanrı səmada yaşayan quşları və suda yaşayan balıqları, həmçinin yerin dərinliyində yaşayan varlıqları yaradıb. Lakin biz bu təsviri tavanda görmürük. Həmçinin altıncı gündə Tanrının yerdəki digər canlıları yaratması da təsvir edilməyib.[5][Src 1]

Bu üç təsvir digər iki qrupa daxil olan təsvirlərlə müqayisədə daha dinamik, daha dərin mənalı və daha zəngin işlənmişdir. Birinci təsvir haqqında Vazari deyir: “...Mikelancelo Tanrının işıq və qaranlığı ayırmasını təsvir edərkən, onu bütün əzəməti ilə təqdim edir, əllərini açaraq sevgi dolu ilhamını və yaradıcı gücünü göstərir.”[9]

Adəm və Həvva redaktə

 
Adəmin yaradılması
border=none  Əsas məqalə: Adəmin yaradılması

Tavanın mərkəzi hissəsi üçün Mikelancelo Yaradılış kitabının birinci, ikinci və üçüncü fəsillərində təsvir olunan Adəm və Həvvanın hekayəsindən dörd səhnəni seçib. Butəsvirlərin əks olunduğu panellərdən ikisi böyük, biri isə kiçikdir.

Bu mövzuda olan üç təsvirdən birincisi olan rəssamlıq tarixinin ən məşhur əsərlərindən biri - “Adəmin yaradılışı”nda Mikelancelo Tanrının Adəmi yaratması, barmağını uzadaraq onun barmağına toxunmasını təsvir edib. Vazari həmin təsvirdəki Adəm obrazını təsvir edərkən deyir ki, “onun bədəninin gözəlliyi, duruşu və konturları o qədər gözəl işlənilib ki, həmin obrazın təsvir olunduğu zaman ilahi yaradanən özü tərəfindən yaradıldığına inanırsan, onun ölümlü bir rəssamın fırçası ilə çəkildiyinə inanmaq mümkün deyil.”[9] Tanrının açılmış qolu arxasından Həvva hürkmüş şəkildə boylanır.[17]

İkinci təsvirdə Tanrının yatmış Adəmin yanından[Fig 4] Həvvanı yaratması göstərilib ki, bu təsvir də ənənəvi Bibliya təsvirləri ilə oxşarlıq təşkil edir, xüsusilə Mikelancelonun gəncliyində yaradıcılığını tədqiq etdiyi Yakopo della Kverçanın Bolonyadakı San Petronio bazilikasının giriş qapısının ətrafında işlədiyi Yaradılış freskası ilə çoxlu bənzər məqamlar var.[32][33]

Bu mövzudan olan sonuncu paneldə Mikelancelo bir-birinə əks olan iki səhnəni birləşdirərək[Fig 5], bir tərəfdə o, Adəm və Həvvanın qadağan olunmuş meyvəni – Həvva həmin meyvəni ilanıdan götürərək Adəmə təklif edir - götürməsini, digər tərəfdə isə Adəm və Həvvanın Ədən bağından qovulmasını və insanlığın ölümlə cəzalandırılmasını təsvir edir.[5][Src 2]

Nuhun hekayəsi redaktə

İlk iki mövzudan fərqli olaraq tavanın üçüncü və sonuncu mövzusu seçilərkən xronoloji arıdıcıllıqdan daha çox tematik vacibliyə əhəmiyyət verilib, Yaradılış kitabının VI-IX fəsillərindən Nuhun hekayəsinin bəzi səhnələri işlənilib. Birinci səhnədə qoyunun qurban verilməsi təsvir edilib.[Fig 6] Vazari bu səhnə haqqında yazarkən, səhvən, Nuhun qurbanını, Habil və Qabilin qurbanı ilə qarışdırır, Tanrı Habilin qurbanını qəbul edir, Qabilin qurbanını isə qəbul etmir. Bu qurban da Nuh ailəsinin insanlığın qalan hissəsinin məhv olduğu Böyük Tufandan sağ çıxmasından sonra verdiyi qurbanla oxşarlıq təşkil edir.

Böyük, mərkəzi paneldə Ümumdünya tufanı təsvir olunub.[Fig 7] Arxada Nuha ailəsinin sığındığı gəmi, öndə isə fəlakətdən qurtulmağa çalışan insanlıq göstərilib. Tavandakı bütün digər təsvirlərlə müqayisədə, çoxsaylı fiqurlardan ibarət olan Tufan səhnəsi, kapellanın divarlarında digər rəssamlar tərəfindən işlənmiş səhnələrlə daha çox uyğunluq təşkil edir.

Bu mövzudan olan son səhnədə Nuhun sərxoşluğu təsvir olunub.[Fig 8] Tufandan sonra Nuh torpağa toxum atır və üzüm yetişir. Bu təsvirin arxa fonunda məhz bu hadisə göstərilib. Nuh sərxoş olur və özünü biyabır edir. Nuhun gənc oğlu Ham digər qardaşları SamYafəti çağırır, lakin onlar atalarının üstünü örtürlər. Ham daha sonra Nuh tərəfindən lənətlənir və bildirilir ki, Hamın nəslindən törəyən Kənanilər Sam və Yafətin nəslindən törəyənlərə xidmət edəcək. Bu üç təsvirin işlənməsi ilə rəssam insanlığın Tanrının mükəmməl yaradılışından sonra xeyli yol keçmiş olmasını göstərməyə çalışmışdır. Lakin, Sam və onun nəslindən gələn israiloğulları dünyaya Xilas gətirmişdi. [Src 3]

Baxmayaraq ki, Mikelancelo hadisələri xronoloji ardıcıllıqla İnsanın yaradılmasından Nuhun əhvalatına doğru inkişaf etdirir, tədqiqatçılar araşdırmaya daha çox Nuhun sərxoşluğu təsvirindən başlayırlar. Tolnayın neoplatonik yanaşmasında Nuhun hekayəsi Tanrının insanı yaratmasının əsası kimi qəbul edilir.[34]

Qalxanlar redaktə

 
"Baal heykəli" qalxanından olan bu detalda qara rəng və qızılın tətbiqini izləmək mümkündür.

Kiçik Bibliya səhnələrinin iki tərəfində həm təsvirləri, həm də İqnudi fiqurlarını dəstəkləyən on medalyon vardır ki, bunları da medalyon və ya qalxan paradı, bürünc medalyonlar adlandırır, onları tavanın mərkəzi hissəsinin dekoru kimi qəbul edirlər. Bu cür dekorların bütün məşhur nümunələri həqiqətən də laklanmış və qızıl suyuna çəkilmiş taxtadan işlənirdi.[35] Qalxanların hər biri Əhdi-Ətiqdən və ya Apokriflərdən Makkaveylər kitabından olan səhnələrlə bəzədilmişdir.

Tavanın mərkəzindəki səhnələrdən fərqli olaraq, medalyonlarda Bibliyanın daha utanc verici səhnələri təsvir olunmuşudur ki, bu səhnələr arasında yeganə istisna İlyasın Yeliseyin daş qalxanı ilə alovdan qorunması səhnəsidir. Lakin, İlyasın peyğəmbər kimi rolu daha çox xəbərdarlıq və ittihamlarla qeyd edilir ki, bu zaman da onun İsrailoğullarının günahlarına görə cavab vermələri üçün vasitə olduğu qəbul edilir.[Src 4] Yüksək ustalıqla işlənmiş beş qalxandan dördündə Mikelancelonun “Kaşin döyüşü” əsərindəki gərgin fiqurları xatırladan səhnələr verilib.[nb 10]

Tavandakı rəsmlərdən fərqli olaraq qalxanlarda qızılı rəngdən istifadə olunması tavan dekorasiyasının kapellanın divar dekorasiyası ilə əlaqələndirilməsi məqsədi güdmüşdür. Divar freskolarının bir hissəsində, xüsusilə Perucinyo tərəfindən işlənmiş təsvirlərdə döyülmüş qızıldan çox istifadə olunmuş, əsərlərdə obrazların paltarları, ayırıcı xəttlər və sair detallar qızılla iişlənmişdir. Məhz bu metoddan Mikelancelo medalyonları işləyərkən istifadə etmiş, Roma triumfal arkalarının təsvir olunduğu medalyonlarda isə ehtimal ki, Sandro Botiçellinin Musanın həyatı seriyasından olan "Günahkarların cəzalandırılması" freskasından ilhamlanmışdır.

On iki peyğəmbər fiquru redaktə

Hər iki divardakı pendentivlərdə, həmçinin, kapellanın baş divarındakı iki pendentivdə Mikelancelo on iki nəhəng firuq işləmişdi: Məsihin gəlişi haqqında xəbər vermiş on iki peyğəmbər fiquru. Həmin fiqurlardan yeddisi kişi fiquru olmaqla yəhudi peyğəmbərləri, qalan beş fiqur isə qadın fiqurları olmaqla Klassik dünyanın peyğəmbərləridir və Sibillər adlandırılır. Peyğəmbər İonanın fiquru altarın üstündə, Zəkəriyyənin fiquru isə qarşı divardadır. Digər kişi və qadın fiqurları isə bir-birinin qarşısında olmaqla divarlarda yerləşdirilib, fiqurların altında isə mərmərə bənzər lövhələrdə fiqurların adı saxlanılıb. Mərmər lövhələrin hər biri iki putto obrazı tərəfindən saxlanılır.

 
Libiya sibili

Peyğəmbərlər redaktə

 
Peyğəmbər İoel

Spandrellərin bəzədilməsi üçün yeddi İsrail peyğəmbəri seçilmişdir ki, bunlardan da dördü əsas peyğəmbərlərdir: Yesaya, İyeremiya, EzekielDaniel. On iki kiçik peyğəmbərdən isə üçü təsvir edilmişdir: İoel, Zəkəriyyəİona. Baxmayaraq ki, peyğəmbərlikləri Bibliyada çox az əks olunduğundan İoel və Zəkəriyyə də kiçik peyğəmbərlər hesab edilirlər, onların peyğəmbərlik məlumatları mühüm əhəmiyyətli hesab edilir.

 
Peyğəmbər Ezekiel

İoelin “Sizin oğlanlarınız və qızlarınız peyğəmbərlik edəcək, yaşlılarınız yuxu, gəncləriniz isə görüntü görəcək"[Src 5] sözləri Mikelancelonun təsvir cədvəlinin əsasını təşkil edib, bu cədvəldə qadınlar (sibillər) kişilərlə (peyğəmbərlər) bir cərgədə yer tutur, gənc Daniel isə ağ saqqallı İyeremiyanın qarşısında yerləşir.

Zəkəriyyə peyğəmbərlik edərək deyir: “Baxın! Sizin rəbbiniz sizə doğru gəlir, ciddi və eşşək belində oturaraq!”[Src 6][36] Onun fiquru kapellanın əsas qapısının üstündə yerləşir. İsanın Yerusəlimə daxil olması günü qeyd edilərkən, papa məhz bu qapıdan kapellaya daxil olur.[37]

İonanın peyğəmbərliyi Nineva şəhərinin dağılması ilə əlaqədardır. Lakin, bu İona obrazının altarın üstündə yerləşdirilməsi üçün əsas ola bilməzdi. Bu obraz daha çox, peyğəmbər simvolu kimi qəbul edildiyindən bir çox sənət əsərlərində, həmçinin kilsə pəncərələrində təsvir olunmuşdur.[31] Tanrıya tabe olmaq istəmədiyinə görə cəza olaraq İonanı böyük bir balıq udmuşdu.[nb 11] O, balığın qarnında üç gün vaxt keçirmiş, daha sonra sağ-salamat yenidən yaşadığı şəhərə qayıdaraq Tanrının təbliği ilə məşğul olmuşdur. Buna görə də, İona, çarmıxa çəkilərək öldürülən, üç gün məzarda keçirilən və daha sonra yenidən dirilən İsanın sələfi hesab edilir.[Src 7] Kapellanın altarının üstündə əlində “böyük balıq” təsviri ilə göstərilən İonanın gözləri Yaradan Tanrıya istiqamətlənib[Fig 9] və bu İsanın çarmıxa çəkilməsinin simvolu kimi qəbul edilir.[36]

Vazari peyğəmbərlər və sibilləri təsvir edərkən Yesaya obrazına daha çox diqqət yetirərək[Fig 17] yazır: “Bu obrazı tədqiq edən istənilən adam deyə bilər ki, onun cizgiləri təbiətdən kopyalanıb, incəsənətin həqiqi anası, əsl rəssamın əli ilə əsl sənətin sirrlərini göstərib.” [9]

Sibillər redaktə

 
Delfiya sibili

Sibillər Klassik dünyada peyğəmbər xüsusiyyəti daşımış, ziyarətgahı və ya məbədi olmuş qadın obrazlarıdır. Kapellanın tavanında təsvir edilmiş beş sibil obrazının hər birinin Məsihin doğulması haqqında xəbər verdiyi qeyd edilir. Məsələn, VergiliDördüncü Ekloq”unda Kum sibilindən “Cənnətdən gələcək yeni hamiləliyin”Qızıl əsr”i qaytaracağı haqqında sitat gətirir. Bu sitatın İsaya aid olduğu iddia edilir.[38]

Xristianlıq nəzəriyyəsinə görə İsa yalnız yəhudilər üçün deyil, eyni zamanda həm də Centillər üçün göndərilmişdi. Bu məqsədlə də Tanrı yəhudiləri və centilləri eyni şəkildə istifad edir. Paqan imperator Avqust yenidən siyahıyaalma lazım olduğunu[Src 8] əmr etməsəydi, İsa Betleyemdə (onun burada doğulacağı xəbər verilmişdi)[Src 9] doğulmaya bilərdi. Eyni şəkildə, İsanın doğulması zamanı, bu hadisə varlılar və kasıblar, güclülər və zəiflər, yəhudilər və centillər arasında elan edilir. Bahalı hədiyyələrlə yeni doğulmuş İsanı axtaran üç zəngin kişi (maqlar) da paqan dinlərə inananlar idilər.

Roma kilsəsi, paqan keçmişinə böyük maraq göstərilən bir şəhərdə yerləşirdi, alimlər latın dilində yazılmış kilsə əsərləri ilə yanaşı digər əsərləri də tədqiq edirdilər, Müqəddəs Avqustinin əsərləri ilə yanaşı, Klassik dünyanın filosoflarının da əsərləri diqqət mərkəzində idi və belə bir mühitdə inşa edilmiş Sikstin kapellasında beş paqan peyğəmbərinin təsvirinin yer alması heç də təəccüblü deyildir.[39]

Kiçik peyğəmbərlər də nəzərə alındıqda on – on iki obraz seçimi olduğu halda, Mikelancelonun nəyə görə hazırda kapellanı bəzəyən beş sibil obrazını seçməsi məlum deyil. Con O'Mali ehtimal edir ki, Mikelancelonun seçimi coğrafi əhatə ilə bağlıdır və Sibillər Asiya, Afrika, Yunanıstanİoniyanı təmsil edirlər.[38]

Vazari Eritreya sibili[Fig 13] haqqında yazır: “Bu obraz bir neçə cəhətdən müstəsna gözəlliyə malikdir: üzündəki ifadə, başının duruşu, ətrafları: sərbəst şəkildə buraxılmış qolları.” [9]

Pendentivlər redaktə

Kapellanın dörd küncündə divar və tağlar arasında ərazini dolduran və pəncərələrin yaxınlığında spandrellərə keçən üçbucaqlı formaya malik pendentivlər vardır. Bu dörd hissədə Mikelancelo yəhudilərin, kişi və qadın olan dörd yəhudi qəhrəmanı – Musa, Ester, DavudYudif - tərəfindən xilas edilməsini təsvir edən səhnələr verilib.[40]

İlk iki hekayə orta əsrlər və intibah teologiyasında İsanın çarmıxa çəkilməsinin preobrazı kimi qəbul edilir. Mis ilan hekayəsində İsrailoğulları Tanrının əməllərindən narazı olurlar və şikayət edirlər. Cəza olaraq onlara zəhərli bir ilan vasitəsiylə vəba göndərilir. Tanrı insanlara şəfa təklif edir, bunun üçün Musaya Mis ilan düzəltməyi buyurur, daha sonra isə insanları sağaldır.[Src 10] Bu dramatik səhnədə Mikelancelo, bir tərəfdə əziyyət çəkən kişilər və qadınları, digər tərəfdə isə Epifaniya işığı qabağı Mis ilanın qarşısında ibadət edən insanları göstərib.[Fig 21]

Esterin kitabında dövlət xidmətçisi olan Hamanın yəhudiləri öldürmək üçün Esterin ərini ələ keçirməyə çalışan Pers kralına kömək etməsindən bəhs edilir. Yuxusuz bir gecə vaxtı kitab oxuyan kral nəyinsə düz edilmədiyini anlayır. Hamanın xəyanətini üzə çıxaran Ester onu təhlükəsizləşdirir, Esterin əri isə Hamanın edam edilməsinə nail olur. Kralın xidmətləri isə bu edamı həyata keçirir.[Src 11] Mikelancelonun təsvir etdiyi bu hadisədə Ester qapının arxasından Hamanın edam edilməsinə baxır, kral isə edam əmrini verir. [Fig 22]

 
Mikelancelonun "Mis ilan" səhnəsində qurduğu kompozisiya sonradan dəfələrlə müxtəlif manyerist rəssamlar tərəfindən imitasiya edilmişdir.

Davud və Yudif haqqında olan digər iki hekayə İntibah incəsənətinin məşhur mövzularından biridir, xüsusilə, Florensiya rəssamları, respublikada çox aktiv müzakirə olunan tiranın devrilməsi məsələsini əks etdirən bu mövzulara tez-tez müraciət edirdilər. David təsvirində gənc çoban David Qoliafı yerə yıxaraq cəzalandırır, lakin, nəhəng Qoliaf hələ sağdır və müqavimət göstərməyə çalışır.[41][Fig 23]

Yudif və Holofernes təsvirində də eyni dərəcədə dəhşətli detallar əks olunub. Bu təsvirdə Yudif düşmənin kəsilmiş başını qulluqçunun əlindəki səbətə qoyur,[41] quluqqçu isə dəhşətli gözlərlə başsız cəsədə baxır. [Fig 24]

Kapellanın bir-birinə əks olan tərəflərində yerləşən Holofernesin öldürülməsi və Hamanın edam edilməsi səhnələrinin qurulmasında aydın sezilən konstruktiv oxşarlıq var. Lakin, Holofernes fiquru daha kiçik ölçüyə malikdir, bu təsvirdə sahə daha az doldurulub, vertikal olaraq iki hissəyə bölünmüş sahə fiqurların yerdən daha aydın görünməsinə şərait yaradır. Hamanın təsvirində faktiki olaraq üç səhnə var, Hamanın cəzalandırılması, bir masa arxasında oturmuş Haman, kral və Ester və Kralın yatağından boylanması.[41] Pilləkəndə outran Mardoxey səhnələr arasında əlaqə yaradır.[42]

David və Qoliaf təsviri quruluş baxımından sadə olub, mərkəzi hissədə iki əsas fiqura diqqət çəkilsə də, onun qarşısında, kapellanın digər küncündə yerləşən Mis ilan fiquru bir o qədər mürəkkəb olub, zəhərli ilanın yaydığı xəstəlikdən əziyyət çəkən və xilas üçün ikona kimi qəbul edilən ilana yalvaran çoxlu kiçik insan fiqurları ilə zəngindir. Bu səhnə Mikelancelonun Sikstin kapellasındakı freskaları arasında Manyerist rəssamlığa ən çox yaxın olanıdır. Həmçinin Böyük tufan səhnəsini və sonradan Mikelancelonun kapellanın altarında işlədiyi “Böyük məhkəmə” təsvirinin də qismən, bu xüsusiyyəti daşıdığını qeyd etmək olar.[41]

İsanın sələfləri redaktə

Mövzu redaktə

 
Misirə köç səhnəsini xatırladan kompozisiyalardan biri.

Pəncərələr və tağlar arasında dəstək rolunu oynayan böyük pendentivlər arasında, hər tərəfdə altı dənə olmaqla İsanın sələflərinin təsvirləri yerləşdirilmişdir. Əvvəl kapellanın iki baş divarında da pəncərə olmuş, lakin sonradan həmin pəncərələr qapadılmış və altarda Mikelancelo məşhur “Böyük məhkəmə” freskosunu işləmişdir.

Pəncərələrin hər birinin üstündə tağlı hissələr formalaşdırılıb ki, bu hissələr də lunetlər adlandırılır. Kapellanın hər divarında dörd ədəd olmaqla ümumilikdə səkkiz lunet vardır.

Mikelancelo lunet təsvirlərini tavan təsvirləri sifarişinin tərkibi kimi işləmişdir. Lunetlər tavan və divarlar arasında vizual körpü rolunu oynayır, onların içi isə orta ölçülü (təxminən 2 metrə qədər) fiqurlarla doldurulmuşdur, həmin fiqurlar qrafik olaraq çox böyük ölçülü peyğəmbər fiqurları və daha kiçik ölçülü papa fiqurlarının arasında yerləşir.[43] Mikelancelo lunetlərin dekorasiyası üçün İsanın sələfləri mövzusunu seçmiş[44] və beləcə İsanın fiziki nəsil xətti üzrə sələflərini, kilsə doktrinasına əsasən İsanın ruhi xələfləri hesab edilən papaların təsvirlərinin arasında yerləşdirmişdir.[45]

 
Yakov və İsanın dünyəvi atası Müqəddəs İosif luneti. Şübhəli görünüşlü kişi fiqurunun İosifi təmsil etdiyi ehtimal olunur.[nb 12]

Pəncərələrin hər birinin üstündə süni mərmər kimi görünən lövhə dekorasiyaları vardır. Lövhəciklərin üstündə Matfeyin İncilinə əsasən İbrahimdən İosifə kimi isanın ata xətti ilə sələflərinin adları yazılmışdır.[nb 13] Lakin hazırda İsanın kapellada əks edilmiş genealogiyası natamamdır, çünki, 1537-ci ildə Mikelancelo “Böyük məhkəmə” freskosunu işləmək üçün Sikstin kapellasına qayıtdıqda kapellanın iki baş divarındakı pəncərələri bağlamış, bu zaman iki lunet də məhv edilmişdi.[46] İtirilmiş iki lunetin yalnız qravür nüsxələri dövrümüzə çatmışdır.[Fig 25] Lövhələrdəki adların sıralamasında da ardıcıllıq yoxdur, onlardan birində dörd, digərlərində iki və ya üç, yalnız ikisində isə bir ad var. Bundan başqa, proqress divarın bir tərəfindən digər tərəfinə inkişaf edir, lakin lunetlərin altlarındakı adlar heç də təsvirlərlə üst-üstə düşmür. Bu fiqurlar qarışıq şəkildə müxtəlif ailə münasibətləqini təmsil edir; lunetlərin əksərində bir kişi və ya qadın, onların yanında isə bir və ya bir neçə uşaq təsvir olunub. O'Malli həmin fiqurları təsvir edərkən qeyd edir ki “onlar sadəcə təmsili fiqurlardılar”. [44]

Həmçinin lunetlərdəki və onların üstündəki spandrellərdəki fiqurlar arasındakı əlaqənin aydınlaşdırılması da mümkün deyil. Üçbucaqlı formanın sahəni məhdudlaşdırmasına görə, lunetlərdəki bütün fiqurlar yerdə oturdulmuşdur. Səkkiz lunetdən altısında ümumi rəsm kompozisiyası ənənəvi Misirə köç təsvirlərinin kompozisiyasını xatırladır. Digər iki təsvirdən birində qayçı ilə parça kəsən qadın təsvir olunub, bu zaman uşaq da ona baxır.[Fig 26] Uşağı üçün yeni paltar tikməyə çalışan, körpəsi məbəddə yaşamağa getmiş, Bibliya qadını, Samuelin anası Annadır, arxa fondakı kişi isə spesifik papaq geyinib ki, bu da onun rahib ola biləcəyi ehtimalını artırır.[Src 12] Digər təsvirlərdən fərqlənən ikinci təsvirdə oturmuş qadın peyğəmbəranə bir güclə şəkil saxlayır. Onun açıq gösləri restavrasiyadan sonra yumulmuşdur.[Fig 27][5][14]

Yanaşma redaktə

 
"İesse, David, Solomon" lunetindən detal.

Mikelancelonun işlədiyi İsanın geneologiyası təsviri, orta əsrlərdə bu mövzu üzrə işlənmiş bütün digər əsərlərdən, xüsusilə geneologiya təsviri ilə bəzədilmiş vitrajlardan çox fərqlənir. Bu İesseevo ağacında İessevo uzanmış təsvir edilir, ağac onun yanından çıxaraq budaqlanır və budaqlarda Bibliya ənənəsi üzrə İsanın sələflərinin təsvirləri yerləşdirilir. [Src 13]

Lunetlərdəki obrazlar ailələri təmsil etsə də, əslində onlar parçalanmış ailələrin müxtəlif üzvlərinin təsviridir. Lunetlərin içindəki fiqurlar tabletlərdəki adlardan da fiziki olaraq fərqlənirlər, həmçinin, fiqurlar ifadə etdikləri emosiyalara görə də bir-birlərindən fərqlidirlər, onlar bəzən qəzəbli, bəzən kədərli, bəzən isə sadəcə susqun görünürlər. Həmin fiqurlarda Mikelancelo insanın qəzəb və bədbəxtliyini əks etdirib, “günlük həyatında yaşadığı hissləri” göstərib.[47] Sələflər öz taxçalarında “oturur, çömbəlir və gözləyirlər”.[48] On dörd lunetdən Yelazar və Matanın ailəsi ilk işlənənlər, Yakov və İosifin ailəsi isə ən detallı işlənənlərdir. Altara doğru gəldikcə lunetlər daha da böyüyür və onlardan ən sonuncusu cəmi iki günə işlənib. [nb 14]

Yelazar və Matan lunetlərində, digər lunetlərdə olmayan zəngin paltar detalları ilə iki fiqur təsvir edilmişdir.[Fig 28] Həmin təsvirlərdən birində sol tərəfdəki qadın fiquru sibillərin təsvirlərinin heç birində olmayan kimi öz paltarlarına qayğı ilə yanaşırlar. Onun ətəyi çevrilərək altan geyinilmiş kətan tumanın və lil rəngli corabın görünməsinə səbəb olub. Onun redikülü var və paltarı qolunun altına qatlanmışdır. Lövhənin digər tərəfində oturan kişi fiquru da digər lunetlərdəki kişi fiqurlarından özünəməxsusluğu və gözəlliyi ilə fərqlənir. Bu sarışın cavan oğlan ağ kətan köynək, qırmızı şalvar geyinib və yaxınlığında yerləşən İqnudi fiqurundan fərqli olaraq daha sərbəst pozada dayanıb.

Restavrasiyadan əvvəl kapellanın freskaları arasında ən çirkli olanları lunetlər və spandrellər idi.[49] Bundan başqa pəncərələrin yaxınlığında yerləşdiyinə görə işıq axını səbəbiylə gündüz vaxtı həmin təsvirlərin görünməsi dah da çətinləşirdi. Buna görə də Mikelancelonun ictimayətə açıq əsərləri arasında həmin təsvirlər ən az tanınanları olmuşlar.[nb 15] Son restavrasiya insan təbiətini və fiziologiyasını gözəl əks etdirən həmin təsvirlərin daha çox tanınmasına və öyrənilməsinə imkan vermişdir.[3][14]

İqnudi redaktə

 
Bu iqnudi obrazı tavandakı fiqurlar arasında ən çox təkrar işlənənlərdən biridir.

İqnudilər[nb 16], Mikelancelonun tavanın mərkəzindəki Bibliya səhnələrini dəstəkləmək üçün təsvirlərin dörd küncündə işlədiyi iyirmi atletik bədənli çılpaq kişi fiqurlarıdır. Fiqurlar gərgin şəkildə dayanaraq ya hardansa tutur, ya da çəhrayı lentlər, yaşıl parçalar və böyük girlandaları saxlayırlar.

İsanın sələflərindən fərqli olaraq, iqnudi təsvirləri fiziki olaraq daha az məhdudlaşdırılmışdırlar. Həmçinin iqnudilər spandrellərin üstündə yerləşən monoxrom kişi və qadın fiqurlarından da çox fərqlidirlər. İlkin təsvirlərdə onların fizioloji quruluşları və pozaları oxşar olsa da müxtəlif variasiyalarda verilmişdir. Bu variasiyalar təsvirlərin təkmilləşdirilməsi nəticəsində daha da artmış və yekun nəticədə bir-birindən tamamilə fərqlənən fiqurlar yaranmışdır.

Bu fiqurların nə məna ifadə etməsi aydın deyil. Əlbəttə ki, humanist möqedən yanaşdıqda, klassik yunan düşüncəsinə görə “insan hər şeyin ölçüsüdür”.[50] Lakin, Mikelancelo Bibliyanı yaxşı bilirdi.[10] Onun xəbəri var idi ki, əvvəllər serafimlər və xeravimlər qanadlı, mələklər isə qanadsız təsvir olunurdular. Onlar kişi kimi təqdim olunurdular.[Src 14] Sonrakı dövrdə Mikelancelo altarda “Böyük məhkəmə” freskasını işləyərkən çoxlu sayda mələk fiqurları yaratmışdı, xüsusilə lunetlərdə mələklərin İsanın əziyyət simvollarını daşıdığını göstərmişdi. Digər mələklər trubalar çalaraq ölüləri səsləyir, kitabda xilas olanların və lənətlənmişlərin adları yazılır, cəzalandırılmışlar Cəhənnəmə atılırlar. Ümumilikdə “Böyük məhkəmə” freskosunsa iqnudiləri xatırladan qırx mələk fiquru var. Bəzi tədqiqatçılar iqnudilərin mələkləri təmsil etdikləri fikrini qəbul edirlər.[10][51] Əgər iqnudilər həqiqətən də mələklərdilərsə, o zaman onlar Tanrının elçiləri olaraq ehtirassız bir şəkildə inanlığın taleyini izləyirlər.

İqnudi obrazları tavandakı bütün obrazlar arasında, Mikelancelonun insan anatomiyasını, rakurs və təsviri sənət bacarığını təkmilləşdirməsində daha böyük rol oynamışlar.[nb 17] Məhz iqnudi obrazları Roma papası II Yulinin İtaliyaya gətirmək istədiyi “qızıl dövrün” simvolları olmaqla Mikelancelonun sənətinin böyüklüyünün isbatıdırlar.[52] Lakin, kapellanın tavanındakı freskoları sildirmək istəyən Roma papası IV Adrian da daxil olmaqla bir çox şəxslər iqnudi fiqurlarını və onların çılpaqlıqlarını tənqid etmişlər.

Üslub təhlili və bədii irs redaktə

 
Mikelancelo "Adəm və Həvvanın Ədən bağından qovulması" səhnəsini işləyərkən Mazaççonun "Qovulma" freskasından təsirlənmişdir.

Mikelancelo XV əsrin məşhur Florensiya rəssamları və heykəltaraşlarının incəsənət varisidir. O, sənətin sirrlərini Tornabuoni kapellasıSassetti kapellasındakı məşhur freska silsilələri ilə tanınan Florensiyanın ən nüfuzlu freska rəssamlarından biri olmuş Domeniko Girlandayonun emelatxanasında öyrənmişdir. Şagird ikən Mikelancelo Florensiyanın iki ən məşhur Erkən İntibah fresko rəssamı CottoMazaççonun əsərlərini öyrənmişdir.[53] Mazaççonun Adəm və Həvvanın Ədən bağından qovulması rəsmindəki Adəm və Həvva fiqurları sonrakı dövrdə çəkilən çılpaq rəsmlərə və çılpaq rəsmlərdə insan emosiyalarının göstərilməsinə ciddi təsir etmişdir.[Fig 29] Helen Qardner qeyd edir ki, Mikelancelonun əllərində “insan bədəni sadəcə ruhun əksi və ya düşüncə və fikrin təsviri üçün vasitədir.”[53]

 
Rafael "Yesaya" obrazının Mikelancelonun peyğəmbər obrazlarının təsiri ilə işləmişdir.

Mikelancelonun həm də, Orvieto kafedralındakı çoxlu çılpaq fiqurlar və ixtiraçı bədii səhnələrin yer aldığı “Ölüm və Dirilmə” freskalar silsiləsinin müəllifi olan[Fig 30] başqa bir erkən intibah dövrü italyan rəssamı Luka Sinyorellinin[53] əsərlərindən təsirləndiyi ehtimal edilir. Boloniyada Mikelancelo Yakopo della Qverçanın kafedralın giriş qapısı ətrafında işlədiyi heykəllər silsiləsini görmüşdü. Mikelancelonun işlədiyi “Həvvanın yaradılışı” freskasında ümumi kompozisiya, fiqurların formaları, Yaradıcı və Həvva arasındakı münasibətlərə konservativ nəzəriyyədən yanaşma Yakoponun dizaynını xatırladır.[12] Tavandakı digər panellər, xüsusilə “Adəmin yaradılışı” təsviri Mikelancelonun “...misilsiz ixtiraları” hesab edilirlər.[12]

Sikstin kapellasının tavanı hətta tamamlanmamış vəziyyətdə belə, həmin dövrdə yaşayıb-yaratmış bir çox rəssamlara dərin təsir göstərmişdir. Vazari Rafaelin həyatı haqqında qeydlərində göstərir ki, Rafael, Mikelancelonun olmadığı vaxtlarda, kapellanın açarını saxlayan Bramantenin yanına gedərək tavan rəsmlərini izləməsi üçün onu içəri buraxmasını xahiş edirdi. Mikelancelonun tavandakı peyğəmbər təsvirlərini görən Rafael, həmin təsvirlərin təsiri altında Sant'Aqostino kilsəsinin sütununda peyğəmbər Yesayanın təsvirini işləmişdi, Vazari qeyd edir ki, Rafael həmin təsviri tamamlamış olmasına baxmayaraq, qaşımış və Mikelancelonun təsiri ilə yenidən daha fərqli və təsirli formada işləmişdi.[9] Con O'Malli qeyd edir ki, Rafael Yesaya təsvirindən başqa, məşhur Afina məktəbi freskasında Mikelancelonun öz obrazı əsasında işlənmiş Efesli Heraklit obrazını yaradarkən də Mikelancelonun İyeremiya təsvirinin təsiri altında olmuşdur.[54][Fig 31]

Tavanda bir çox element və detallar vardır ki, sonradan heç bir rəssam tərəfindən təkrarlanmamışdır: imitativ memarlıq, fiqurların əzələli anatomiyası, rakurs, hərəkət dinamikası, işıqlı koloratura, lunetlərdə fiqurların izləyici baxışları, putti obrazlarının çoxluğu. Qabriel Bartz və Eberhard Köniq iqnudi obrazları haqqında yazırlar: “Orada növbəti nəsil rəssamlara iqnudi obrazları qədər uzun müddət təsir etmiş başqa obraz yoxdur. Sonradan bu cür təsvirləri bir çox dekorasiya detallarında, rəsm əsərlərində və heykəltaraşlıq nümunələrindən görmək mümkündür.”[55]

 
Tintorettonun "Musiqi ifa edən qadınlar" tablosunda Mikelancelonun iqnudi obrazlarının təsiri izlənir.

Mikelancelonun kapellanın tavanında işlədiyi çoxfiqurlu, mürəkkəb kompozisiyalar rəssamın özünün yaradıcılığında yeni mərhələnin başlanmasına təkan vermiş, kapellanın altarında işlədiyi “Böyük məhkəmə” freskosu isə erkən manyerist sənət nümunəsi olmaqla intibah incəsənətində yeni mrəhələnin əsasını qoymuşdur. Birbaşa Mikelancelonun kapellada srgilədiyi yaradıcılıqdan təsirlənən rəssamlar arasında Pontormo, Andrea del Sarto, Korreco, Tintoretto, Annibale Karraççi, Paolo VeronezeEl Qrekonun adını çəkmək olar.

2007-ci ilin yanvarında bəyan edildi ki, gün ərzində Vatikan muzeylərini 10.000-dən çox insan ziyarət edir və Sikstin kapellasının tavanı ən çox maraq göstərilən obyektdir. Vatikan rəhbərliyi yeni restavrasiya olunmuş freskoların zərər görmə ehtimalını nəzərə alaraq kapellaya giriş vaxtlarını azaltmaq və giriş biletlərinin qiymətini qaldırmaq planının olmasını açıqlamışdır.[56]

Beş yüz il əvvəl Vazari qeyd edirdi: “Məkan hazır olduğunda bütün dünya onu seyr etmək üçün axışmağa başladı və sadəcə görüntü insanların heyrət susqunluğuna düşməsinə kifayət etdi.”[9]

Restavrasiya redaktə

Sikstin kapellasındakı freskalar 1980-ci ildən başlayaraq, bir neçə mərhələdə restavrasiya edilmişdir. Kapellanın tavanı ilə bağlı əsas problem vaxtilə yuxarıdan su sızmasının tavanda Mikelancelo tərəfindən işlənmiş freskalara ziyan vurması olmuşdur. Hələ 1547-ci ildə Paolo Ciovio yazır ki, kapellanın tavanı əmələ gələn çatlar və selitra səbəbiylə zədələnmişdir. Selitra effekti freskalarda qabarma və parçalanmaların meydana gəlməsinə səbəb olmuşdu. Papa Abidələri, Muzeyləri və Qalereyalarındakı Rəsm Əsərlərinin Restavrasiyası Laboratoriyasının Baş Restavratoru Janludci Kolaluççi yazdığı məqalədə, əvvəlki restavratorların istifadə etdiyi kətan və qoz yağlarından sonra freskaların üzərində şəffaf kristal təbəqəsinin əmələ gəlməsindən və bu təbəqənin təmizlənməsindən sonra "Mikelancelonun rənglərinin yenidən kəşf edilməsi"ndən[57] bəhs edir.

Kapella freskalarının növbəti restavrasiyası 1935-1938-ci illərdə Vatikan Muzeyinin Restavrasiya Laboratoriyasının rəhbərliyi ilə həyata keçirilmişdir. Bu restavrasiya əsasən əmələ gəlmiş çatların birləşdirilməsi və freskalar üzərində əmələ gəlmiş çirk təbəqəsinin təmizlənməsi məqsədi daşımışdır.[57] Kapella sonuncu dəfə 1979-1999-cu illərdə restavrasiya edilmişdir.

Sitatlar redaktə

Vazari

"İş hazır olduqdan sonra bizim sənətin mayakına çevrilmişdir, bütün rəssamların ilham mənbəyi olmuş və yüzillərdir qaranlığa qərq olmuş bir dünyaya yenidən aydınlıq gətirmişdir. Əslində rəssamların yeni təsvir formaları, yeni yanaşmalar, geyimli fiqurlar, yeni ifadə formaları, müxtəlif mexanizmlər axtarmalarına ehtiyac yoxdur, çünki, bunlar hamısı Mikelancelonun kapelladakı işlərində var.” [9]

İohann Volfqanq Göte

“Sikstin kapellasını görmədən bir insanın nələrə nail ola biləcəyini anlamaq mümkün deyil.”

Valdemar Yanuşçak

“Mən bir neçə dəfə kapellanı nəzərdən keçirmişəm. Və televiziyanın real işıqları altında mən nəhayət ki, əsl Mikelancelonu görə bildim. Mən ona o qədər yaxın idim ki, fırçasının boya üzərində buraxdığı izləri görə bilirdim; Onun möhtəşəm təsvirləri üzərində əl izlərini sezirdim. Məni valeh edən ilk şey onun surəti oldu. Mikelancelo Şumaxer sürəti ilə işləmişdi. Adəmin məşhur kiçik penisi bir fırça toxunuşu ilə işlənmişdir: sürətli bir əl hərəkəti və ilk insan öz kişiliyini əldə etmişdi. Mən həm də onun yaxın məsafədən daha aydın hiss olunan yumor hissindən zövq aldım. Kapellanın tavanında Kum sibili kimi məşhur olan fiqurun ətrafındakı mələklərdən birinin əlinə diqqətlə baxdıqda, onun barmaqlarının indi də İtalyan futbol oyunlarında gördüyümüz məşhur jestlə qatlandığını sezmək mümkündür.”[58]

Qabriel Bartz və Eberhard Köniq

“Bütün uğur və inkişafın itirilmiş antik keçmiş üzərində qurulduğu dünyada o, yeni bir başlanğıc yaratmışdır. Mikelancelo, insanın imicini və potensialını dəyişməklə hətta Rafael və Leonardodan da çox dahi rəssam ünvanına layiq olduğunu göstərdi...”[12]

Populyar mədəniyyətdə redaktə

  • Bir çox əsərlərdə Tanrı və Adəmin əllərinin toxunması səhnəsi parodiya edilmişdir. Ətraflı məlumat üçün Adəmin yaradılışı məqaləsinə baxın.
  • 2012-ci ildə istehsal olunmuş “Kardinallar kolleci” filmində tavan altında sakit ibadət səhnəsi var. Bu zaman tavan dağılmağa başlayır və Adəm və Həvvanın barmaqlarının toxunduğu hissə iki yerə ayrılır.
  • “İnsanlardan sonra həyat” seriyasında Sikstin kapellasının 500 il tərk edilmiş qalması göstərilir.
  • Pastafarianizmdə Uçan Spagetti Bədheybət Tanrı fiqurunun yerində təsvir edilmiş parodiya şəklində işlənmişdi.
  • Dramaturq Nil Simon Sikstin kapellasının döşəməsi haqqında yazır: “Əgər kimsə risk eləmək istəsəydi, Mikelancelo Sikstin kapellasının döşəməsini də çəkərdi.”
  • 1965-ci ildə çəkilmiş “Kədər və ilham” filmində Mikelancelo və onun Sikstin kapellasının tavanını işləməsindən bəhs edilir. Mikelancelo obrazını Çarlton Heston canlandırmışdır.
  • 2009-cu ildə çəkilmiş “Mələklər və iblislər” filmində və filmin əsaslandığı 2000-ci ildə nəşr edilmiş eyni adlı romanda bəzi hadisələr kapellada baş verir.

Qeydlər redaktə

  1. bax: Adəmin yaradılışı
  2. Vazari qeyd edir ki, Mikelancelo hələ cavan oğlan olduğu vaxtda da “öz ustadının işini təkmilləşdirmək üçün kifayət qədər bacarıq və zəkaya, ehtiras və istəyə malik idi.”
  3. Bu fikirlər Covanni Piko della Mirandollanın İnsanın dəyanəti haqqında təntənəli nitq əsərində ifadə edilib. O'Malley, p.122.
  4. Vazari "Nuhun qurbanı" təsvirini Qabil və Habilin qurbanı kimi şərh edir.
  5. Antoni Bertram (1970) Mikelancelonun tavandakı işlərinin sətiraltı mənalarını müzakirəyə çıxarıq və qeyd edir ki, "Mikelancelonun daxilində gedən münaqişədə əsas tərəflər onun klassik gözəlliyə olan vurğunluğu və dərin, demək olar ki, mistik katolikliyi, homoseksuallığı və cismani günahın ruhani cəza ilə qarşılanacağı qarşısında keçirdiyi qorxu nəticəsində meydana çıxan platonik sevgi nəzəriyyəsi idi."
  6. Onlar təsvir cədvəlində qeyd edilməsələr də tavan fotolarında aydın görünürlər.
  7. yəni "yumurta və darts", "muncuq və çarx".
  8. Həm IV Sikst, həm də II Yuli Della Rovere ailəsindən idilər. "Rovere" italyan dilində "palamud" deməkdir.
  9. Daraq qabığı və mirvari intibah və barokko dövrü incəsənətində İsanın Bakirədən doğulmasının simvolu kimi qəbul edilir.
  10. Mikelancelonun birada istifadə elədiyi texnika freska üçün qeyri-ənənəvidir və ola bilsin ki, ilkin olaraq bu təsvirlər başqa bir iş üçün nəzərdə tutulmuşdu. O qalxanları işlədiyi metodu dəmir üzərində deşmə ilə işlədiyi işlərdə və döşəmə işlərində də tətbiq etmişdi. Yerin rəngi (bu halda qara kölgəli qırmızı oxra rəngi) ümumi kompozisiyada və fonda rəng tonunu saxlayır. Fiqurların kənar hissələri sonradan işlənib və ya dəqiqləşdirilib ki, obrazlar dəqiq seçilsin. Rəngli kağız üzərində işlənilərkən bu detallar adətən ağ təbaşir və ya zərif ağ boya ilə vurğulanır. Lakin, qalxanlarda ağ boya və ya təbaşir yerinə döyülmüş qızıldan istifadə olunur və fiqurların konturları bu vasitə ilə vurğulanır. bu üsulla bəzədilmiş bir neçə qalxan Londondakı Viktoriya və Albert muzeyində nümayiş olunur.
  11. Adətən qorxulu varlıq kimi interpretasiya edilir.
  12. İntibah incəsənətində İosif adətən, Məryəmin ərə verildiyi yaşlı kişi kimi təqdim olunur. Ənənəci olaraq Fra Ancelikonun Pərəstiş təsvirində olduğu kimi sarı geyim və mavi üst geyimində təsvir olunur.
  13. Lunetlərdə daha uzun olan Lukanın İncilindəki geneologiya yox, bir qədər qısa olan Matfeyin İncilindəki geneologiya izlənmişdir. Bəzi məqamlarda Luka və Matfeyin qeyd etdikləri geneologiya fərqlənir ki, bu zaman da Mikelancelo Matfeyin İncilinə üstünlük verir.
  14. Giornatanın tədqiqi göstərir ki, dips bir gün içində hamarlanıb və rəsm çəkilib.
  15. "işıq axını effekti" daha çox işıqlanan hissəyə nisbətən az işıqlanan hissənin görünməməsi və ya pis görünməsidi.
  16. İqnudisözü italyan dilində "çılpaq" anlamı verən "nudo" sözündən əmələ gəlmişdir.
  17. Vazarinin "Sitatlar" bölməsindəki qeydinə bax.

İstinadlar redaktə

  1. Shearman 1986, pp. 22–36
  2. 2,0 2,1 Shearman 1986b, pp. 38–87
  3. 3,0 3,1 3,2 O'Malley 1986, pp. 92–148
  4. Partridge 1996, p. 15
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 Goldscheider 1953.
  6. Shearman 1986b, pp. 45–47
  7. Partridge, 1996, p. 10
  8. Partridge, 1996, p. 11
  9. 9,00 9,01 9,02 9,03 9,04 9,05 9,06 9,07 9,08 9,09 9,10 9,11 Vasari 1568.
  10. 10,0 10,1 10,2 10,3 O'Malley 1986, p. 104.
  11. Partridge 1996, p. 13.
  12. 12,0 12,1 12,2 12,3 12,4 Bartz 1998.
  13. Graham-Dixon 2008, p. 181 ff.
  14. 14,0 14,1 14,2 14,3 14,4 14,5 Mancinelli 1986, pp. 220–259
  15. 15,0 15,1 15,2 Condivi 1553.
  16. Goldscheider 1951.
  17. 17,0 17,1 17,2 17,3 Gardner, Art Through the Ages, pp. 469–472
  18. Bartz and König, p.55
  19. Hurst 1986
  20. O'Malley, p.112
  21. Gardner, p.466–467
  22. Aston 1979, pp. 111–112
  23. O'Malley, pp. 102–110
  24. O'Malley, p. 105
  25. 25,0 25,1 Shearman 1986, pp. 29–30
  26. O’Malley, p.100
  27. Partridge 1996, p. 9
  28. O’Malley, p.95
  29. O’Malley, pp. 104–105, 160–161
  30. 30,0 30,1 30,2 Paoletti and Radke p.402–403
  31. 31,0 31,1 See Poor Man's Bible
  32. Bartz and König, p.54
  33. Gardner, p. 467
  34. Charles de Tolnay, translated by Nan Buranelli, The Art and Thought of Michelangelo, Pantheon, (1964)
  35. Renaissance at the V&A Arxivləşdirilib 2009-08-25 at the Wayback Machine. Accessed 19-05-2009
  36. 36,0 36,1 O'Malley, pp. 106–107
  37. O'Malley, pp.120-22
  38. 38,0 38,1 O’Malley, p.116
  39. O’Malley, pp. 107–117
  40. Paoletti and Radke, p. 407
  41. 41,0 41,1 41,2 41,3 O'Malley, picture captions, pp. 162–169
  42. Bartz and König, p.56
  43. Mancinelli, p. 238
  44. 44,0 44,1 O'Malley, p.170–174
  45. Graham-Dixon 2008, p. 137
  46. Graham-Dixon 2008, p. 138.
  47. Graham-Dixon 2008, p. 141
  48. Bartz and König, p. 44
  49. Mancinelli, pp.234–236
  50. Abderalı Protaqor Protagoras, (e.ə. 480–410).
  51. Hersey 1993.
  52. Graham-Dixon 2008, p. 136
  53. 53,0 53,1 53,2 Gardner 1970.
  54. O'Malley, pp.156–158
  55. Bartz and König, pages 45 and 52
  56. Richard Owen, "Vatican puts a squeeze on visitors" Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine, Timesonline, January 6, 2007.
  57. 57,0 57,1 Gianluigi Colalucci's essay, Michelangelo's Colours Rediscovered in The Sistine Chapel, ed. Massimo Giacometti. (1986) Harmony Books, ISBN 0-517-56274-X
  58. Januszczak, Waldemar. "The Michelangelo Code". Sunday Times (London), March 5, 2006.

Təsviri istinadlar redaktə

  1. First Day of Creation, in context with shields and Ignudi (restavrasiyadan sonra)
  2. Dividing Water and Heavens (restavrasiyadan sonra)
  3. Creation of the Earth and the celestial bodies, (restavrasiyadan sonra)
  4. God creating Eve from the side of the sleeping Adam (restavrasiyadan əvvəl)
  5. Adam and Eve: temptation and banishment (restavrasiya edilib)
  6. The Sacrifice of Noah (restavrasiya edilib)
  7. The Great Flood (restavrasiyadan əvvəl)
  8. Noah's drunkenness in context, with shields and Ignudi (restavrasiyadan əvvəl)
  9. 9,0 9,1 The prophet Jonah (restavrasiya edilib)
  10. The prophet Jeremiah (restavrasiya edilib)
  11. The Persian Sibyl (restavrasiya edilib)
  12. The prophet Ezekiel (restavrasiya edilib)
  13. 13,0 13,1 The Erithraean Sibyl (restavrasiyadan əvvəl)
  14. The prophet Joel (restavrasiyadan əvvəl)
  15. The prophet Zechariah (restavrasiyadan əvvəl)
  16. The Delphic Sibyl (restavrasiya edilib)
  17. 17,0 17,1 The prophet Isaiah (restavrasiya edilib)
  18. The Cumean Sibyl (restavrasiya edilib)
  19. The prophet Daniel (restavrasiyadan əvvəl)
  20. The Libyan Sibyl (restavrasiya edilib)
  21. The Brazen Serpent (restavrasiyadan əvvəl)
  22. The crucifixion of Haman (restavrasiyadan əvvəl)
  23. David slaying Goliath (restavrasiyadan əvvəl)
  24. Judith carrying the head of Holofernes (restavrasiyadan əvvəl)
  25. Dağıdılmış lunetlər: Abraham / Isaac / Jacob / JudahPharez / Hezron / Ram, Uilyam Yanq Otlinin qravürləri.
  26. Woman cutting garment The "Salmon Spandrel" (restavrasiya edilib)
  27. Spandreldən görünən Müqəddəs Məryəm (?) restavrasiyadan əvvəlsonra.
  28. Eleazar and Mathan lunette (restavrasiyadan əvvəl)
  29. Masaccio: The Expulsion from the Garden of Eden fresco, Cappella Brancacci, Santa Maria del Carmine, Florence
  30. Luca Signorelli: Resurrection of the Flesh (1499–1502) Chapel of San Brizio, Duomo, Orvieto
  31. Raphael (ca. 1509) Heraclitus Detail from the School of Athens, a portrait of Michelangelo

Bibliya istinadları redaktə

  1. Yaradılış, I
  2. Yaradılış, I-III
  3. Yaradılış, VI-IX
  4. İkinci Krallar kitabı, II, 11–13
  5. İoel, II, 28.
  6. Zəkəriyyə, IX,9; Matfey, XXI, 4–5
  7. Matfeyin İncili [12:39-40].
  8. Gospel of Luke
  9. Mixeyin kitabl, V, II; Matfeyin İncili, II, VI.
  10. The Book of Numbers, chapter 21:4–9
  11. Esterin kitabı
  12. Samuelin birinci kitabı, 2:18
  13. Yesaya, 11:1
  14. bax: Yaradılış, fəsil 18.

Ədəbiyyat redaktə

  • Aston, Margaret (1979) "The fifteenth century: the prospect of Europe". W.W. Norton, New York. ISBN 0-393-95097-2
  • Bartz, Gabriele; König, Eberhard (1998). Michelangelo, Könemann, ISBN 3-8290-0253-X
  • Beck, James; Daley, Michael (1995). Art Restoration, the Culture, the Business and the Scandal, W.W. Norton. ISBN 0-393-31297-6
  • Bertram, Anthony (1970). Michelangelo, 1970, Studio Vista. ISBN B00071KTVA
  • Buonarotti, Michelangelo; Campanella, Tommaso. The Sonnets of Michael Angelo Buonarotti and Tommaso Campanella Now For the First Time Translated into Rhymed English. Project Gutenberg EBooks. 10314. Translated by John Addington Symonds. 1878. İstifadə tarixi: 2 June 2009.
  • Condivi, Ascanio (1553). Life of Michelangelo
  • Freidenthal, Richard (1963). Letters of the Great Artists, 1963, Thames and Hudson
  • Gardner, Helen (1970) Art through the Ages, Harcourt, Brace and World, ISBN 978-0-15-508315-8
  • Giacometti, Massimo (1984). The Sistine Chapel, a collection of essays on aspects of the chapel, its decoration and the restoration of Michelangelo's frescoes, by Carlo Pietrangeli, [André Chastel, John Shearman, John O'Malley S.J., Pierluigi de Vecchi, Michael Hirst, Fabrizio Mancinelli, Gianluigi Colallucci, and Franco Bernabei. 1984, Harmony Books ISBN 0-517-56274-X
  • Graham-Dixon, Andrew. Michelangelo and the Sistine Chapel. London: Weidenfeld & Nicholson. 2008. ISBN 978-0-297-85365-7.
  • Goldscheider, Ludwig (1951). Michelangelo: Drawings, Phaidon.
  • Goldscheider, Ludwig (1953). Michelangelo: Paintings, Sculpture, Architecture, Phaidon.
  • Hale, J.R. (1979). Renaissance Europe, 1480–1520, Fontana/Collins, ISBN 0006324355
  • Hersey, George L. (1993) High Renaissance Art in St. Peter's and the Vatican, University of Chicago Press, ISBN 0-226-32782-5
  • Hirst, Michael (1986). in The Sistine Chapel, ed. Massimo Giacometti
  • John Paul II. "Homily of His Holiness John Paul II, 8 April 1994". Homily preached at the mass of to celebrate the unveiling of the restorations of Michelangelo's frescoes in the Sistine Chapel. Vatican Publishing House. 1994. İstifadə tarixi: 19 oktyabr 2014.
  • Mancinelli, Fabrizio (1986). in The Sistine Chapel, ed. Massimo Giacometti
  • O'Malley, John (1986). The Theology behind Michelangelo's Ceiling in The Sistine Chapel, ed. Massimo Giacometti.
  • Paoletti, John T.; Radke, Gary M. (2005). Art in Renaissance Italy, Laurence King. ISBN 1-85669-439-9
  • Partridge, Loren. Michelangelo. The Sistine Chapel Ceiling, Rome. New York: George Braziller. 1996. ISBN 0-8076-1315-0.
  • Pietrangeli, Hirst and Colalucci, eds. (1994). The Sistine Chapel: A Glorious Restoration. Italy, Harry N Abrams
  • Shearman, John (1986) The Chapel of Sixtus IV in The Sistine Chapel, ed. Massimo Giacometti.
  • Shearman, John (1986b) The Fresco Decoration of Sixtus IV in The Sistine Chapel, ed. Massimo Giacometti.
  • Vasari, Giorgio (1568). Lives of the Artists, 'Michelangelo'. Trans. George Bull, 1965, Penguin Classics. ISBN 0-14-044164-6
  • Vecchi, Pierluigi de, ed. (1994). The Sistine Chapel: A Glorious Restoration, Abrams, ISBN 0-8109-3840-5

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024