Silikatlar Haqqinda Melumat - Vikipedia

Silikatlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Silikatlar böyük mineral qrupunu əhatə edir. Onlar üçün mürəkkəb kimyəvi tərkib və kompleks elementlərin digərləri ilə izomorf əvəzlənməsi səciyyəvidir. Silikatların tərkibinə daxil olan əsas kimyəvi elementlər bunlardır: Si, O, Al, Fe2+, Fe3+, Mg, Mn, Ca, Na, K, həmçinin Li, B, Be, Zr, Ti, F, H, (OH)− və ya H2O formasında.

Silikatların mineral formalarının ümumi miqdarı 800-dür. Litosfer minerallarının tərkibinin 90%-ində silikalara rast gəlinir. Dağ suxurlarının böyük hissəsi onlardan təşkil olunmuşdur: şpatlar, kvars, amfobol, qarğaduzu, piroksin, olivin və s. Ən geniş yayılmışları şpatlar və kvartslardır, ikincinin payına bütün mineralların 12 % -i düşür.

Struktur növləri redaktə

 
Tetraed silikatanion
 
Kondensasiya olunmuş qoşa tetraedr

Hər bir silikatın struktur tərkibi siliumoksid və oksigen birləşməsindən ibarətdir. Bu birləşmə kristal-kimyəvi prinsipə söykənir, əsasən də Si (0.39Å) və O (1.32Å) ionlarının radiusu ilə bağlıdır. Beləliklə bütün silikatların əsasında [SiO4]3 qrupu durur. Silisiumoksid birləşməsinin tetraedralarının qarşılıqlı əlaqəsindən asılı olaraq aşağıdakı silikat növləri fərqlənir.

  1. Adacıq silikatlar, yəni silikatlar izolyasiya olunmuş [SiO4]4− və digər qrup tetraedrlərdən təşkil olunur: a)silisiumiksid tetraedri izoliyasiya olunmuş silikatlar. Onun radikalı [SiO4]4−dür, çünki hər bir dördüncü oksigen bir valentliyə malikdir. b) əlavə olunmuş anionimə (О2−, ОН−, F− və s.) malik adacıq silikatlar. c)ikiləşmiş tetraedrə malik silikatlar. Xüsusiləşmiş silisumoksid tetaedr cütləri [Si2O7]6− ilə frqlənirlər. d) üzükvari silikatlar. Silisiumoksid tetraedrləri sadəcə üzükşəkilli birləşmiş üç, dörd və ya beş qruplardan ibarət olur, həmçinin ikimərtəbəli forması da mövcuddur. Onların radikalları: [Si3O9]6−, [Si4O12]8−, [Si6O18]2−, [Si12O36]24−. Bu növ silikatlara daxildirlər: olivin, sirkon, titanit, topaz, disten, andaluzit, stavrolit, vezuvian, kalamin, epitod, soizit, ortit, berill, korderit və s.
  2. Zəncirvari silikatlar silisiumoksid tetraedrlərinin fasiləsiz zəncir şəklində birləşməsindən yaranır. Tetraedrlər fasiləsiz əlaqəyə malik zəncirlərə bölünür. Onların radikalları: [Si2O6]4− и [Si3O9]6−. Zəncirvari silikatlar orta sıxlığı, bərkliyi və prizmalarn tillərinin yapışması ilə xarakterizə olunur. Maqma və metamorfik dağ suxurlarında rast gəlinir.
  3. Kəmər silikatlar silisium tetraedrlərin kəmər şəklində əlaqələnməsindən yaranır. Onlar bir-biri il əlaqəsi olmayan zəncir, lent və ya kəmərlərin ikiləşmiş formasıdır. Radikal strukturu: [Si4O11]6−. Buraya tremolit, aktinolit, jadeit aiddir.
  4. Qatlı silikatlarda silisiumoksid tetraedrləri kəsilməz qatlardan təşkil olunmuşdur. Struktur radikalı: [Si2O5]2−. Silisiumoksid tetraedrlərin qatları bir-birindən ayrıdır və kationlarla əlaqəlidirlər. Bu növ silikatlara aiddirlər: talk, serpentin, asbest, revdinskt, palqorskit, biotit, vermikulit, xlorit, gil mineralları və s.
  5. Üçölçülü karkaslı silikatlar. Bu halda oksigen atomu şəriklidir. Belə karkas neytraldır. Radikalı [SiO2]0. Belə karkas kvarsın strukturuna uyğun gəlir. Bu əsasa görə onu okisdlərə yox, silikatlara aid edirlər. Karkas silikatlarının eşidliyi onunla izah olunur ki, onun tərkibində alüminiumoksid tetraedrlər vardır. Al və Si-un nisbəti 1:3 və 1:1.

Mənbə redaktə

  • Миловский А.В. Минералогия и петрография. — М.: Государственное научно-техническое издательство литературы по геологии и охране недр, 1958. — С. 83–88.
  • Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1995. — Т. 4 (Пол-Три). — 639 с. — ISBN 5-82270-092-4.

Xarici keçidlər redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024