Sisak döyüşü Haqqinda Melumat - Vikipedia

Sisak döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu yerin yaxınlığında Osmanlı İmperiyasının sərhəd komandanı olan və bir il əvvəl Bosniya bəylərbəyi olaraq təyin edilmiş Telli Həsən paşanın Bosniya əyalət sipahiləri və Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları arasında baş tutmuş döyüşdür.[3]

Sisak döyüşü
Osmanlı-Avstriya müharibələri
Osmanlı-Xorvatiya Yüzil müharibələri
Tarix 22 iyun, 1593
Yeri Kulpa çayı, Sisak-Moslavina, Xorvatiya
Nəticəsi Avstriya və xorvat qüvvələrinin qalibiyyəti
Münaqişə tərəfləri

Avstriya hersoqluğu,
Xorvatiya krallığı
və digər müttəfiqlər

Osmanlı İmperiyası

Tərəflərin qüvvəsi

5,800

12,000[1]–16,000[2]

İtkilər

500

8,000[2]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüşdə, Bosniya bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə uğradıldı. Telli Həsən Paşa və digər bir neçə paşa həlak oldu. Bu döyüşün nəticəsi 1593-1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya döyüşlərinə gətirib çıxardı.

İstinadlar redaktə

  1. Oto Luthar: The Land Between: A History of Slovenia Arxivləşdirilib 2016-06-22 at the Wayback Machine (Peter Lang GmbH, 2008), s. 215  (ing.)
  2. 2,0 2,1 Hammer Tarihi: Joseph von Hammer-Purgstall, Geschichte des Osmanischen Reiches. online:Vol.4: Vom Regierungsantritte Murad des Dritten bis zur zweyten Entthronung Mustafa des Ersten 1574–1623 Arxivləşdirilib 2020-11-19 at the Wayback Machine, Budapest: C. A. Hartleben, 1829, s. 218. Türkçe çeviri: Abdüllatif Türker, Dündar Alikılıç, Irfan Bülbül, (2000) Osmanlı İmparatorluğu Tarihi Ìstanbul: Söğüt Yayınları ISBN 9786050043181 Bu kaynaktaki altnotta belirtildiği gibi, muharebe dönemine en yakın zamanda yazan Osmanlı tarihçileri çok daha küçük sayıda Osmanlı askeri gücünün katıldığını bildirirler. Örneğin, Mustafa Naima,Tarihi Naima Constantinople 1734, cilt.İ, say. 43.
  3. "Türkiye Kültür ve Turizm Bakanlığı Sultan III. Murad Kronolojisi". 2011-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-22.

Xarici keçidlər redaktə


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024