Sivas konqresi Haqqinda Melumat - Vikipedia

Sivas konqresi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sivas Konqresi ya da Qurultayı Mustafa Kamal Atatürkün Amasiya qanununu açıqladıqdan sonra bir çağırış üzərinə Birinci Dünya Müharibəsindən sonra işğala məruz qalan Türk topraqlarını qurtarmaq və Türk millətinin müstəqilliyini qazanmaq üçün çarələr axtarmaq məqsədilə seçilmiş xalq təmsilçilərinin Sivasda bir araya gəlməsiylə, 4–11 Sentyabr 1919 tarixləri arasında gerçəkləşən bir konqresdir.

Sivas Konqresində alınan qərarlar, daha öncə gerçəkləşdirilən Ərzurum konqresinin qərarlarını genişlədərək bütün milləti əhatə etmiş və yeni bir Türk dövlətinin quruluşuna təməl olmuşdur; bu səbəblə Sivas Konqresinin Türkiyə tarixindəki önəmi böyükdür.

Sivas Konqresində, Ərzurum Konqresində alınan vətənin bütünlüyü və müstəqilliyiylə əlaqəli qərarlar eynilə qəbul edilmişdir.

Konqres eyni zamanda Cümhuriyyət Xalq Partiyasının ilk qurultayı olaraq qəbul edilməkdədir.

Konqres nümayəndələri redaktə

Konqresdə şərq illəri adına nümayəndə olaraq Ərzurum Konqresində seçilən Heyet-i Temsiliye (Təmsil Qurulu) üzvləri vardı. Qərbi və Orta Anadolu illrindən gələn digər təmsilçilərin də qatılması sayəsində Sivas Konqresi, milli bir konqres adını qazanmışdı.

Konqresə qatılan nümayəndə sayı mübahisəli bir mövzudur. Ankara kimi bəzi illərdə valilik təzyiqi ilə nümayəndə seçimi gerçəkləşməmiş, bəzi illərdən seçilən nümayəndələrin isə yola çıxması əngəllənmiş, bu səbəbdən konqresə qatılmamış və ya konqres çalışmaları bitdikdən sonra Sivasa gələ bilmişdilər. Sonradan qatılanlarla birlikdə nümayəndə sayının 41 olduğu söylənə bilər. (Fərqli qaynaqlara görə 31, 33, 38 qatılımcı vardır.)

Sivas Konqresi Təmsil Heyəti redaktə

Ərzurum Konqresində seçilmiş olanlar redaktə

  • Mustafa Kamal Atatürk (9. Ordu Müfəttişi ikən 8 İyul 1919 əsgərlikdən ayrıldı)
  • Hüseyin Rauf Bey
  • Raif Dinç (Ərzurum)
  • İzzət Əfəndi
  • Sərvət Bəy (Trabzon)
  • Sadullah Fevzi Eren (Bitlis)
  • Ahmet Fevzi Baysoy (Ərzincan)
  • Bekir Sami Kunduh (Beyrut keçmiş valisi)
  • Hacı Musa Efendi (Mutkidə Aşiret Rəisi)

Heyet-i Temsiliye tərəfindan seçilmiş olanlar redaktə

  • Refet Bəy (3. Kolordu Komandanı ikən əsgərlikdən ayrılma)


Sivas Konqresində seçilənlər redaktə

  • Mustafa Vasıf Karakol
  • Mazhar Müfit Kansu
  • Hüsrev Sami Kızıldoğan
  • Ömer Mümtaz Tambi
  • Hakkı Behiç Bayiç
  • Mustafa Soylu

Həmçinin bax redaktə

İstinadlar redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024