Skif-Sibir heyvan üslubu Haqqinda Melumat - Vikipedia

Skif-Sibir heyvan üslubu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Skif incəsənəti

(Skif-Sibir heyvan üslubu səhifəsindən istiqamətləndirilmişdir)

Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu.

Tarixi redaktə

Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV-VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır.

Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və “skif heyvan üslubu”dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82- 2 m) tapılıb.

Altay və Tuvanın e.ə. VII-III əsrlər arxeoloji mədəniyyətləri tarixşünaslıqda “Altayın skif dövrü” adlanır. Mayemir (e.ə. VII-VI əsrlər) və Pazırık (e.ə. V-III əsrlər) arxeoloji dövrləri bura aiddir.

Arjan şah (1971-1974) və Pazırık kurqanlarında arxeoloji qazıntıları M.P.Qryaznov aparıb. Pazırık mədəniyyətinə “skif heyvan üslubu” xarakterikdir. M.İ.Artomonov bu üslubun mənşəyi barədə yazır: “Bu üslub yayıldığı ərazidə, Minusin çökəkliyi istisna olmaqla, heç bir sələfə malik deyil. Bu, o demək deyil ki, Cənubi Sibirin və Şərqi Avropanın Skif dövrünə qədərki barbar tayfaları təsviri incəsənətlə tanış deyildilər. Onlarda incəsənətin rüşeymi mövcud idi. Bunu saxsı qabların üzərindəki həndəsi naxışlar, neolit və tunc dövrlərinin mədəniyyətlərindəki təsviri əsərlər sübut edir. Onlara içərisində heyvan təsvirləri üstün yer tutan forma və süjetlər xasdır. Stilistik baxımdan bu təsvirlər skif dövrünün incəsənəti ilə bağlı deyil, onlar Dunaydan Yeniseyədək çöl xəttində Avrasiyanın neolit və tunc dövrü incəsənəti ilə stilistik oxşarlığı olmayan skif-sibir heyvan stilini yaratmayıblar və yarada bilməzdilər. Yalnız Minusun çökəkliyində son tunc dövrünə aid Karasuq mədəniyyəti abidələrində skif dövrünün heyvan obrazlarına yaxın olan təsvirlər vardır.”

Skif kurqanlarından çoxlu incəsənət nümunələri tapılmışdır. “Skif-Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda” hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri bu baxımdan daha çox maraqlıdır. Qara dəniz sahillərində yaşayan skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur.

Skif tayfaları Qara dəniz sahili Skifiyasının tarixinə də böyük töhfə vermişlər; onlar Azərbaycandan və qonşu vilayətlərdən buraya skif mədəniyyətinin tərkib hissəsinə çevrilmiş Ön Asiya sivilizasiyasının bir çox realiyalarını, o cümlədən "heyvan üslubu" gətirmişlər.

Ədəbiyyat redaktə

  • Грязнов М.П. Саяно-Алтайский олень (этюд на тему скифо-сибирского звериного стилям // Проблемы археологии вып. 2. Л., 1978;
  • Завитухина М.П. Тагарское искусство на Енисее. Л., 1983;
  • Мартынов А. И. Тагарская лесостепная культура. Новосиб., 1979;
  • Паульс Е.Д. О происхождении скифского канона в изобразительном искусстве // Степи Евразии в древности и в средневековье. К 100 летию со дня рождения М. П. Грязнова. Книга II. СПб, 2002;
  • Переводчикова Е. В. Язык звериных образов. Очерки искусства евразийских степей скифской эпохи. М., 1994;
  • Членова Н.Л. Тагарская культура // Степная полоса Азиатской части СССР в скифо-сарматское время. М. 1992.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023