Soçi Haqqinda Melumat - Vikipedia

Soçi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

SoçiRusiya Federasiyasının Krasnodar diyarında şəhər.

Soçi
Сочи
Шъачэ
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°35′07″ şm. e. 39°43′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1838
Sahəsi
  • 176,77 km²
Mərkəzin hündürlüyü 65 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 466.078 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 862
Poçt indeksi 354000–354999
Digər
sochiadm.ru
Xəritəni göstər/gizlə
Soçi xəritədə
Soçi
Soçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri.

Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir. Müasir abazalar Qaraçay-Çərkəzdə, Kabarda-Balkarda, Adıgöydə və Kislovodskda yaşayan müsəlman əhalinin adı kimi qəbul edilir. Abazalıların müəyyən hissəsi Qafqazın istilasında Türkiyəyə mühacirat etmişlər. "Abazalar müsəlmandır,"-deyə Övliya Çələbi bu yerləri gəzərkən onların etibarlılığı və səbatı haqqında yazmışdır: (türk. kendilerine kafir desek, insanı katl ederler, müselman desek, hoşlanıb severler). Övliya Çələbi abazaların torpaqlarının da dəqiq hüdudlarını göstərir: (türk. Türkiyeden denize girib Gürcüstan sahillerile bir gün üzdükden sonra Gürcüstan bitir, Fişe çayından Abaza diyarı başlar).Onların torpaqları Anapa qalasına kimi uzanıb gedir.

2. Tarix səhifələrində Abaza əsilzadələrinin bu adı nəsəb, soyadı kimi daşıdıqları müşahidə olunur.Osmanlı dövlətinin tarixinin tədqiqçilərindən biri olan alman alimi Hammerin yazdığına görə: 1769-cu il iyulun 17-də Xotin döyüşündə Abaza Mehmet paşa komandir idi.

3. Şəhərin sonrakı yeni adı Soçi də abaza tayfalarından olan Soça adındandır. Soça tayfası həmin limanda yaşayan Kıyı Abaza oymağına daxil idi.

4. Övliya Ata da özünün öz bəyi olan Soça tayfasından, onun əsgəri gücündən söz açır. Həm də Soça və Obur Elburus silsiləsinə daxil olan dağların adıdır. Şəhər həm də Soça çayının üstündə yerləşir. Yaxınlıqdan isə Mamayka, Buzuqa çayları axır. Soçi bağ-bağçalarını əzəmətli şümşad ağacları (rus dilində samşit işlənilir) bəzəyir. Soçi şəhərinin keçmiş Abaza adı tarixi, eləcə də ədəbi-bədii mənbələrdə yad edilir: Mən də cavanlıqda uzun müddət sizin Abazada qoyun otarmışam. (Q.Danilevski."Qaçaqlar Novorossiyada") Bundan başqa Sibirdə Krasnoyar (keç.: Kızıl Yar) diyarında Abakan çayı üzərində də Abaza şəhəri vardır. Bu yaxınlarda əski türk yurdu Soçidə böyük bir Məscidin inşasına başlanılmışdır.

Krasnaya Polyana redaktə

Soçinin Adler rayonunda yerləşir. Krasnaya Polyana yaşayış məntəqəsinin mərkəzidir. Kənd dəniz səviyyəsindən 500 metr yüksəklikdə, sahildən 40 kilometr məsafədə, Mzymta çayının orta axarında yerləşir.[3]

Coğrafiyası və iqlimi redaktə

Əhalisi redaktə

471.334 nəfər

İqtisadiyyatı redaktə

Şəkilləri redaktə

Mənbə redaktə

Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

Qeydlər redaktə

  1. 1,0 1,1 ОКТМО. 185/2016. Southern FD.
  2. 2,0 2,1 GEOnet Names Server. 2018.
  3. "Krasnaya Polyana Soçi şəhərinin bir rayonudur". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023