Soltan Abbas Haqqinda Melumat - Vikipedia

Soltan Abbas Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Soltan Abbas (tam adı:Soltan İsrafil oğlu Abbasov; d.7 yanvar 1933, Neftçala, Ballıcalı k.) — şair, publisist, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1988).[1]

Soltan Abbas
Soltan İsrafil oğlu Abbasov
Doğum tarixi (91 yaş)
Doğum yeri Ballıcalı, Salyan rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti şair
Mükafatları Məmməd Araz” ali ədəbi mükafatı, “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanı və s.

Həyatı redaktə

1933-cü ildə yanvarın 7-də Azərbaycanın Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. Burada 1952-ci ildə ibtidai məktəbi, Boyat kəndində yeddiilliyi, Xıllı rayonunun Xıllı kəndində isə orta məktəbi bitirmişdir. 1951-53-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953-55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955-57-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır. 1957-60-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir. 1973-74-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991-2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur. Hazırda Neftçalanın Ballıcallı kəndində yaşayır. Təqaüdçüdür. [2]

Yaradıcılığı redaktə

Bədii yaradıcılığa 1960-cı illərdən başlayan şairin ilk şeiri - bir bəndlik bayatısı 1967-ci ildə "Təşviqatçı" jurnalında çap edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisistik yazılar da yazmış publisist “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar - ömür yolum”, “Səyyah etdi söz məni”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər”, “Ömrün şəhidlik zirvəsi”, “Torpağın sahibi”, “Səyyah etdi söz məni”, “Ömür töhfəsi”, “Torpağın oğlu” və digər şeir kitablarının da müəllifidir. 1971-75-ci illərdə Salyanda "Kürün töhfəsi" ədəbi birliyə başçılıq etmişdir. Hazırda Neftçala rayonundakı ədəbi qüvvələri birləşdirən "Xəzər nəğmələri" ədəbi birliyinin rəhbəridir. 1960-cı ildə Azərbaycan komsomolunun XXII qurultayına nümayəndə seçilmişdir. "Sabir poeziya günləri" (1979), "Qızıl əllər" (1980), "Azərbaycan" (1991), "Vətən nəğməsi" (1989), almanaxlarında şeirləri çap olunmuşdur. [3]

Əsərləri redaktə

  • "Damcı" (1979);
  • "Mənə çox öyrəşmə" (1980);
  • "Tut ağacı" (1984);
  • "Yollar - ömür yolum" (1989);
  • "Həqiqətin ağzı daş saxlamaz" (1997);
  • "Rübailər" (2000);
  • "Qəzəllər" (2001);
  • "Ömrün şəhidlik zirvəsi" (2003);
  • "Dörd kitab" (2004);
  • "Torpağın sahibi" (2005);
  • "Nakam ömrün yaşıl anları" (2006);
  • "Səyyah etdi söz məni" (I cild, 2006);
  • "Ömür töhfəsi" (II cild 2008);
  • "Torpağın sahibi" (2008);
  • "Ömrü yaşadan sözlər" (III cild 2009).

Mükafatları redaktə

1980-ci ildə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülmüşdür.

Xarici keçidlər redaktə

Mənbə redaktə

  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.

İstinadlar redaktə

  1. "Soltan ABBAS.Həyatı və Yaradıcılığı". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  2. "Soltan Abbas". 2019-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  3. "Şeirlər - Soltan Abbas". 2 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023