Spagetti ağacı mistifikasiyası Haqqinda Melumat - Vikipedia

Spagetti ağacı mistifikasiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Spagetti ağacı mistifikasiyası

Spagetti ağacı mistifikasiyası (ing. Spaghetti-tree hoax) – 1957-ci ildə BBC tərəfindən Ümumdünya gülüş günündə yayımlanan 3 dəqiqəlik xəbər və onun səbəb olduğu hadisə. BBC kanalının "Panorama" adlı verilişində İsveçrənin cənubunda yaşayan bir ailənin guya "spagetti ağacı"ndan spagetti topladığını əks etdirən video yayımlanmışdır. Həmin dövrdə Birləşmiş Krallıqda spagetti populyar olmadığı üçün insanların çoxu spagettinin un və sudan ibarət olduğunu bilmirdi və bu xəbərdən sonra bir çox britaniyalı öz spagetti ağaclarını yetişdirmək üçün BBC kanalı ilə əlaqə saxlamışdır. İllər sonra CNN bu hadisəni "hansısa nüfuzlu xəbər qurumu tərəfindən həyata keçirilmiş ən böyük mistifikasiya" adlandırmışdır.[1]

Spagetti yığan qız (Kaliforniya).

Yayım redaktə

Video-xəbər 1957-ci ilin 1 Aprel günü üçün zarafat məqsədilə hazırlanmışdır. Videoda İsveçrənin cənubunda yerləşən Tiçino kantonunda yaşayan bir ailənin mülayim keçən bir qış mövsümündən sonra "spagetti ağacı"ndan spagetti toplaması əks olunmuşdur. Xəbərdə ideal uzunluqda spagettiləri əldə etmək üçün görülməli olan işlər də müzakirə olunmuşdu. Əslində isə bəzi səhnələr Hartfordşirdə yerləşən Pasta Foods fabrikində (indi bağlıdır) və İsveçrənin Kasraqnola qəsəbəsindəki hoteldə lentə alınmışdı.

"Panorama" verilişinin müxbiri Çarlz de Yaeqer bu ideyanı Avstriyada oxuyarkən yaşadığı təcrübəni xatırladıqdan sonra fikirləşmişdir. Belə ki, onun Avstriyada oxuduğu məktəbdə müəllimlər onun sinif yoldaşları barədə deyirdilər ki, onlar o qədər axmaqdırlar ki, spaggetinin ağacda yetişdiyini desən, inanarlar. Verilişin redaktoru Maykl Pikok 2014-cü ildə verdiyi müsahibədə bildirmişdi ki, o, xəbər üçün Çarlza 100 funt sterlinq məbləğində büdcə ayırmışdı. Videonu daha inandırıcı etmək üçün isə nüfuzlu müxbir Riçar Dimblebinin şərhçiliyindən istifadə olunmuşdur. Pikok demişdir ki, Dimblebi bu işin zarafat məqsədli olduğunu bilirdi və ideyanı çox bəyəndiyi üçün təklifi qəbul etmişdi.[2]

Həmin dövrdə Britaniyadakı 15,6 milyon evin 7 milyonunda (44%) televizor var idi.[3] 1950-ci illərdə spagetti Britaniyada çox az yeyilirdi və britaniyalılar ancaq pomidor souslu spagetti konservləri ilə tanış idilər.[4] Statistikaya görə 1 aprel 1957-ci ildə 8 milyon nəfər verilişə baxmışdır və növbəti gün yüzlərlə şəxs spagetti əkini haqqında məlumat əldə etmək və öz spagetti ağaclarını əkmək üçün kanala zəng etmişdir. BBC kanalı isə onlara "spagetti dənəsini pomidor sousu konservinə yerləşdirin və ümid etməyə başlayın" cavabını vermişdir.[5]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Ahmed, Saeed. "A nod and a link: April Fools' Day pranks abound in the news". CNN.com. 1 April 2009. 2010-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-25.
  2. Peacock, Michael. "BBC News Interview" (Müsahibə). BBC TV News. 1 April 2014.
  3. "Television Ownership in Private Domestic Households 1956-2009 (Millions)". Barb.co.uk. 9 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  4. "1957: BBC fools the nation". BBC On This Day. BBC News. 1957-04-01. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-25.
  5. Andy Bloxham. "Greatest April fool stories - from spaghetti trees to Alabama changing Pi". The Daily Telegraph. 1 April 2011. 22 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2019.

Xarici keçidlər redaktə


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023