Spartak Trnava FK Haqqinda Melumat - Vikipedia

Spartak Trnava FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Spartak Trnava FK

Slovakiyanın futbol klubu

Spartak Trnava FKSlovakiyanın futbol klubu.

Spartak Trnava FK
Loqonun şəkli
Ölkə
Rəng(lər) qara-qırmızı
Yaranma tarixi 30 may 1923
Stadionu Anton Malatinski adına stadion
Tutumu 18448
Prezidenti Ladislav Kuna
Baş məşqçisi Karol Peçe
Liqa Fortuna liga
2022/23 3.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trnava şəhərində yerləşir.

Tarixi redaktə

30 may 1923-cü ildə Sk Çcechie və CsSK klublarının birləşməsindən yaranıb.

“Spartak”in tarixinin qızıl dövrü ötən əsrin 70-ci illəri ilə bağlıdır. 1968/1969 mövsümündə Çempionlar Liqasının yarımfinalınadək yüksəlib gələcək qalib “Ayaks”a uduzan “Spartak” 1972/19731973/1974 mövsümlərində avrokubokların 1/4 finalınadək irəliləyib. Lakin müstəqillik illəri komanda üçün uğursuz olub. Ölkə çempionatlarında 434 oyun keçirib, 208 qələbə qazanıb, 104 heç-heçə edib, 122 dəfə uduzan Trnava təmsilçisi 651 qol vurub 478-ni buraxıb. Slovakiya çempionatında ən yaxşı nəticəni 1997/1998 mövsümündə əldə edən trnavalılar çempionluğu son turlarda əldən verib.

Slovakiyanın son çempionatında “Spartak” 33 oyuna 55 xal toplayaraq çempiondan 15 xal geri qalıb. Həmin çempionatın bürünc mükafatçısı ev oyunlarını Anton Malatinski adına stadionda keçirir. Bu arena 18448 tamaşaçı tutur. “Qara-qırmızılar”ı hazırda Karol Peçe çalışdırır.

Uğurları redaktə

1968, 1969, 1971, 1972, 1973-cü illərdə 5 dəfə Çexoslovakiya Çempionu;

1951, 1967, 1971, 1975, 1986-cı illərdə 5 dəfə Çexoslovakiya Kubokunun qalibi;

1971, 1975, 1986, 1991, 1998-ci illərdə 5 dəfə Slovakiya Kubokunun qalibi;

1998-ci ildə Slovakiya Superkubokunun qalibi;

Avrokuboklarda iştirak redaktə

Avrokuboklarda isə 66 matç keçirən “Spartak” 28 qələbə qazanıb 14 heç-heçə edib və 24 dəfə uduzub. Onların top fərqi 95-79-dur. Müstəqillik dönəmində ən yaxşı halda 2 mərhələ adlayan "Spartak" elə 2004/2005 mövsümündəki həmin uğurundan sonra qələbəyə həsrətdir. Həmin mövsümün son iki oyununda, üstəlik daha iki turnirin iştirakçısı olan trnavalılar uğursuzluğa düçar olub. Belə ki, qitə kuboklarındakı son 6 matçda “Spartak” rəqibini məğlub etməyib.


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024