Spayk Şpigel Haqqinda Melumat - Vikipedia

Spayk Şpigel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru?)1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir.

Spayk Şpigel
Cowboy Bebop animesindən.
Franşiz(lər)"Cowboy Bebop"
Yayın tarixi"Asteroid Blyuz" (1998)
YaradanHacime Yatate, Toşihiro Kavamoto
SəsləndirənKoiçi Yamadera, Stiv Blum
ManqadaVar
AnimedəVar
Profil
İngilis versiyasıSpike Spiegel
Növüİnsan
CinsiKişi
Doğum tarixi26 iyun 2044 (Xərçəng) (manqa)[1]
Yaşı27
Boyu185 sm[1]
Qan qrupuO- (I)
Ləqəb(lər)iÜzən quş

Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro VatanabeToşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir. İngilis dili variantında, Spaykı Stiv Blum səsləndirib.

Seriyadan əlavə, Spayk iki manqa adaptasiyasının və iki video oyunun əsas qəhrəmanıdır. Spaykın qəbulu Yaponiyada və Qərbdə müsbət qarşılanıb və bir çox rəyçilər onun görünüşünü tərifləmişdilər. O, bir çox oxucu və tənqidçi siyahısında ən yaxşı anime personajı kimi sıralanmışdır. Seriyadan əlavə, bir çox rəyçilər Spaykın Cowboy Bebop filmində daha da müsbət qeyd etmişdilər. Hər iki aktyor öz çıxışlarına görə tərif edilmiş, Stiv Blum onun səs aktyor karyerasına təkan verdiyini qeyd etmişdir.

Xüsusiyyətləri redaktə

Spayk Marsda 2044-cü il 26 iyunda doğulan uydurma kəllə ovçusudur: Onun 27 yaşı, qabarıq tünd yaşıl saçları və qəhvəyi gözləri var. Onun sağ gözü sünidir və ona görə də bəbəyinin rəngi daha açıqdır. Onun boyu 185 sm, çəkisi isə 70 kq-dır. Spayk çox siqaret çəkəndir və onu tez-tez yağışda və "siqaret olmaz" nişanların yanında siqaret çəkməyini görmək olar. O, təcrübəli citkundo döyüşçüsüdür və Brüs Li fəlsəfəsinin saleh davamçısıdır. O, həmçinin antik asteroid kosmik gəmi olan "Swordfish III"-nün (azərb. Qılıncbalıq III‎) sahibidir. Silahlı döyüşlər zamanı, Spayk Jericho 941 tapançasından istifadə edir. "Bebop"-a qatılmamışdan əvvəl, Spayk Çin cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının üzvü idi: O, orda çox coşğun və dəyişgən idi, lakin təşkilatdan ayrıldıqdan sonra, O, sakit və özünü döyüş üçün sevgi ilə toplamış bir personaja çevrilə bilmişdi. Pul və ya ədalət az dəyər verən Spatk, həmişə öz dəyərlərinə doğru aparır və öz öhdəliklərini yerinə yetirirdi. O, həmçinin, verilən tapşırıqlara baxmayaraq, öz bildiyini edir və nəticədə, özünü çətinliklərə salır.[2][3][4][5][6][7] Vatanabenin sözlərinə görə, Spaykın öz emosiyaları ilə çox dolayı vərdişi var; məsələn, o, həqiqətən kimisə sevənə qarşı antaqonist hərəkət edə bilər. Bunu Fey Valentayn ilə Spaykın münasibətlərində görmək olar.[2]

Konsepti və dizaynı redaktə

Şiniciro Vatanabe Cowboy Bebop üzərində ilk işləyəndə, ilk olaraq Spaykın görüntüsü onun ağlına gəlmişdir.[8] Ondan əvvəl, Vatanabe Spaykın personajının uzun müddət onun ağlında olduğunu qeyd etmişdi.[9] Bunun davamı olaraq, Vatanabe "onun ətrafında hekayə qurub, onu soyuqqanlı etmək istəyirdi."[8] Vatanabe Spaykı öz güzgü görüntüsü kimi yaratmışdı: Vatanabenin sözlərinə görə, "Mən siqaret və ya içki içməsəm də, istəyirəm — ona görə, Spayk onları edir."[10] Spayk seriyanın əsas diqqətini formalaşdırır. Seriyanın mərkəzi mövzusu Spaykın keçmişi və onun Spayka karmik təsiridir.[11] Spayk çox köhnə və öz bildiyini edən insan kimi təsvir edilmişdir.[9] Spaykın süni gözü, Vatanabe personajların qüsurları olmaq istəyindən yaranmışdır. Orijinal olaraq, onun gözündə qara parça olmalı idi, amma istehsalçıları bunu veto etdi.[12] Onu soyuqqanlı göstərmək üçün, Toşihiro Kavamoto onu "soyuqqansız" kimi hazırlamışdır: Onun dayandığı zaman, qozbel görünüşü görünür. Bunun nəticəsində, personaj qəti şəkildə hərəkət edəndə, O, "ekstra soyuqqanlı" görünür.[9] Spaykın görünüşü əsas olaraq, tanınmış aktyor Yusaku Matsudanın canlandırdığı Tantei Montogarinin əsas qəhrəmanı üzərində qurulmuşdur.[13] Spaykın "Swordfish II" kosmik gəmisi meka dizayneri Kimitoşo Yamane tərəfindən yaradılmışdır. Yamanenin İngiltərənin biplan torpedo-bombardmançı Fairey Swordfish-dən xoşu gəldiyindən, onu bombardmançıya görə Swordfish II adlandırmışdır.[14] Spaykın hekayəsinin nəticəsi və onun Vişezlə son döyüşü Vatanabe tərəfindən əvvəlcə planlaşdırılmışdır. Hər epizod onların yekun qarşıdurma kölgəsi üçün nəzərdə tutulmuşdur. Bəzi personal bu yanaşmanın seriyanın davamı çətin etdiyinə görə narazı idilər. Vatanabe sonu dəyişdirilməsini hesabına baxmayaraq, əticədə seriya onun orijinal ideyası ilə məskunlaşmışdır.[12]

Spaykı səsləndirən yapon səs aktyoru Koiçi Yamadera, rolu aldığından razı olsa da, Ceti səsləndirən Unşo İşizuka, Yamaderanın Cetin səsləndirmə prosesində seçilməməsi onda təəccüb doğurmuşdu.[11] Spayk və Cet bir-birinin əksi kimi yaradılmışdır: Spayk arıq və səliqəli geyim tərzində, Cet isə irihəcmli və daha çox təsadüfi geyimdə olurdu.[12] Spaykın ingilis dili səs aktyoru Stiv Blum, personajın daha inandırıcı səsləndirməsində nuar filmini istifadə etmişdi. Blum Spaykın zəiflik göstərən səhnələrinin təsvirində bəzi çətinliklər çəkirdi.[10] O, Spaykı "seriyanın sonuna kimi tam qiymət verilməyən nümunə personaj" kimi qeyd etmişdir.[15] Spaykın görünüşü Cowboy Bebop-də genişlənmişdir. Xüsusilə, Yamaderaya görə, filmdə Spayk seriyadan fərqli olara, daxili fikirlərini və mülayim tərəflərini daha da nümayiş etdirir. Bu filmdə daha çox belə detalları əks etdirməyə vaxt olduğundan alınmışdı.[16] Blum filmdə rolunu emosional baxımdan ən çətin olduğunu, çünki Spayk seriyadan fərqli təsvir edilmişdi.[17]

Çıxışları redaktə

Cowboy Bebop-da redaktə

Bir sıra illər başlamazdan əvvəl, Spayk Qırmızı Əjdaha cinayət sindikatın yüksələn üzvü idi. O, orada olarkən sindikatın digər üzvü olan Vişezin, ortağı və dostu idi. Silahlı döyüşdə yaralanan Spayka, Vişezin sevgilisi Culia tərəfindən qayğı göstərirdi və nəticədə, onlar bir-birinə aşiq oldular. Vişez onların sindikatdan qaçıb, xilas olunmağı planlarını aşkar edib, Culianı Spaykı öldürməsini məcburi edir, və ya əks halda Culianı ölüm gözləyir. Spayk sindikatdan qaçmaq üçün öz ölümünü saxtalaşdırır, Culia isə gizlənir və Spaykla görüşmür. Spayk nəhayət ki, keçmiş Günəş sistemi arası polis məmuru Cet Bleklə tanış olur və ona qoşulur.[3][4][5][18] Leqallaşdırılmış kəllə ovçuları kimi, onlar cinayətkarları ovlamaq üçün Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər.[18]

"Bebop"-da Spayk və Cetə, sonradan zəkalı Velş-korqi iti olan Eyn;[19] qumarbaz və Yerin orijinal sakini olan və kriogen yuxusundan duran Fey Valentayn;[20] və Yerdən gələn ekssentrik qız və peşəkar xaker Edvard "Ed" Vong Hau Pepelu Tivruski IV qoşulur.[21] Spayk həm də Vişezlə iki dəfə üzləşir: "Düşən Mələklərin Balladası"-nda, Qırmızı Əjdahanın rəhbərini təqib edərkən, Spayk və Vişez tərk edilmiş kilsədə döyüşür və Spayk az qala ölümə yaxın olur.[22] Sonradan "Yupiter Caz"-da, Spayk Culianın Kalistoda olduğunu eşidir və onu axtarmaq üçün, Bebopu tərk edir. Orda olarkən, O, Vişezin xəyanət etdiyi və ondan qisas almaq istəyən — Qren tərəfindən idarə edilən narkotik alverinə ilişir. Onların üç tərəfli qarşıdurma zamanı: Vişez qaçır, Qren ölümcül yaralansa da, O, Spayka Culianın sağ olduğu və gizləndiyini söyləyir.[23][24]

Seriyalın son hekayəsi olan "Əsl Xalq Blyuz"-da, Culia gizləndiyi yerdən çıxır və Fey vasitəsilə Spayka mesaj göndərir: onlar görüşür və ilk planlaşdırıldığı kimi, qaçmağa cəhd edirlər. Qırmızı Əjdaha Sindikatında çevriliş edən Vişez, onların arxasında killerlər yollayır. Döyüş zamanı, Culia vurularaq öldürülür. Cet və Feylə vidalaşan Spayk, sindikatın qərargahına hücum edir və Vişezlə yekun qarşıdurmada iştirak edir: Spayk ağır yaralı və Vişez öldürülür. Qısa müddət sonra, Spayk giriş zalına daxil olur və yıxılır.[25][26] Spaykın son taleyi qəsdən qeyri-müəyyən qalır və Vatanabe onun sağ və ya vəfat etdiyini deyə bilmir.[2]

Digər redaktə

Spayk Cowboy Bebop-un əsas personajıdır. Hekayə Bebop ekipaj hələ birlikdə çalışdığı zaman, orijinal seriyalın 22-ci və 23-cü epizod arasında baş verir.[27] Bebop ekipajı böyük mükafata üçün Marsın paytaxtında ölümcül nanomaşın buludu buraxan Vinsent Volacunun ovuna çıxır. Onun təqibi zamanı, Spayk ilkin olaraq Vinsentin keçmiş yoldaş olan Elektra Ovirova ilə döyüşüb, onunla sonra müttəfiq olur.

Spayk digər əsas personajlarla birgə Cowboy Bebop manqa adaptasiyasında və Cowboy Bebop: Shooting Star alternativ manqasında yer alır.[28][29] Cowboy Bebop PlayStation oyununda, oyunçular Spaykı idarə edib, onunla "Swordfish II" hava döyüşlərində iştirak etməyi bacara bilərlər.[30] Spayk Cowboy Bebop: Tsuioku no Serenade PlayStation 2 oyununda oynana bilən personajlardan biridir.[31]

Qəbulu redaktə

 
Stiv Blum, Spaykın ingilis dilində səslənməsinə görə yüksək tərifə layiq görülmüşdür

Spayk personajı Yaponiyada yaxşı qəbul olunmuşdur. O, Animage jurnalının Anime Grand Prix yarışında "Ən yaxşı erkək personaj" mükafatını iki dəfə — 19981999-cu ildə qazanmışdır.[32][33] Newtype jurnalının avqust 2001-ci il nəşrində, "Yaponiyanın top 10 ən məşhur erkək anime personajları" siyahısında Spayk birinci yeri tutmuşdur.[34] 2002-ci il iyulda Spayk yenidən NewType-ın "Sevimli Kişi Personajı" anime siyahısında bir nömrədə yerləşdirilmişdi.[35] Newtype tərəfindən 2010-cu il mart keçirilən sorğuda, Spayk 18-ci ən məşhur erkək anime personajı seçilmişdir.[36] 2014-cü ildə, Spaykı səsləndirən Koiçi Yamadera pərəstişkarlar tərəfindən Goo Ranking sorğusunda, üçüncü soyuqqanlı "köhnə oğlan" səs aktyoru kimi seçilmişdir.[37]

Qərbi tənqidçilər də Spaykı mühüm tərifə layiq görmüşlər. Anime News Network-da Mayk Krandol, personajların canlanmasını tərifləyib, xüsusi ilə Spayk haqqında, "Spaykın personajı xüsusilə səfehdən sərt diş gıcırdayana keçməsi; O, üçölçülü animedə son yaddaşlarda ən yadda qalan aparıcı personajlardan biridir".[38] THEM Anime Review 4.0-da Kristi, Spaykın seriyada hekayəsini iltifat edib, "Spayk Şpigelin əsas mövzusu və onun motivasiyasını tam maraqlı edir".[39] DVD Talk-un Kayl Mills, Spayk yaxşı aparıcı qəhrəman, onu "sakit, həmişə soyuqqanlı və mahiyyətcə əsas savaşan" kimi istinad etmişdir.[18] The Atlantic jurnalının məqaləsində, yazıçı Aleks Suskaynd, Spaykın canlandırmasını və inkişafı haqqında müsbət fikirlər bildirib, Spaykı "kosmos çağından gələn samuray - Marlboro adamı" adlandırıb.[40] Kotakunun Riçard Eysenbeys Spayk və Fey arasında əlaqələri, xüsusilə də sevgi yolunu açıq şifahi ifadələri olmadan yüksək qiymətləndirib.[41]

Spaykın anime filmində canlanması da tərifə layiq görülüb: IGN-in Endi Patrizio, Spaykı filmdə "ruhu azca açan" kimi təsvir etmiş,[42] Mania.com-un Kris Beveridc isə Spaykı filmdə seriyaldan fərqli olaraq daha sevimli və onu Lupin III-ə bənzətmişdir.[43] THEM Anime Review-dan Karlos Ross Spaykın canlanması filmdə yaxşı alınmış,[44] DVD Talk-un Neil Lumbard onun şəxsiyyətinin daha da yaxşı tanınmasına görə tərifləmişdi.[45] Anime News Network-da Mayk Krandolun fikrincə, Spaykın film zamanı əsas diqqət almağı, bəzi kadrlarda onsuz işləmək hissini yaradır.[46]

Blumun Spaykı səsləndirməsi də təriflənib. Aylerin fikrincə, "Stiv Blum ingilis dilində dublyajda, bir çoxlarına görə, Spayka hamar, zəhmətsiz soyuqqanlıq hissi ilə, orijinal yapon versiyasını da geridə qoyub, öz karyerasını yeni zirvələrə çatdırdı".[47] About.com-da Sərdar Yegulalp, Spaykın seriyada parlaq çıxışını, "ədəbsizlik heç vaxt belə nəzakətli və öz arxayın səslənməyib" kimi qeyd etmişdi.[48] Blum özü Spaykı karyerası və həyatında "nəhəng göstərici" kimi qeyd edib, "Spayk hər şəyi dəyişdi" söyləmişdir. Spayk rolu, Bluma personajları səsləndirmək üçün yeni imkanlar açdığını, o cümlədən Toonami-də T.O.M və Megas XLR-da Ceymi səsləndirməsinə kömək etdiyini bildirmişdi.[49]

20092014-cü ildə, IGN Spaykı tarixin ən yaxşı anime personajı seçmişdir. 2009-cu ildə, Kris Makenzi Spaykı Qoku, Astro BoySpeed Racer-dən sonra, dördüncü yerə sıralamışdır. 2014-cü ildə, Remzi Ayler Neon Genesis Evangelion-da Şinci İkaridan sonra, onu ikinci dahiyanə personaj kimi sıralamışdır.[47][50] 2005-ci il About.com-un "Anime Awards" seremoniyasında, Spayk "ən yaxşı aparıcı erkək xarakter" kimi nominasiya qazansa da, Qokuya uduzmuşdur.[51] 2010-cu ildə, Wired jurnalı Spaykı "Conah Heks 6 janr-dəyişdirən silahlı döyüşçülərlə duel etməli" siyahısına salmışdır.[7] 2013-cü ildə, Complex jurnalı Spaykı ən zövqlü anime personajları arasında dördüncü yerdə sıralayıb, yazıçı Cian DeLeona görə, "Marsda doğulan kəllə ovçusu yaxşı formanın xeyrini bilir".[52] 2014-cü ildə WatchMojo.com Spaykı "Top 10 anime anti-qəhramanları"[53] və "Top 10 anime qəhramanları" siyahısına əlavə etmişdir.[54]

İstinadlar redaktə

  1. 1 2 "Spike Spiegel's bio". cowboybebop.wikia.com. cowboybebop.wikia.com. 11 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2016.
  2. 1 2 3 "'Cowboy Bebop' director Watanabe talks anime". The Daily Texan. February 14, 2006. July 15, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2015. (#invalid_param_val); (#apostrophe_markup)
  3. 1 2 カウボーイビバップ Characters Collection (Japanese). Gakken Mook. 1999. ISBN 405602071X.
  4. 1 2 カウボーイビバッブ―"The Jazz Messengers" (Japanese). Kadokawa Shoten. 1998. ISBN 4048529730.
  5. 1 2 カウボーイビバップ The After (Japanese). Kadokawa Shoten. 1999. ISBN 4048531034.
  6. Houston, Don. "Cowboy Bebop Remix 1". DVD Talk. September 19, 2005. October 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2015.
  7. 1 2 Thill, Scott. "6 Genre-Tripping Gunfighters Jonah Hex Must Duel FTW!". Wired. June 18, 2010. səh. 2. December 10, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val); (#apostrophe_markup)
  8. 1 2 Sevakis, Justin. "Shinichiro Watanabe focus panel - Otakon 2013". Anime News Network. August 15, 2013. July 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 19, 2014. (#invalid_param_val)
  9. 1 2 3 Bricken, Robert. "Behind the Bebop - Murder, Mars and All That Jazz". Anime Invasion. Wizard (#5). January 2003.
  10. 1 2 Solomon, Charles. "Dirty Harry in outer space?". Los Angeles Times. March 30, 2003. October 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 1, 2015. (#invalid_param_val)
  11. 1 2 Season #0 // Cowboy Bebop Remix Complete (DVD) (Japanese) (Standard). Beez Entertainment. October 5, 2009.
  12. 1 2 3 "Cowboy Bebop Panel". Anime on DVD.com. February 14, 2006. June 5, 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2015. (#invalid_param_val)
  13. "Spike: A Complex Soul". Cowboy Bebop: The Movie (DVD). Culver City, California: Columbia TriStar Home Entertainment. 2003. (#accessdate_missing_url)
  14. Cowboy Bebop Anime Guide Volume 4. Tokyopop. May 21, 2002. səh. 58. ISBN 1931514089.
  15. Megan, Farokhmanesh. "Catching Up With Toonami Host Steve Blum". Paste. June 19, 2012. June 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#apostrophe_markup)
  16. "From the Small Screen to the Big Screen". Cowboy Bebop: The Movie (DVD). Culver City, California: Columbia TriStar Home Entertainment. 2003. (#accessdate_missing_url)
  17. Carey, Amy. "Mania Exclusive: Interview With Steve Blum". Mania.com. December 13, 2009. April 2, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 4, 2015. (#invalid_param_val)
  18. 1 2 3 Mills, Kyle. "Cowboy Bebop: The Complete Series (Blu-ray)". DVDTalk. January 3, 2015. August 1, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 8, 2015. (#invalid_param_val)
  19. WOWOW, Sunrise. Stray Dog Strut // Cowboy Bebop. 2 epizod. September 2, 2001. Adult Swim.
  20. WOWOW, Sunrise. Honky Tonk Women // Cowboy Bebop. 3 epizod. September 9, 2001. Adult Swim.
  21. WOWOW, Sunrise. Jamming with Edward // Cowboy Bebop. 9 epizod. September 30, 2001. Adult Swim.
  22. WOWOW, Sunrise. Ballad of Fallen Angels // Cowboy Bebop. 5 epizod. September 23, 2001. Adult Swim.
  23. WOWOW, Sunrise. Jupiter Jazz (Part 1) // Cowboy Bebop. 12 epizod. October 7, 2001. Adult Swim.
  24. WOWOW, Sunrise. Jupiter Jazz (Part 2) // Cowboy Bebop. 13 epizod. October 14, 2001. Adult Swim.
  25. WOWOW, Sunrise. The Real Folk Blues (Part 1) // Cowboy Bebop. 25 epizod. November 18, 2001. Adult Swim.
  26. WOWOW, Sunrise. The Real Folk Blues (Part 2) // Cowboy Bebop. 26 epizod. November 25, 2001. Adult Swim.
  27. "Cowboy Bebop - Heaven's Door - About the Movie". CowboyBebop.org. November 17, 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  28. "Cowboy Bebop: Shooting Star Volume 2". Tokyopop. April 5, 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 5, 2014.
  29. "Cowboy Bebop Volume 1". Tokyopop. April 5, 2003 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 5, 2014.
  30. Lo, Dickenson. "Cowboy Bebop Review". Ex Games. 1999. February 4, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 5, 2015.
  31. "BANDAI カウボーイビバップ 追憶の夜曲". Cowboy Bebop: Tsuioku no Serenade website. October 5, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 5, 2015. (#invalid_param_val)
  32. "第21回 1999年6月号 - 月刊アニメージュ【公式サイト】" (Japanese). Animage. 1999. November 12, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013. (#apostrophe_markup)
  33. "第22回 2000年6月号 - 月刊アニメージュ【公式サイト】" (Japanese). Animage. 2000. April 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
  34. "Newtype top 10 Anime". Anime News Network. August 12, 2001. July 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  35. "Top Anime Listing". Anime News Network. July 25, 2002. October 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  36. "Newtype's Top 30 Male and Female Characters of Each Decade". Newtype (Japanese). Kadokawa Shoten. March 2010.
  37. Lamb, Lynzee. "Over 1,000 Fans Pick The Coolest Old Guy Voice Actors". Anime News Network. February 13, 2014. August 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  38. Crandol, Mike. "Cowboy Bebop: The Perfect Sessions DVD Box Set Review". Anime News Network. February 1, 2002. September 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 20, 2009. (#invalid_param_val)
  39. Christi. "Cowboy Bebop". THEM Anime Review 4.0. 2003. September 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  40. Suskind, Alex. "Asteroid Blues: The Lasting Legacy of Cowboy Bebop". The Atlantic. December 17, 2014. January 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 21, 2015. (#invalid_param_val); (#apostrophe_markup)
  41. Eisenbeis, Richard. "After Thirteen Years, I Gave Cowboy Bebop A Second Chance". Kotaku. March 14, 2014. September 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  42. Patrizio, Andy. "Cowboy Bebop: The Movie". IGN. July 16, 2003. October 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2014.
  43. Beveridge, Chris. "Cowboy Bebop Movie: Knocking On Heaven's Door". Mania.com. June 18, 2003. December 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 8, 2014.
  44. Ross, Carlos. "Cowboy Bebop: The Movie". THEM Anime Review 4.0. 2001. September 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  45. Lumbard, Neil. "Cowboy Bebop: The Movie (Blu-ray): DVD Talk Review of the Blu-ray". DVD Talk. June 28, 2011. March 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014.
  46. Crandol, Mike. "Cowboy Bebop: Knockin' on Heaven's Door (movie)". Anime News Network. February 4, 2002. September 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2014.
  47. 1 2 Isler, Ramsey. "Top 25 Greatest Anime Characters". IGN. February 4, 2014. səh. 5. July 1, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 13, 2014. (#invalid_param_val)
  48. Yegulalp, Serdar. "Best English Dubs for Anime". About.com. September 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  49. Harris, Jeffrey. "411mania.com Interviews: Steven Blum". 411Mania.com. September 22, 2013. June 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  50. Mackenzie , Chris. "Top 25 Anime Characters of All Time". IGN. October 21, 2009. səh. 5. May 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 21, 2009. (#invalid_param_val)
  51. Luther, Katherine. "And the Winner Is... 2005 Anime Award Show". About.com. March 3, 2005. September 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  52. DeLeon, Jian. "4. Spike Spiegel — The 25 Most Stylish Anime Characters". Complex. January 20, 2013. November 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val); (#apostrophe_markup)
  53. Crilly-Mckean, Alex. "Top 10 Anime Anti-Heroes". WatchMojo.com. March 17, 2014. October 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 1, 2014. (#invalid_param_val)
  54. Crilly-Mckean, Alex. "Top 10 Anime Heroes". WatchMojo.com. June 1, 2014. October 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2015. (#invalid_param_val)

Xarici keçidlər redaktə


Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024