Stanislav Sosabovski Haqqinda Melumat - Vikipedia

Stanislav Sosabovski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Stanislav Sosabovski

Stanislav Françişek Sosabovski (pol. Stanisław Sosabowski; 8 may 1892[1], İvano-Frankovsk, Avstriya-Macarıstan25 sentyabr 1967[1], Hillinqdon[d], Böyük London[3]) — Polşa ordusunun briqada generalı (sürgündə Polşa hökuməti).[4] O, Hollandiya əməliyyatı zamanı Polşa qüvvələrinə komandanlıq etmişdir.

Stanislav Sosabovski
pol. Stanisław Sosabowski
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1892(1892-05-08)[1]
Doğum yeri
Vəfat tarixi 25 sentyabr 1967(1967-09-25)[1] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Povonzki hərbi qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Avstriya-Macarıstan
Xidmət illəri 1913–1946
Rütbəsi briqada generalı, general[2]
Döyüşlər
Təltifləri France and Germany Star "Britaniya imperiyası" ordeni komandoru Defence Medal War Medal 1939–1945 Knight Officer of the Order of the White Eagle Bronze Lion Knight Officer of the Order of the Crown (Romania) "Ağ qartal" ordeni Cross of Valour Gold Cross of Merit‎ Polşanın İntibah ordeninin ulduzlu komandoru Knight of the Order of Polonia Restituta Silver Cross of the Virtuti Militari Silver Medal for Long Service Bronze Medal for Long Service Decade of Independence Regained Silver Laurel of the Polish Academy of Literature‎ Cross of Independence "Müharibə iştirakçısı (1918-1921)" medalı Gold Cross of Merit with Swords
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri redaktə

Stanislav Françişek Sosabovski may 1892-ci ildə Avstriya-Macarıstan imperiyasının İvano-Frankovsk (indiki Ukrayna) şəhərində anadan olmuşdur. O, 11 yaşında olarkən dəmiryolçu atası vəfat etmişdir. Sosabovski məktəbdə oxuyarkən anasına fərdi dərslər verərək ailəsini dolandırmağa kömək etmişdir. Çətin həyat şəraitinə baxmayaraq, o, orta məktəbi əla qiymətlərlə bitirmişdir. Sosabovski təhsil aldığı müddətdə Polşa təşkilatlarının fəaliyyətində iştirak etmişdir. O, 1910–1912-ci illərdə Krakov İqtisadiyyat Akademiyasında təhsil almışdır. Sosabovski 1912-ci ildə ailəsinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar təhsilini yarımçıq qoyub doğma şəhərinə qayıtmış, burada Polşa atıcı dəstələrinin fəaliyyətində iştirak etmiş, 24-cü drujina komandiri olmuş və kadet hərbi rütbəsinə yüksəlmişdir. O, eyni zamanda, skaut hərəkatında iştirak etmişdir. Sosabovski 1913-cü ilə qədər öz şəhərində kəşfiyyatçılara rəhbərlik edirdi, lakin skautlara rəhbərlik edən Sokolski hərəkatının yerli hakimiyyət orqanları ilə münaqişə səbəbindən bu vəzifəni tərk etmişdir.

Mühacirət redaktə

Stanislav Sosabovski İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1946-cı ildə sürgündə qalmışdır. O, 1948-ci ilin iyulunda rəsmi olaraq tərxis edilmişdir. Sosabovski elektrik mühərrikləri, sonra televizorlar zavodunun anbarında fəhlə olmuşdur.[5] O, 25 sentyabr 1967-ci ildə Londonda ürək tutmasından vəfat etmişdir. Sosabovskinin iş yoldaşları onun hərbi xidmətlərindən yalnız dəfn zamanı xəbər tutmuşdular. Onun külləri 1969-cu ildə Varşavada yerləşən Povazki Hərbi Qəbiristanlığında yenidən dəfn edilmişdir.

Populyar mədəniyyətdə redaktə

Stanislav Sosabovski 1977-ci ildə çəkilmiş və Hollandiya əməliyyatını təsvir edən "Çox uzaq körpü" filmində Cin Hekman tərəfindən canlandırılmışdır.[6]

İstinadlar redaktə

  1. 1 2 3 4 Stanisław Franciszek Sosabowski // Internetowy Polski Słownik Biograficzny (pol.).
  2. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. 1 2 London. 0047.
  4. "Sosabowski Stanisław at Encyclopedia PWN". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
  5. "TracesOfWar.com". SOSABOWSKI, Stanislaw Franciscek. İstifadə tarixi: 22 October 2006.
  6. "A Bridge Too Far". Internet Movie Database. 18 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2006.

Əlavə ədəbiyyat redaktə

  • George F. Cholewczynski. Poles Apart. Sarpedon Publishers. 1993. ISBN 1-85367-165-7.
  • George F. Cholewczynski. De Polen van Driel. Uitgeverij Lunet. 1990. ISBN 90-71743-10-1.
  • Stanislaw Sosabowski. Freely I served. Battery Press Inc. 1982. ISBN 0-89839-061-3.
  • Juliusz L Englert and Krzysztof Barbarski. General Sosabowski/Major Sosabowski. Caldra House. 1996. ISBN 0-85065-224-3.
  • Honor Generała – documentary TV POLONIA 2008, directed by Joanna Pieciukiewicz

Xarici keçidlər redaktə


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024