Sten Li Haqqinda Melumat - Vikipedia

Sten Li Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Stenli Martin Liber (ing. Stanley Martin Lieber; 28 dekabr 1922[1][2][…], Manhetten, Nyu-York ştatı[6][7]12 noyabr 2018[3][4][…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya[8][9]) — ABŞ komiks yazıçısı, məşhur Hörümçək-adam personajını yaradıcısı.[13] Marvel Comicsin redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədri.

Sten Li
ing. Stan Lee
Doğum adı Stanley Martin Lieber[5]
Doğum tarixi 28 dekabr 1922(1922-12-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 noyabr 2018(2018-11-12)[3][4][…] (95 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşağı 2
Fəaliyyəti naşir, komiks yazıçısı, redaktor[d], film prodüseri, jurnalist, fantastika yazıçısı[d], kino aktyoru, əsgər, televiziya aparıcısı, ssenarist, icraçı direktor[d], səsləndirmə aktyoru[d], icraçı prodüser, yazıçı
Fəaliyyət illəri 1940-cı ildən
Janr Komiks[11]
Tanınmış əsəri
Mükafatları İkinci dünya müharibəsi Zəfər medalı National Medal of Arts
"Saturn" mükafatı
İmza
therealstanlee.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı redaktə

Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb.

Karyera redaktə

Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adamİks-adamlarTor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority"-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub.

Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə Sten Li Milli İncəsənət Medalı ilə təltif olunub.

İstinadlar redaktə

  1. 1,0 1,1 Stan Lee // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 2,0 2,1 Stan Lee // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 https://www.hollywoodreporter.com/news/stan-lee-marvel-comics-legend-721450.
  4. 4,0 4,1 Stan Lee // BD Gest' (fr.).
  5. https://www.washingtonpost.com/local/obituaries/stan-lee-creator-of-superheros-dies-at-95/2018/11/12/0ca938da-e6ac-11e8-a939-9469f1166f9d_story.html?noredirect=on.
  6. 6,0 6,1 http://www.people.com/people/article/0,,20072820,00.html.
  7. 7,0 7,1 http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1540-5931.2007.00480.x/full.
  8. 8,0 8,1 http://www.tmz.com/2018/11/12/stan-lee-dead-dies-marvel-comics/.
  9. 9,0 9,1 https://web.archive.org/web/20181115131329/https://www.nytimes.com/2018/11/12/obituaries/stan-lee-dead.html.
  10. 10,0 10,1 https://history-biography.com/stan-lee/.
  11. Grand Comics Database (ing.). 1994.
  12. https://www.marvel.com/articles/comics/remembering-stan-lee-on-his-birthday.
  13. "Stan Lee Beats Namesake Company in Fight Over 'Spider-Man' Rights". 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.

Xarici keçidlər redaktə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023