Stiven Cerrard Haqqinda Melumat - Vikipedia

Stiven Cerrard Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Stiven Cerrard (ing. Steven Gerrard) — İngilis futbolçu. 24 noyabr 2016cı ildə futbolçuluq karyerasını bitirdiyini rəsmən açıqlamışdır.

Stiven Cerrard
ing. Steven Gerrard
ing. Steven Gerrard
Ümumi məlumatlar
Tam adı Stiven Corc Cerrard
Ləqəbi Stivi Ci
Doğum tarixi (43 yaş)
Doğum yeri Uiston, Mersisayd,  Böyük Britaniya
Vətəndaşlığı İngiltərə İngiltərə
Boyu 183 sm
Çəkisi 84 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1987—1998 İngiltərə Liverpul
Klub karyerası[* 1]
1998—h.h. İngiltərə Liverpul 448 (99)
Milli yığma[* 2]
1997 İngiltərə İngiltərə (16 yaşlılar) 5 (0)
1998 İngiltərə İngiltərə (18 yaşlılar) 2 (0)
1999 İngiltərə İngiltərə (21 yaşlılar) 4 (1)
2000—h.h. İngiltərə İngiltərə 105 (20)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 17 avqust 2013 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 avqust 2013 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiven Cerrard Liverpul ətrafındakı Vistonda anadan olmuşdur. Bura İngiltərənin Mersisayd bölgəsidir. Uşaq vaxtlarından etibarən Liverpul klubunun əsas azarkeşlərindən biri olmuşdur. Həmin müddət ərzində balaca Hinana adlanan kardinal məktəbində oxuyurdu və müxtəlif futbol müsabiqələrində iştirak edirdi. İlk addımlarını öz ana şəhəri olan Uiston Cuniyorsda atdı. 1989–cu ildən etibarən kiçik yaşlıların klubunda iştirak edirdi. Səkkiz yaşında olarkən Liverpulun uşaqlardan ibarət olan klubunda oynamağa başladı. 10 yaşında artıq futbolun bir çox incəlikləri ilə tanmış olan balaca futbolda onun vaxtı gəldiyini anladı.

1998–ci ildə ilk dəfə olaraq Cerrard qırmızı geyimdə Blekbern klubuna qarşı ilk debütünü etdi. Lakin o, başqasının əvəz edərək oyuna çıxmışdı. Bir dəfəlik oyunda ilkin debütə isə UEFA kubokunda ispan klubu olan Selt – ə qarşı olmuşdu. Elə həmin vaxt futbolçu bütün mütəxəssizləri valeh etdi. Özünün orijinal ötürmələri, xüsusi xərbələri və müqavimət zamanı qarşıdakına top uğrunda qalibiyyəti xüsusi seçilirdi. 1998/1999–cu illər ərzində Cerrard yaşıl meydana 13 dəfə çıxdı. Həmin il üçün ən mühüm oyun rəqiblər arasındakı gücü ilə seçilən Evertona qarşı oynanıldı. Həmin vaxt yarımmüdafiəçi komandanı Denni Kadamarterinin zərbəsindən xilas etdi. Bu ildə Stiven İngiltərə millisinin kapitanı seçildi və ən maraqlısı odur ki, oyunçunun 18 yaşı var idi. Bütün bu təcrübələri nəticəsində ilk dəfə 21 yaşında olarkən milli oyunda qol atmışdır.

Özünün bütün potensial gücünü futbolçu 1999/2000 mövsümü ərzində göstərə bildi. Ceym Rednapp Jerrar Ulye – nin aldığı güclü travma nəticəsində Cerrard mərkəzi hissədə yarım müdafiəçi oldu. Əvvəllər fransız məşqçi gənc oğlana oyun barəsində güvənmirdi və düşünürdü ki, bütün oyunu öz üzərinə götürməkdə əziyyət çəkə bilər. Hətta drijorluq funksiyasının öhdəsindən də gələ bilməyəcəyinə inanırdı. Lakin Stiv öz məşqçisini yanıltmadı və işin öhdəsindən gəlməyi bacardı. Özünün ilk qolunu qırmızı geyimdə atarkən 1999 – cu ilin dekabr ayı idi və maç Şeffild –a qarşı oynanılırdı. 1999/2000 mövsümü ərzində Cerrard 31 maç keçirmişdi.

Ən yaxşı təltif etmə kimi futbolçunu Kiqan milliyə dəvət etdi. Özünün birinci beynəlxalq təcrübəsini yarım müdafiəçi 2000–ci ilin may ayında əldə etdi və bu zaman o, ukraynalılar ilə görüşürdü. 20 yaşında olarkən ilk dəfə olaraq Avro–2000–də iştirak etmişdir və almanlara qarşı oynanılan oyunda futbolçulardan birinin əvəzedicisi rolunu daşımışdır. Cerrardın oyuna çıxmasından sonra onu dünyanın ən yaxşı gənc yarım müdafiəçisi adlandırdılar.

2000/2001 mövsümündə Stiven komandanın əsas futbolçusu kimi meydançaya çıxmağa başladı. Liverpulun bütün oyunlarında futbolçu mərkəz hissədə parıldayırdı. 2000/2001 mövsümündə Stiv İngiltərə Kubokunda Liverpulun qələbə əldə etməsinə tam dəstək oldu, həmçinin İngiltərə ligi və UEFA kubokunda da bu yetəriq qədər hiss edildi. İngiltərədə oynanılan bu müddət ərzində Cerrard ilin ən yaxşı gənc futbolçusu elan edilmişdi. Onun möhtəşəm qolu Mançesterə qarşı vurulmuşdu və 31 mart tarixində qeydə alınmışdır. Bu qol Liverpulun ən yaxşı qolu kimi dəyərləndirilirdi. Həmin il 50 maç, 10 qol, 5 sarı və 1 qırmızı kartın verilməsi ilə nəticələndi.

Sven – Yoran Erikson – İngiltərə millisinin yeni məşqçisi Stiveni qırmızı geyimin daşıyıcısı olaraq ən klass oyunçu hesab etdi. Mart ayında finlərlə keçirilən maçda cavan yarım müdafiəçi meydançada olan futbolçulardan ən yaxşısı idi. 1 sentiyabr 2001–ci ildə 2002–ci ilin Dünya Çempionatı üçün nəzərdə tutulmuş turnirdə futbolçu almanlara qarşı atmış ilk milli komandadakı qolunu heç vaxt unutmur. Bu vaxt ingilislər 5:1 hesabı ilə qalib gəlmişdilər. 2001–ci ilin dekabırında Stiv Avropanın ən yaxşı oyunçusu adını qazanır.

Həmin vaxt Liverpul Çempionlar Liqasında da pis oyun göstərmir. Əvvəlcə qırmızı paltarda olanlar qrupdakı Boavişta, Borussiya və Kievin Dinamo klubuna qalib gəldilər. Dinamo ilə oyun zamanı Cerrardın atdığı qol xüsusən seçilmişdi. Daha sonra çətin qrupdan Barselona, Roma və Qalatasaray kimi klublar çıxır. Cerrard komandaya güclü şəkildə kömək etdi və İngiltərə çempionatında da əhəmiyyətli rol oynadı. Həmin il klub ən yaxşı yerlərdən biri sayılan ikinci yerin sahibinə çevrilir. Cerrard aldığı travmaya görə Yaponiya və Koreyada keçirilən Dünya Çempionatına da yollana bilmir.

2002/2003 mövsümü yarım müdafiəçi üçün demək olar uğurlu keçdi. Çempionlar liqasında üçüncü yer ilə kifayətləndilər və UEFA kubokuna da çıxmağı bacardılar. İngiltərə liqasında isə Mançester Yunaytedin qapısına qol vurdular. Həmçinin primyer liqanın da beşinci yerində dayandılar.

2003/2004 mövsümündə Cerrard Sami Hyuyupinadan kapitan sarğısını aldı. Noyabr ayında o, Liverpulla olan müqaviləsini 2007–ci ilə kimi davam etdirdi. Bununla da oyunçu digər klublara keçmək şayələrinin aradan qaldırılmasında vacib oldu. Həmin mövsümdə Cerrard yenə də qırmızı geyimlilərə güclü kömək etdi və Primyer liqada dördüncü yerlə kifayətləndilər. Marsela qarşı edilmiş məğlubiyyət UEFA kubokunun 1/8 finalında oldu.

2004/2005 mövsümündə dəlilik baş verdi və komandaya yeni məşqçi Rafael Benites çağrıldı. Cerrard Liverpulla birlikdə qrup formasında keçirilən Liqa çempionatına qatıldı. Ayağının pəncə hissəsini qırdı və noyabrın sonuna qədər meydançalardan uzaqlaşdırıldı. Mövsümün sonuna qədər çoxsaylı mütəxəssizlər klubla mübahisə edir və əldə olunmuş nəticələrə görə oyunçuları da tənqid atəşinə tuturdular. İngiltərə çempionatında beşinci yerin tutulması və İngiltərə liqasında kubok üzrə keçirilən oyunda Çelsiyə qarşı məğlubiyyət məsələni daha da dərinləşdirdi. Lakin tənqidçilər keçirilmiş üç oyundan sonra və Çempionlar liqasında olan hadisələrə görə kapitanı da bağışladılar. Yuventus, Çelsiyə qarşı oyunlar və finalda son on il ərzində keçirilmiş ən möhtəşəm yarış sayılan maç hamının diqqət mərkəzinə çevrilmişdi. İtirilmiş birinci taym Milan 3:0 öndə qalibiyyəti əldində tutumuşdu. Cerrard öz kolleqalarını canlandırmağı bacarır və mötəşəm bir qol atır, bundan 10 dəqiqə keçir və artıq hesab 3:3 vəziyyətini alır. Daha sonra artırılmış vaxt davam edir və penaltılar seriyasına qədər gəlib çıxır. Bununla da Liverpul möcüzəyə imza atır və milyonlarla sevənlərinə sevinc bəxş edir. Bütün jurnalistlər qırmızıların intibaghından danışır və Cerrardın ayağı kluba həqiqi mənada uğur gətirir. Bəlkə də buna görə futbolun 90 dəqiqə oynanıldığı deyilir. Buna görə də heç vaxt rəy vermək üçün tələsmək lazım deyil. İstənilən an lövhədə olan hesabın dəyişildiyini görə bilərsiniz, bir sözlə desək, bu futboldur.

Stiveni ən istedadlı oyunçulardan adlandırırlar və onu Dumanlı Albionun perespektivli oyunçusu kimi qiymətləndirirlər. Bir çox ad ilə tanınan klublar, məsələn Çelsi, Milan və digərləri futbolçunu öz sıralarında görmək istəyirlər. Liverpulun yarım müdafiəçisi çoxdandır ki, yalnız ümid bəslənilən şəxs deyil, eyni zamanda beynəlxalq ulduzlar siyahısındadır. Onunla yalnız azarkeşlər deyil, həm də məşqçiləri və futbolçu dostları da fəxr edir. Erikson, Hoddl, Kiqan və Ferqüsson, Uelye, Venesybıls, Pol Skoulz kimi şəxslər də adı çəkilənlər arasındadır. Stiven əvvəllər ümid edirdi ki, nə vaxtsa dostu Maykl Ovunun uğurunu təkrar edə biləcək, lakin bu gün o, bütün aspektləri özündə birləşdirməyi bacarmışdır. Durmadan təkrar olunan travmalar artıq dayanmışdır. İngiltərədə bir çoxları İngiltərə millisinin kapitan sarğısını yalnız onun tərəfindən daşınmasının tərəfdarıdır.

Stiven Cerrard olduqca güclü və atletik yarım müdafiəçidir. Onun xüsusi zərbələri və başla parlaq oyunları vardır. Tez – tez hücum etmək üslubundan da istifadə edir, lakin futbolçuların onu sərt yıxmasından olduqca qorxur. Bütün vaxtını Stiv müxtəlif istiqamətlərdə oynamağa görə etdiyi məşqlərlə keçirir. Mərkəzdə edilən yarım müdafiəçi funksiyası, həmçinin sağ kənarda müdafiəçi və kənar müdafiəçisi rolunda da iştirak etmişdir. Cerrard həmişə başı yuxarı oynayır və hücumun edilməsi üçün şərait axtarır. Meydanda isə durmadan düşünür. Bundan əlavə qırmızı geyimlilər özülərinin neçə illərcə etdiyi məşqlərlə deyil, həm də güclü psixoloji keyfiyyətləri ilə də seçilirlər.

1 sentyabr 2006–cı ildə Stiven Cerrardın həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq yazı çap olundu və "Cerrard: Mənim tarixim" adı altında (Gerrard; My story) yayımlandı. Bununla da futbolçu öz ətrafındakı bir çox söz – söhbəti kənarlaşdırmağa çalışdı.

Stiven Cerrard Aleks Kurran adlı modellə evlidir və onların Lili – Ella, Leksi adlanrında iki qızları vardır. Lili – Ella 23 fevral 2004–cü ildə, Leksi isə 9 may 2006 – cı ildə anadan olmuşdur.

13 dekabr 2006–cı ildə Nousli şəhər bələdiyyəsi Cerrardı Mersisayd qraflığının fəxri vətəndaşı elan etdi. O, 1988–ci ildən sonrakı müddət ərzində birinci şəxsdir ki, bu ünvana layiq görülmüşdür. Rəsmi surətdə keçirilən mərasim 2007–ci ildə təşkil edildi.

29 dekabr 2006–cı ildə Krallıqda keçirilən yeni il mükafatlandırılmasında Cerrard Britaniya imperiyasının ordeninə layiq görüldü.

Mənbə redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023