Ston səddi Haqqinda Melumat - Vikipedia

Ston səddi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ston Səddi və ya Ston divarlarıXorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı.[1] Səddin inşasına 1358-ci ildə başlanmışdır.[2] Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir.[3]

Ston səddi
Xəritə
42°50′16″ şm. e. 17°41′49″ ş. u.
Ölkə
Şəhər Ston
Tikilmə tarixi XVI-XV əsrlər
Uzunluğu 7 km
Material Əhəng daşı
Vəziyyəti Qorunur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır.[4]

Tikintisi redaktə

Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir.[5] Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı.

Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü. İkinci Dünya Müharibəsindən sonra söküntü dayandırıldı.

Layihə redaktə

Bu gün 5.5 kilometr uzunluğunda olan divar, Stonu Mali Ston ilə əlaqələndirir və nizamsız bir beşbucaq şəklindədir. Divar XV əsrdə, 40 qüllə (bunlardan 20-si qalmışdır) və 5 qala ilə tamamlanırdı. Divar daxilində şimaldan cənuba üç, şərqdən qərbə isə üç küçə çəkildi. Beləliklə, hər birində 10 ev olmaqla on beş bərabər blok quruldu.

Əsas küçələrin eni 6 m (eni 8 m olan cənub küçəsi istisna olmaqla), yan küçələrin eni isə 2 metrdir. Şəhərə giriş iki şəhər darvazası vasitəsilədir. Onlardan biri Poljska vrata-dır və xorvat dilində "Polşa qapısı" adlanır. Darvazanın üzərində latın dilində yazı var və 1506-cı ilə aid olduğu düşünülür. İstehkam sisteminin mərkəzləri Stondakı Veliki kaštio qalası, Mali Stondakı Koruna və Podzvizd təpəsindəki qaladır (224 m).[6]

Dubrovnik şəhər planı Ston divarı üçün bir model kimi istifadə edilirdi, lakin Ston hazırlanmış ərazi üzərində qurulduğundan, bu model Dubrovnikin özündən daha yaxından izlənildi.

Qalereya redaktə

İstinadlar redaktə

  1. "Stonske zidine". Citywallsdubrovnik.hr (Croatian). Društvo prijatelja dubrovačke starine. October 26, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-06.
  2. "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
  3. "Stonske zidine, među najdužim su sačuvanim fortifikacijskim sustavima". 2020-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
  4. Radovinovič, Radovan (1999), The Croatian Adriatic, p. 371, Naklada Naprijed, ISBN 953-178-097-8
  5. Dean, Aloha. "Ston and Mali (the little) Ston – Second longest wall in all of Europe". Vthawaii.com. VTHawaii.Com. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-06.
  6. Croatia: Aspects of Art, Architecture and Cultural Heritage[ölü keçid] By John Julius Norwich (p146)

Xarici keçidlər redaktə


Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024