Subarlar Haqqinda Melumat - Vikipedia

Subarlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Subarlar və ya subareylər — şimali və ehtimal ki, cənubi Mesopotamiyanın hipotetik qədim əhalisi. Erkən assuroloji yazılarda bu termin hurrilərə aid edilirdi. Dil və etnik kimlik hələ də müzakirə mövzusu olaraq qalır. Bəzi alimlərə görə, subarlar əcdadları Xalaf arxeoloji mədəniyyətinin daşıyıcıları idilər. Ehtimal olunur ki, subarlar artıq e.ə. III minilliyin ikinci yarısında "Subartu ölkəsinin xalqı" təyinatının mənimsənildiyi hurrilər tərəfindən assimilyasiya edilmişdi.

Elmi ədəbiyyatda "subarlar" etnoniminin meydana çıxması şimali Mesopotamiyanın qədim hurri əhalisinə ad axtarışı ilə bağlıdır.[1] İqlas Gelbə görə, subarlar qədim zamanlardan yalnız Mesopotamiyanın şimalındakı dağətəyi bölgələrdə deyil, həm də cənubda – Babilistan ərazisində, şumerlərakkadlar ilə dinc şəkildə yanaşı yaşamışdılar.[2]

Mənbə redaktə

İstinadlar redaktə

  1. Speiser E. A. Hurrians and Subarians. P. 1.
  2. Gelb I. J. Hurrians and Subarians. P. iii.

Ədəbiyyat redaktə

  • Gelb I. J. Hurrians and Subarians. The Oriental Institute of the University of Chicago: Studies in Ancient Oriental Civilizations, No. 22. The University of Chicago Press: 1944. Pp. xv + 128, with 1 map.
  • Speiser E. A. Hurrians and Subarians // Journal of the American Oriental Society, Vol. 68, No. 1 (Jan. — Mar., 1948), pp. 1—13

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024