Suleyhilər Haqqinda Melumat - Vikipedia

Suleyhilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


SuleyhilərMisirdə Fatimilər xilafətinə bağlı müsəlman xanədan (1047–1138). Yəməndə ismaililər məzhəbinin hökmran olmasına şərait yaratmışdır.

Tarixi dövlət
Suleyhilər

Tarixi redaktə

Ailənin Yəməndəki hökmranlığı, Fatimi dailərinin işbirliyinə dayanan Əli bin Məhəmmədlə (hökmdarlığı 1047-1067) başladı. Öncə dağlıq bölgəni ələ keçirən Əli bin Məhəmməd, daha sonra Tihamə sahil bölgəsində oturan Necahiləri, Sənadakı Zeydiləri (1063) və Ədəndəki Maaniləri (1064) yerlərindən etdi. Ayrıca Hicazdakı Musavi şəriflərin yerinə Haşimi şəriflərin keçmesinə şərait yaratdı (1063).

Əli əs-Suleyhinin ölümünün ardından yerinə oğlu əl-Məlikül-Mükərrəm Əhməd əs-Suleyhi keçti.[1] Amma əl-Mükərrəm Əhməd əs-Suleyhi dönəmində (1067-1084) Suleyhi torpaqları azalmağa başladı. Şimalda Necahilər yenidən güc-qüvvə qazandılar. Cənubda isə Ədən, İsmailiyyə məzhəbindən başqa bir xanədan olan Zurayilərə verildi. Əhməd hökmdarlığının son illərində feili hakimiyyəti böyük ölçüdə arvadı əs-Seyyidə Ərvaya buraxdı. Ervanın ölümündə (1138) sonra Yəmənin idarəsi Zurayiləre keçdi. Suleyhi məlikləri XII əsrin sonuna kimi Yəməndəki bəzi qalaları əllərində tutdular.

Hökmdarları redaktə

İstinadlar redaktə

  1. Suleyhiler Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine, Diyanet Islam Ansiklopedisi 37. Cilt 480..

Həmçinin bax redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024