Supergörl (teleserial, 2015) Haqqinda Melumat - Vikipedia

Supergörl (teleserial, 2015) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Supergörl (teleserial, 2015)

Supergörl (ing. Supergirl) — ABŞ istehsalı, Ali Edler, Qreq Berlanti və Andreu Kresinber (sondan ikisi OxFləş seriallarının yaradıcılarıdır) tərəfindən yaradılmış DC Comics-in eyni adlı obrazı əsasında çəkilmiş fantaziya, döyüşdram teleserialı. Serialın 26 oktyabr 2016-cı ildə CBS kanalında yayımlanmağa başladı. Otto Binder və Al Plastino tərəfindən komiks üçün yaradılmış Supergörl rolunu aktrisa Melissa Benoist ifa edib. Supergörl Supermen-in xalası qızıdır və hər ikisi Kriptoniyadan sağ qalmış adamlardır.

Supergörl
Supergirl
Loqonun şəkli
Serialın təbliğat afişası
Serialın təbliğat afişası
Janr Super qəhrəman
Döyüş
Dram
Əsaslanır Cerri Siqel və Co Şuster tərəfindən DC Comics üçün yaradılmış obraz
İlk baxış tarixləri 26 oktyabr 2016
Prodüser
  • Maykl Qrassi
  • Ted Sullivan
  • Maykl Sedar
  • Lerri Tenq
  • Qlen Vinter
  • Raymond Quinlan
Yaradıcısı Qreq Berlanti
Ali Edler
Andreu Kreisnberq
Rollarda
  • Melissa Benoist
  • Meçad Bruks
  • Çiler Leiq
  • Ceremy Cordan
  • Devid Hervud
  • Kalista Flokhart
  • Kris Vud
  • Floriana Lima
Bəstəkar Bleyk Nili
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2015
Studiya
Dil İngiliscə
Növü Teleserial
Rəng rəngli
Mövsüm sayı 6
Seriya sayı 126
Seriya vaxtı 45 dəqiqə
Davametmə müddəti 26 oktyabr 2016-indiyədək
Telekanal
IMDb ID4016454
Format HDTV 1080i
cwtv.com/shows/supergirl/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilin sentyabr ayında serial üçün öhdəlik götürüldükdən sonra 6 may 2015-ci ildə serial rəsmi olaraq çəkilişlər üçün hazırlandı və tam mövsüm olması qərarı 30 noyabr 2015-ci ildə verildi. 12 may 2016-cı ildə Warner Bros. serialın ikinci mövsümünün olacağını və yayımının CBS kanalından The CW kanalına keçəcəyini bildirdi. İkinci mövsüm 10 oktyabr 2016-cı ildə yayımlandı. 8 yanvar 2017-ci ildə CW serialın üçüncü mövsüm üçün yenilədi.

İcmalı redaktə

Kara Zor-El 13 yaşı olarkən Yer kürəsinə valideynləri Zor-El və Alura tərəfindən məhv olmaq üzrə olan Kripton planetindən onun xilas ola bilməsi üçün göndərdi. Kara həmçinin xalası oğlu olan Kal-Eli də qorumalı idi. Kriptondan ayrılarkən Karanın kosmik gəmisi Kriptonun partlayışı zamanı baş vermiş güclü dalğanın təsiri nəticəsində Fantom Zonaya düşür və 24 il orada qalır. Kosmik gəmi oradan xilas olarkən Kara hələdə 13 yaşında idi. Lakin onun xalası oğlu isə artıq böyümüş və Supermen olmuşdu. Yerə çatdıqdan sonra Supermen onu Danvers ailəsinə övladlığa verir. Serial 11 ildən sonra artıq Karanın öz güclərindən istifadəni öyrənməyə başlaması ilə başlayır.[1]

Birinci mövsümdə Kara Supergörla çevrilərək yaşadığı şəhərdə milli qəhrəmana çevrilir. Kara Kriptondakı yüzlərlə kriminaistin Yerdə gizləndiyini öyrənir. Daha sonra isə bunlar arasında anasının əkiz bacısı Astra və həyat yoldaşı Nonun olması məlum olur. Onlar Yerdə hakimiyyəti ələ keçirtmək niyyətindədirlər. Bütün mövsüm boyunca Kara bütün düşmənlərin hədəfindədir. Buna səbəb isə onun Supermen ilə olan əlaqəsidir. Kara bu düşmənlərə qarçı mübarizəsində yalnız bir neçə insana inanır və onlar onun əsl kimliyini bilir. Bunlar isə onun övladlıq bacısı Aleks və onun yaxın dostları Ceyms Olsen və Vinn Skotdur.[2]

İkinci mövsümdə Kara və müttəfiqləri Yerin əsas əhalisi ilə digər dünyaların əhalisi arasındakı davalara aydınlıq gətirməyə çalışırlar. Burada bəzi Kadmus Layihəsi kimi gizli təşkilatların olması üzə çıxır. Beləki bu təşkilat Supermenin anasının əsas düşməni olan Lexk Lutorun köməyi ilə Lilian Lutor tərəfindən idarə olunur. Bu vaxt ərzində Kara Lilianın ögey qızı olan Lena Lutor ilə dostlaşır və Kripton planetinin qonşuluğunda olan Daksam planetindəki idarə sistemindən qaçmış şahzadə Mon-El ilə romantik münasibətə başlayır. Aleksin homoseksual olduğu məlum olur və o Magi Sauer ilə münasibətdədir.

Rollarda redaktə

 
Serialın baş qəhrəmanı, Supergörl rolunu oynayan Melissa Benoyst
  • Melissa Benoist - Kara Zor-El / Kara Danvers / Supergörl: Yer kürəsində yaşayan 24 yaşlı sağ qalmış Kriptonlu. Ögey bacısı Aleks ilə birgə hökumət üçün çalışır və yerdə baş verən qeyri-müammalı vəya kriminal hadisələrdə dərhal müdaxilə edən xalqın qəhrəmanı. Onun övladlıq atası da həmçinin DEO üçün çalışıb.[3][4][5][6] Benoist obrazı haqqında müsahibəsində rolun onun üçün həyəcanlı olduğunu bildirib..[7][8]
  • Meçad Bruks - Cayms Olsen / Qoruyucu: Daily Planet şirkətinın əməkdaşı. O National City-yə köçərək burada sənət rejissoru peşəsinə yiyələndi.[5][6][9] Ölkənin digər yerinə köçməsinin nişanlısında ayrılma səbəbindən başqa eyni zamanda Supermenə görə Supergörl-a nəzarət etməkdir.[10][11]
  • Çiler Leiq - Aneks Danvers: Karanın ögey bacısı və DEO-nun əməkdaşı.[12][13][14][15]
  • Ceremi Cordan - Uinslou Skott: Karanın yaxın dostu və əməkdaşı. karaya kostyumunun dizaynında kömək etmişdi.[6][16][17][18]
  • Devid Hervud - Martian Manhanter: DEO-nun prezidenti[19]
  • Kalista Flokart - Ket Qrant: CatCo Worldwide Media şirkətinin qurucusu.[6][20] Before she founded CatCo, she was a gossip columnist at the Daily Planet, and before that, the personal
  • Kris Vud - Mon-El: Deksam planetinin idarə sistemindən qaçmış şahzadə.[21][22][23]
  • Floriana Lima - Maqqie Sauer: National City Police Departmentinin detektivi.[24] Lima üçüncü mövsümdə ardıcıl rol ifa edəcək. O həmçinin rolun yalnız bir mövsümdə olacağını bildirib.[25]

Mövsümlər redaktə

Serialın birinci mövsümü 26 oktyabr 2016-cı ildə CBS kanalında yayımlandı. 12 may 2016-cı ildə Warner Bros. serialın ikinci mövsümünün olacağını və yayımının CBS kanalından The CW kanalına keçəcəyini bildirdi. İkinci mövsüm isə 10 oktyabr 2016-cı ildə yayımlandı.

Mövsüm(lər) Serialar Orijinal buraxılış tarixi
Mövsüm premyerası Mövsüm finalı Kanal
1 23 26 oktyabr 2015 18 aprel 2016 CBS
2 23 10 oktyabr 2015 22 may 2011 The CW


Xarici keçidlər redaktə


İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2014-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
  2. "Arxivlənmiş surət". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
  3. name="DeadlineSep2014"
  4. name="BenoistCast">Andreeva, Nellie. "Melissa Benoist Is Supergirl: CBS Pilot Casts 'Glee' Actress In Lead Role". Deadline.com. January 22, 2015. January 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 22, 2015.
  5. 5,0 5,1 Goldman, Eric. "CBS Schedule: Supergirl Airing on Mondays; Person of Interest Held for Midseason". IGN. May 13, 2015. May 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2015.
  6. 6,0 6,1 6,2 6,3 Mitovich, Matt Webb. "CBS' Supergirl Casting Jimmy Olsen, Cat Grant and Others". TVLine. October 31, 2014. November 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2014.
  7. Huver, Scott. "Melissa Benoist Embraces "Supergirl's" Iconic Qualities & Powerful Humanity". Comic Book Resources. February 25, 2015. February 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2015.
  8. Goldberg, Lesley. "CBS Casts Young 'Supergirl' (Exclusive)". The Hollywood Reporter. March 9, 2015. March 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2015.
  9. Wagmeister, Elizabeth. "Mehcad Brooks Cast in CBS' 'Supergirl' as Melissa Benoist's Love Interest". Variety. January 28, 2015. February 1, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
  10. Berlanti, Greg; Adler, Ali; Kreisberg, Andrew. How Does She Do It? // Supergirl. 1 sezon. 5 epizod. November 23, 2015. CBS.
  11. Swift, Andy. "Supergirl EP Reveals James' Future as DC Comics' Guardian, Explains Why He and Kara Are 'Best as Friends'". TV Line. October 11, 2016. October 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2016.
  12. name="SupportingCast"
  13. name="LeighHarewoodKreisberg"
  14. Leigh, Chyler [chy_leigh]. "@DavidHarewood: Just another day at the office.#Supergirl " A pleasure meeting my boss yesterday at the #tableread!!" (Tweet). March 3, 2015. İstifadə tarixi: March 12, 2015.
  15. name="gerding">Gerding, Stephen. "Official Supergirl Pilot Synopsis Lands Online". Comic Book Resources. August 26, 2015. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2015.
  16. Roffman, Marisa. "New York Comic Con: Supergirl adds Toyman to Villain Roster". The Hollywood Reporter. October 11, 2015. October 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2017.
  17. Kimberly, Roots. "Supergirl Scoop: Jeremy Jordan to Play CatCo Tech Guru... and More?". TVLine. March 2, 2015. March 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2015.
  18. Berlanti, Greg; Adler, Ali; Kreisberg, Andrew. Solitude // Supergirl. 1 sezon. 15 epizod. February 29, 2016. Event occurs at 09:20. CBS. Toyman Junior, you're the computer expert. Fix this. (#accessdate_missing_url)
  19. Abrams, Natalie. "Supergirl sneak peek: Cyborg Superman revealed!". Entertainment Weekly. November 21, 2016. November 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2016.
  20. Nicholson, Matt. "Calista Flockhart Cast As Cat Grant In Supergirl". IGN. February 23, 2015. February 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2015.
  21. Ausiello, Michael. "Chris Wood Joins Supergirl Season 2 as 'Surprise' Series Regular". TV Line. July 20, 2016. July 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2016.
  22. Damore, Meagan. "SDCC: "SUPERGIRL" CAST & CREW OFFER FANS THE SEASON 2 INSIDE SCOOP". Comic Book Resources. July 23, 2016. July 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2016.
  23. D'Alessandro, Anthony. "DC Superhero EPs At TCA: 'Flash' & 'Supergirl' Musical Crossover, Dolph Lundgren On 'Arrow' & More". Deadline. August 11, 2016. August 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2016.
  24. Stanhope, Kate. "'Supergirl' Adds 'The Family' Grad as Gay DC Character Maggie Sawyer (Exclusive)". The Hollywood Reporter. July 13, 2016. July 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2016.
  25. Swift, Andy. "Supergirl: Floriana Lima Steps Down as Series Regular, Will Recur in Season 3". TV Line. May 26, 2017. May 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2017.

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023