Suqovuşanın azad edilməsi Haqqinda Melumat - Vikipedia

Suqovuşanın azad edilməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Madagizin azad edilməsi

(Suqovuşanın azad edilməsi səhifəsindən istiqamətləndirilmişdir)

Suqovuşan döyüşü (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri.

Suqovuşan döyüşü
İkinci Qarabağ müharibəsi
Tarix 2020-ci il 27 sentyabr - 3 oktyabr
Yeri
Səbəbi 2020-ci ildə Azərbaycan ordusunun əks-hücumu
Nəticəsi Azərbaycan ordusunun qələbəsi. Azərbaycan SuqovuşanTalış kəndlərinin işğaldan azad edir.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan Hikmət Həsənov (Birinci Ordu Korpusunun Komandiri)
Azərbaycan Babək Samidli (Birinci Ordu korpusunun komandanının müavini)

Ermənistan Gevorq Manqalaryan(10-cu dağatıcı diviziyanın komandir müavini)

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Quru Qoşunları
Azərbaycan Hərbi Hava Qüvvələri

Ermənistan Silahlı Qüvvələri

İtkilər

644 nəfər hərbi qulluqçu[1]

Bilinmir

Ümumi itkilər
Bilinmir

Nəticədə Tərtər rayonunun SuqovuşanTalış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur.

Tarixi redaktə

Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.[2]

Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq[3] və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.[4] 1 oktyabr saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olmuş, avtovağzala ciddi ziyan dəymişdir.[5] İki oktyabr tarixində Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutmuşdur.[6][7]. Nəhayət Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad etmişdir.[8][9][10] Azərbaycan Müdafiə Nazirliyi verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilmişdir.[11] Elə həmin gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilmişdir.[12][13]

Nəticəsi redaktə

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, GoranboyYevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunmuşdur[14].

İtkilər redaktə

Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusu komandirinin müavini, azərbaycanlı polkovnik Babək Səmidli hərbi əməliyyatlar bitdikdən sonra, 23 noyabr tarixində Suqovuşanda itkin düşən əsgərlərin cəsədlərinin axtarışı zamanı mina partlayışı nəticəsində şəhid olmuşdur. Babək Səmidlinin şəhid olduğu hadisədə həmçinin, 4 erməni və 1 rus sülhməramlısı da yaralanmışdır.[15][16] Babək Səmidli anadan olduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub[17]

İstinadlar redaktə

  1. "Vətən müharibəsində hansı istiqamətdə və neçə nəfər şəhid vermişik? - Rəsmi açıqlama" (az.). 2021-10-31. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
  2. "Ermənilərin atəşə tutduğu Tərtərdən FOTOlar". Milli.Az (az.). 27 sentyabr 2020. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  3. "Напряженные бои продолжались всю ночь". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  4. "Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi". qafqazinfo.az (az.). 1 oktyabr 2020. İstifadə tarixi: 30 sentyabr 2020.
  5. "Baş Prokurorluq mülki şəxsin ölümü ilə bağlı məlumat yaydı". qafqazinfo.az (az.). 1 oktyabr 2020. İstifadə tarixi: 30 sentyabr 2020.
  6. "Ermənilər Tərtərlə yanaşı Şıxarx və Soğan-verdiləri də atəşə tutur". qafqazinfo.az (az.). 2 oktyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  7. "MoD: Tartar city, Shikharkh settlement and Sogan-Verdiler village of Barda subjected to intensive artillery fire from Armenia". APA.az (ingilis). 2 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2020.
  8. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  9. "Prezident: Bu gün Azərbaycan ordusu bir sıra kəndləri işğaldan azad edib". Report.az (az.). Report İnformasiya Agentliyi. 3 October 2020. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  10. Teleqraf.com. "Son dəqiqə: Daha bir neçə kəndimiz azad olundu - Prezidentdən şad xəbər" (az.). Teleqraf.com. 03.10.2020. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  11. "Ermənilərin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb". qafqazinfo.az (az.). 3 oktyabr 2020. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2020.
  12. "Prezident Madagizin tarixi adını bərpa etdi". qafqazinfo.az (az.). 3 oktyabr 2020. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2020.
  13. "Azerbaijani President: Azerbaijani Army raised Azerbaijani flag in Madagiz". APA.az (ingilis). 3 October 2020. 28 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020. “Azerbaijani Army has today raised the Azerbaijani flag in Madagiz. Madagiz is ours. Karabakh is Azerbaijan! , Azerbaijani President Ilham Aliyev posted on Twitter, APA reports.
  14. "Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başlayıb". 2020-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  15. "Land Mine Kills Officer As Search Continues For Armenian, Azerbaijani Missing". RadioFreeEurope/RadioLiberty (ingilis). 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.
  16. "Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub". Sputnik Azerbaijani (az.). 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.
  17. APA. "Şəhid polkovnik Babək Səmidli dəfn olunub" (az.). APA. 24.11.2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.

Xarici keçidlər redaktə


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023