Symphytum caucasicum Haqqinda Melumat - Vikipedia

Symphytum caucasicum Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qafqaz xəndəkotu

(Symphytum caucasicum səhifəsindən istiqamətləndirilmişdir)

Qafqaz xəndəkotu (lat. Symphytum caucasicum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü.

Qafqaz xəndəkotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası redaktə

Hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır. Gövdə yarpaqları yumurtaşəkilli və yaxud uzunsovdur, aşağı yarpaqları qismən uzun saplaq üzərindədir, küttəhərdir, orta yarpaqları qısa enli və ya demək olar ki, oturaqdır, enli neştərvari və ya uzanmış elliptik şəkildədir, sivriləşmişdir, kənarları qeyri-müəyyən xırda dişlidir, uzunluğu 5-10 sm, eni 2-4 sm-dir, alt tərəfdən bozumtul və məxmər kimidir, üst tərəfdən az tüklüdür. Qıvrımlar azçiçəklidir, yarpaqsızdır. Meyvə saplağı əyilən olub, uzunluğu 3-5 mmdir. Tac mavi rəngdədir. Fındıqların uzunluğu 3-3,5 mm-dir, uzunsov, demək olar ki, düzdür, qeyribərabəryanlıdır, nazik torvari qırışlı və az qabarıqdır. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması redaktə

Azərbaycanın bütün rayonlarında, Kür-Araz ovalığından başqa. Qobustan, Abşeron, Xəzəryanı, Lənk., Muğ. Ovalıqdan orta və subalp qurşağına qədər.

Yaşayış mühiti redaktə

Meşə kənarında, meşələrdə, kolluqlarda, bağlarda, dağ çəmənlərində, çay sahilində, yol kənarında, alaqlı yerlərdə rast gəlinir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024