Tövrat Haqqinda Melumat - Vikipedia

Tövrat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
        

Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur.

Tövrat

Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir.

Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar YaradılışDaşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir.[1]

Tövratın yəhudi Müqəddəs Yazılarında yeri redaktə

Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir. Yəhudilər bunlara Tanax (תנַ"ךְ) deyirlər. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda bu kitablar "Tövrat və Zəbur" adı altında qəbul edilir. Lakin daha xüsusi bir mənada Tövrat dedikdə Musanın beş kitabı, Zəbur dedikdə isə Davudun Məzmurları nəzərdə tutulur.

Tövratın quruluşu redaktə

Tövrata 5 kitab daxildir: Yaradılış, Çıxış, Levililər, Saylar, Qanunun Təkrarı.

  • Yaradılış. İki hissədən ibarətdir: birinci hissədə dünyanın yaranması və bəşərin qədim tarixindən, ikinci hissədə isə İsrail xalqının əcdadlarından bəhs olunur.
  • Çıxış. Allahın xalqının Musanın rəhbərliyi altında Misir köləliyindən çıxmasını nəql edir.
  • Levililər. Qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs edir.
  • Saylar. Burada İsrail xalqının Sina səhrasında dolaşması və Kənan torpağına daxil olmağa başlaması təsvir olunur.
  • Qanunun Təkrarı. Musanın xalqa verdiyi qanun və əmrləri və bu böyük peyğəmbərin ölümünü nəql edir.

Tövratın əsas surətləri "bütün imanlıların atası" İbrahim peyğəmbər və İsrail xalqının dini və ictimai quruluşunun əsasını qoyan böyük rəhbər Musa peyğəmbərdir.

Tövratın müəllifi redaktə

Tövratın əsasən çox qədim dövrlərdə yazıldığından və müqəddəs sayıldığından şübhə yoxdur. Ənənəyə görə, Tövratın müəllifi Musa peyğəmbər sayılır. Bu ənənə Qanunun Təkrarı kitabına əsaslanır[2]. Sözügedən ayələrdə Musanın "qanunu" (Tora) kitaba yazdığından bəhs edir. Lakin Tövratın özündə Musa peyğəmbər tərəfindən yazılmasına dair sübut yoxdur. Beş kitabının başlıqlarında Musanın adı çəkilmir və mətnində Musanın Tövratın hamısını şəxsən yazdığı haqqında məlumat verilmir. Əksinə, Musa peyğəmbərin ölüm hekayəsi Allahdan ilham almış digər müəlliflərin də Tövratı yazmaqda iştirak etdiklərini sübut edir. Bununla belə, Tövratın bir sıra yerlərində[3] Musa peyğəmbərin bəzi hekayət və qanunlarını şəxsən yazdığı və ya yazdırdığı deyilir.

Tövratın ən qədim əlyazmaları redaktə

1947-ci ildə Qumran vadisində bədəvi Məhəmməd Əddib tərəfindən aşkar edilən dəri tumarlarına və ondan sonra 30 il boyunca təqribən 200 mağaradan tapılan 600-dən artıq əlyazmalara "Qumran tumarları" adı verilmişdir. Həmin tumarlar Tövrartın və Tanaxın əlyazmalarından ibarətdir. Qumran tumarları yəhudi Müqəddəs Yazılarının ən qədim əlyazmaları olduğu üçün[4] Bibliya mətnşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.

Tövratın ən qədim tərcüməsi redaktə

B.e.ə. III–II əsrlərdə o dövrün mühüm mədəniyyət mərkəzlərindən olan Misirin İsgəndəriyyə şəhərində Tövrat da daxil olmaqla bütün yəhudi Müqəddəs Yazıları ibrani dildindən yunan dilinə tərcümə olundu. Rəvayətə görə, yetmiş iki yəhudi ilahiyyatçı tərəfindən həyata keçirilən bu tərcüməyə Septuaginta (LXX – Yetmişlərin tərcüməsi) deyilir. Qumran tumarlarıSeptuagintanın tədqiq edilməsi Tövratın mətnində bir sıra qeyri-müəyyən yerlərin mənasını aydınlaşdırmağa kömək etmişdir.

Tövratda mələk inancı redaktə

Mələk sözünün mənası redaktə

Mələk sözü Uğarit, Həbəş, İbrani və Ərəb kimi Sami dillərdə "göndərmək" mənasını verən "lək" kökündən düzəlib xəbəçi, elçi, güclü, qüvvətli olan deməkdir. Söz Latın dilinə angelus, legatus, İngilis dilinə angel, Almancaya isə engel şəklində keçmişdir. İbranucə malahın Pers dilində qarşılığı angarosdur. Tanrı ilə insan arasında əlaqə quran varlıqlardır. Yaqub yoluna davam edərkən, Tanrının mələkləri ilə qarşılaşdı.(Yaradılış 32 / 1).

Mələk inancı redaktə

Bütün yahudi məzhəbləri mələklərin varlığını qəbul edir. Yalnız Saduki məzhəbi qəbul etməyərək istisnalıq təşkil edir. Yahudu müqəddəs kitabında bilik və gücdə insandan üstün, Tanrının mesajını insanlara çatdırma və elçilik vəzifəsini yerinə yetirən varlıqlardan bəhs edilir. Əvvəlki Əhddə bu varlıqlar üçün malah sözündən başqa ilahi varlıqlar mənasına gələn Allah oğulları, müqəddəslər, qüdrətlilər, ilahlar və qullar terminləri də istifadə olunmuşdur. Daniel bölümündə mələklərdən və ilk dəfə böyük mələklərin adlarından bəhs edilir. Ayrıca olaraq ölüm mələyindən də danışılır. İkinci məbəd dönəmində mələklərlə ilgili inanc daha da dərinləşmişdir. Bunu apokrif əsərlərdə ve Əssanilərin yazılarında görmək mümkündür. Bu yazılarda birbirinden fərqli ve çeşidli işlər görən çoxlu sayda mələkdən danışılır, bu mələklər müxtəlif kateqoriyalara ayrılmışlar. Atəş, külək, bulud kimi təbiət hadisələrindən, mövsümlərdən və ilin her bir günündən sorumlu mələklər vardır. Büyük mələklər olaraq Uriel, Raquel, Rafael, Mihael, Qabriel, Sariyel ve Yeremielin adı keçməkdədir. Rabbinik mətnlərdə də mələklərdən bahs edilməkdədir. Mişnada mələklər heç keçməməklə birlikde Talmud ve Midraşlarda mələklərin yaradılışına ve təsnifinə dair mübahisələr yer almaqdadır. Mələklərin yahudi müqəddəs kitabının əsarət dövrü və sonrasında çox keçməsi qəhdani və iran təsiri ilə əlaqəlidir. Yahudilər Babil əsirliyi dövründə qəhdani və iranlıların təsirinə məruz qalmışlardır. Zərdüştlükdəki yaxşı və pis ruh anlayışı yahudiliyə yaxşı və pis mələk şəklində keçdiyi kimi ruhların təsnifi də yahudilikdə mələklərin təsnifini ortaya çıxarmışdır. Böyük mələklərdən Uriel, Raquel, Rafael, Mixael, Qabrielin adları keçir: bir insan səsini Ulay Kanalından: "Ey Cəbrayıl! röyanın nı anlama gəldiyini mənə açıqla" diyə səsləndiyini duydum. Cəbrayıl durduğum yerə yaxınlaşınca qorxudan yerə yıxıldım. Mənə "Ey İnsanoğlu!" dedi. " Bu röyanın sonla əlaqəli olduğunu anla." (Daniel 8 / 16,17).[5]

Yaradılışları redaktə

Yaradılışın iki və ya beşinci günündə oddan yaranan saf ruhlardır. Hədli iradəyə və ilahi biliyə sahibdirlər. Yer üzündən əvvəl yaranıblar, görünməzdirlər. Tövratda iki qrup mələkdən söz edilir:

1. Tanrının mesajını xüsusi bir şəxsə çatdırmaq, ilahi qərarı yerinə yetirmək

2. Tanrıya həmd edənlər mələklər

Sonrakı dini kitablarda günahkar mələklərdən də danışılır.

Yahudilikdə şeytan redaktə

Şeytan sözünün ibranicə qarşılığı satandır. Yahudi mətnləribdə bu ad pislik edən mələyə verilmişdir. Bu mənada o, dünyada dolaşıb aranı qarışdıraraq insanları xətaya və günüha sövq edərək Tanrı tərəfindən cəzalanmağına səbəb olan bir varlıqdır. İbrani dilində şeytan başqa adlarla da anılır: aşmaday, samael, malak amavit (ölüm mələyi), yadser Ra (pis duyğular) və s. Bu sözlərdən yadser Ra Təlmüdda da küçir. Ayrıca satandan törəmiş olan və bundan başqa Beliyal və Əzrayıl adları da şeytan üçün istifadə edilmişdir. Pis ruhun simvolu olan ilan bütün heyvanların ən hiyləgəridir. İlan cildinə girən şeytanın Adəm və Həvvanı günah işləməyə sövq etməsi şeytanın varlığının Əhdi Atikdə əlamətlərindən biridir. Şeytan fəzilətin düşməni olaraq insanlar arasında pislik və günah meydana gətirməyə çalışır. Aləmdə sürətlə insanlar arasında dolaşır. Tövratda şeytanın insanları təhrik edici bir bacarığa sahib olduğu bildirilir. Yahudilərin Fələstin torpaqlarından sürgün edilməsindən sonra mələklərə aid işlər və vəzifələr dahada sistemləşmişdir. Mələklər öz rolları ilə əlaqəli əxlaqi bir xüsusiyyət qazanmışlar.[6]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət" (PDF). 2012-05-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
  2. Qanunun Təkrarı 31:9–12, 24
  3. Çıxış 17:14; 24:3–4; Qanunun Təkrarı 27:1–3; 31:9 və s.
  4. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-25.
  5. Ali Erbaş. DİA. XXIX. 2004. 37–39.
  6. Ali Erbaş. Melekler alemi (İlahi Dinlerde Melek İnancı). 37–38.

Mənbə redaktə

  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
  • Tövrat onlayn Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine
  • Александр Мень. Словарь по библиологии. "Пятикнижие"; "Септуагинта"; "Кумранские Тексты"; "Рукописи библейские".

Xarici keçidlər redaktə


Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023