Tülü kilsəsi Haqqinda Melumat - Vikipedia

Tülü kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tülü kilsəsi

kilsə

Tülü kilsəsi— Abidə Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyət yanı sahəsində yerləşir. İlk orta əsrlərə aid inventar nömrəsi 4149 olan, V-IX əsrlərə aid yerli əhəmiyyətli türbənin ətrafında Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyası tərəfindən 2017-ci ildən başlayaraq 2021-ci ilə qədər ümumilikdə 6 ay müddətində arxeoloji qazıntı işləri aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində bu türbənin Qafqaz Albaniyasının xristianlıq dövrünə aid bir nefli kilsənin zəng qülləsi və ya aynabəndi olduğu müəyyən edilmişdir. 2017-2018-ci illər ərzində aparılan arxeoloji tədqiqat nəticəsində kilsənin bişmiş kərpiclərdə döşənmiş ibadət zalı 2-2,5 m. dərinliyində 150 m2 ərazidə tam tədqiqi edilmişdir. Altar hissədə Alban xaç altlığının yeri

Tülü kilsəsi
Tülü kilsəsi
Ölkə Azərbaycan
Şəhər Balakən
Yerləşir Tülü kəndi
Aidiyyatı Alban kilsəsi
Tikilmə tarixi V-XII
Rəsmi adı: https://culture.gov.az/medias/media/other/13/tma.pdf
İstinad nöm.4149

müəyyən edilmişdir.[1]

Tarixi redaktə

Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər.[1]

Memarlıq xüsusiyyəti redaktə

Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənmişdir. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri zəng qülləsi və ya aynabəndin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerlərinin müəyyən edilməsi olmuşdur. Kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla şimal girişi də dörd sütun üzərində inşa edilmiş və döşəməsinin bişmiş kərpiclərdən döşənməsi müəyyən edilmişdir. Aşkar edilmiş döşəmədə tədqiqatlar zamanı üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşmişdir. Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə torpaq qəbir abidəsini olduğu müəyyən edilmişdir. Daş qutu qəbirlərdə təkrar dəfn izlərinə rast gəlinmişdir. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinmiş, ikinci sarkofaqda birinci skeletin ikincinin ayaq hissəsinə toplandığı müəyyən edilmişdir. Üç qəbirdən aşkar olunan 6 skelet nümunələri antropoloji tədqiqatların aparılması ilə əlaqədar Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Antropologiya mərkəzinə təqdim edilmişdir. Ümumilikdə 250-300 m2, ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinmişdir.[2]

 

2019-cu ildə ekspedisiya tərəfindən abidənin memarlıq nöqteyi-nəzərdən tədqiqatı 70 faiz yekunlaşmış, lakin kilsənin dəqiq inşa tarixi müəyyən etmək əvvəlki tədqiqat ilində mümkün olmamışdır. Lakin bu ilki araşdırmalarımız fərqli mənzərə ortaya qoymuşdur. Müəyyən olunmuşdur ki, ötən tədqiqat mövsümündə aşkar edilmiş alban xristian abidəsi daha qədim özüllər üzərində inşa olunmuşdur. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidədə mövcud olan üçüncü tikinti qatı aşkarlanmışdır. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, Tülü kilsəsi uzunluğu 14,70 m., eni 10,5 m., olan daha qədim dini ictimai tikili üzərində inşa edilmişdir. Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılmış və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənmişdir. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulmuşdur. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyən edilmişdir. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olmuşdur ki, bu qəbirlər bəzilərində təkrar dəfn həyata keçirilmişdi. Aşkarlanan qəbirlərin əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilmişdir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunmuşdu.[3]

2020-ci ilin sentyabr-oktyabr aylarında ümumilikdə bir ay ərzində tədqiqatlar davam etdirildi. Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən uzunluğu 14,70 m, eni, 10,50 m olan kilsənin giriş qapılarında birinin cənub divarında olduğu müəyyən edildi. Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir. Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Antropoloji mərkəzə tədqiqat üçün təqdim edilib. Xristian dəfn ənənəsində əlin qoyuluş formasının fərqli xüsusiyyətləri, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn olunma prosesinin kilsə ətrafında intensivliyi buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.[3]

2021-ci avqust-sentyabr aylarında kilsə ətrafında tədqiqatlar davam etdirilmişdir. Tədqiqatlarla müəyyən edilib ki, üçnefli (nef – sütunlarla haşiyələnmiş kilsənin interyeri) kilsənin şərq divarının cənub-şərq və şimal-şərq divarları qismən sökülüb, altar (mehrab) hissəni əhatə edən mərkəzi divar tamamilə dağılıb. Bir zallı kilsənin fəaliyyəti dövründə üst qatda aparılan inşaat və zamanla kilsə ətrafında davam edən dəfn prosesləri bu hissədə tam dağılmanı sürətləndirən amil olub. Tədqiqatın nəticəsinə əsasən söyləmək olar ki, dini-memarlıq nümunəsində tarixin müxtəlif dövrlərini əhatə edən üç inşaat mərhələsi mövcud olub. Memarlıq nöqteyi-nəzərən üç zallı abidənin düzbucaq daxilində inşa olunan altarı xristianlığın Suriya, altarı xaricində olan bir zallı kilsə isə Bizans memarlıq məktəbinə aiddir. Son üç ildə birnefli və üçnefli kilsənin xarici və daxili divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində xristian dəfn ənənəsinə uyğun tam şəkildə 61 insan skeleti və təkrar dəfnlər zamanı pərakəndə halda 300-dən artıq sümük fraqmentləri tədqiq olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, Tülü kilsəsinin ilkin mərhələsindən ərazidə kilsə qəbiristanlığı salınıb. Kilsə qəbiristanlığında tədqiq olnumuş dəfnlər sadə torpaq, daş qutu, üzəri plitələrlə bağlanan daş qutu və kirəcdən tökülmüş plitələrdə hazırlanan qəbir tiplərindən ibarət olub. Qəbirlərdə ölü ilə birlikdə qoyulmuş şüşə və metal qolbaqlar, muncuqlar və digər asma bəzəklər müxtəlifliyi ilə seçilir. Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməyib. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşasıdır.[4]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 "Tülü kilsəsi". Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  2. "Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyası". AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  3. 3,0 3,1 "Balakəndə Qafqaz Albaniyasına məxsus qədim abidədə qəbirlər aşkarlanıb". 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  4. İctimai TV. "Tarixi abidə baxımsızlıqdan dağılmaq üzrədir" (az.). Youtube.com. 21.02.2024. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.

Mənbələr redaktə

  1. Balakən rayonu Tülü kəndi ərazisində yerləşən Tülü Alban kilsəsi https://arxeologiya.az/index.php?do=static&page=tulu
  2. Balakəndə arxeoloqlar qədim kilsə tapdı - Video
  3. Balakən rayonu Tülü kəndi ərazisində yerləşən Tülü Alban kilsəsi

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024