Tülkü Haqqinda Melumat - Vikipedia

Tülkü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tülkü

məməli cinsi

Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi.

Tülkü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri redaktə

Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar.

Həyat tərzi redaktə

Özü qazdığı ya da boş yuvalarda məskən salır. Yeməyini gəmiricilər, dovşanlar, quşlar, müxtəlif bitkilər, balıqlar, sürünənlər təşkil edir. Yeməyi yaşadığı mühitdən asılıdır. Ov vaxtı mürəkkəb davranış formalı nümayiş etdirir (təsadüfi deyil ki, rus folklorunda tülkü ağıl və bicliyinin simvoludur).

Tək həyat tərzi sürür, bala tülküləri həyata gətirmək və böyütmək üçün cütlük yaradırlar. Hamiləlik dövrü 49-58 gün olur. 4-12 bala doğur. Balaları böyütmək prosesində erkək və dişi iştirak edirlər. Tülkülər xəzli heyvan ovçuluğunun obyektidir. Onlar əsasən 10 bəziləri isə 9 il yaşayır.

Qidalanma redaktə

Tülkü müxtəlif quş növləri (toyuq, bildirçin və s.), gəmiricilər (siçan, dovşan və s.) və böcəklərlə qidalanır.[3]

İstinadlar redaktə

  1. https://www.wildlifeonline.me.uk/animals/article/red-fox-taxonomy.
  2. (unspecified title). doi:10.21805/BZN.V66I3.A1
  3. "https://www.hurriyet.com.tr - Tilki Ne Yer? Tilkiler Nasıl Beslenir Ve En Çok Sevdiği Besinler Neler. İstifadə tarixi: 30.11.2023". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.

Həmçinin bax redaktə


Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023