Türk Hava Yolları reys 301 Haqqinda Melumat - Vikipedia

Türk Hava Yolları reys 301 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türk Hava Yolları reys 301

Türk Hava Yolları reys 301, Türk Hava Yollarına məxsus təyyarənin İzmirdə yaşadığı aviasiya olayı.

Türk Hava Yolları reys 301
TC-JAO, 1973
TC-JAO, 1973
Ümumi məlumatlar
Tarix
Qəza növü Atmosfer buzlaşması, İdarənin itirilməsi
Yer Menderes, İzmir, Türkiyə
Koordinatlar 38°17′21″ şm. e. 27°09′18″ ş. u.
Ölkə
Sərnişin sayı 68
Komanda 5
Yaralı sayı 7
Ölü sayı 66
Təyyarə
Təyyarə modeli Fokker F28-1000 Fellowship
Havayolu şirkəti Türk Hava Yolları
Qalxma yeri Adnan Menderes Hava Limanı, İzmir, Türkiyə
İstiqamət Atatürk Beynəlxalq Hava Limanı
Uçuş nömrəsi 301
Qeydiyyat nömrəsi TC-JAO

Qəza redaktə

1974-cü ildə Türk Hava Yolları firması İzmir Cumaovası Havalimanından İstanbul Yeşilköy Havalimanına nəzərdə tutulan reys zamanı Fokker F-28-1000 modelli, Van adlı sərnişin təyyarəsi ilə İzmirdə faciəvi qəzadan qaça bilməmişdir.[1] Təyyarə, havalanma cəhdi zamanı ləngərləyərək uçuş ərazisindən çıxmış və partamışdır. Mütəxəssislərin fikrincə təyyarənin rahat qalxa bilməməsinə səbəb qanadlarının şaxtadan donması idi.[2][3] Lakin qəzadan 16 il sonra, həmin dövrün nəqliyyat naziri olan Fərda Güley, pilotların təyyarəni idarə etdikləri zaman alkoqollu içki qəbul etdikləri həqiqətini ictimaiyyətdən gizlətdiyini etiraf etmişdi.[4]

Ekipaj üzvləri və sərnişinlər redaktə

Təyyarədə qəza zamanı 5 ekipaj üzvü və 68 sərnişin vardı. Dörd ekipaj üzvü və 62 sərnişin qəza nəticəsində həyatlarını itirmiş, bir ekipaj üzvü və altı sırnişin isə bu fəciəvi qəzada sağ qala bilmişlər.[2]

İstinadlar redaktə

  1.  (türk.)"İzmir uçağı düştü, 62 kişi öldü". Milliyet: (səhifə 1, 3, 11.) 27 yanvar, 1974.
  2. 1 2  (ing.) "Aircraft accident Fokker F-28 Fellowship 1000 TC-JAO Izmir-Cumaovası Airport (ADB)". Aviation Safety Network. 2009-10-03.
  3.  (ing.) "TC-JAO" Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine. planespotter.org. 2009-10-03.
  4.  (türk.)"Van uçağını sarhoş pilotlar düşürdü". Milliyet: (səhifə 1,13). - 18 May, 1990

Xarici keçidlər redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024