Türkiyə bayramları Haqqinda Melumat - Vikipedia

Türkiyə bayramları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyə bayramları

Bu Məqalə Türkiyə Respublikasının bayramlarına aiddir.

Bayramlar və tətillər redaktə

Yeni il Bayramı redaktə

1 Yanvar Yeni il günü - Yeni ilin başlanğıcı. Dövlət İdarələri, Nazirliklər, ve digər ticarət mərkəzləri də yeni il səbəbi ilə qısa zaman ərzində çalışır.

Milli Müstəqillik və Uşaqlar günü redaktə

Türkiyə Respublikasının tarixində xüsusi əhəmiyyətə malik gündür. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Milli Məclisinin (TBMM) qurulduğu gündür. Eyni zamanda Uşaqlar günü kimi də qeyd edilir. Rəsmi olaraq tətil 22 apreldə başladığı üçün dövlət idarələri 22 aprel günorta saatlarından başlayaraq tətilə çıxır.

İşçi və Fəhlə günü redaktə

1 may tarixi Türkiyə Respublikasında işçi və fəhlə günü kimi düşmüşdür.

Atatürkü anma, Gənclik və İdman günü redaktə

19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir. 18 May günortadan sonra bayram başlanğıcı kimi qəbul edilir. 18 may tarixində rəsmi dairələr günortaya qədər işləyir.

Qələbə günü redaktə

Türkiyənin Azadlıq mübarizəsində qələbə qazandığı gündür. Dövlət idarələri 29 avqust tarixindən rəsmi tətilə çıxır. 30 avqust bütün gün tətil günü kimi qeyd edilir.

Respublika günü redaktə

Respublika günü - Türkiyə Respublikasının 29 oktyabr 1923-cü ildə qurulmasından etibarən Respublika günü kimi qeyd edilir. Dövlət idarələri 28 oktyabrı günortadan sonra və 29 oktyabr bütün gün ərzində rəsmi tətilə çıxır.

Dini Bayramlar redaktə

Ramazan bayramı redaktə

Ramazan ayının sonunda qeyd edilən bayram. Bu bayram 3 gün qeyd edilir. Bu 3 gün ərzində dövlət idarələri, banklar, təhsil müəssisələri bağlı olur. Ramazan bayramının günləri hər il dəyişir.

Qurban bayramı redaktə

Qurban bayramı 4 gün qeyd edilir. Bayram müddətində dövlət idarələri, banklar, təhsil müəssisələri bağlı olur. Qurban bayramının günləri hər il dəyişir.

Xarici keçidlər redaktə

Türkiyədə rəsmi bayram və tətil günləri[ölü keçid]

Həmçinin bax redaktə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023