Türkiyədə din Haqqinda Melumat - Vikipedia

Türkiyədə din Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyədə dinTürkiyə Respublikasının Konstitusiyasına əsasən Türkiyə dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri ayrılmışdır. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilmişdir. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, 3 mart 1924-cü ildə Baş Nazirliyə bağlı bir təşkilat olaraq qurulmuşdur. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulmuşdur.

Mövzuya dair məqalələrin siyahısı
Türkiyə mədəniyyəti

Türk mədəniyyəti

Tarix • Ədəbiyyat • Dillər • Təsviri incəsənət
Memarlıq • Kinematoqrafiya • Televiziya • Mətbəx • Təhsil • Din • Musiqi • Bayramlar • Elm
"Türkiyə" portalı

Dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur. 1923-cü ildən əvvəl qüvvədə olan dini qanunlar tamamilə ləğv edildi. Osmanlı Dövlətində rəsmi mənsubiyyət elementi olan "Müsəlman" konsepsiyası 1923-cü ildən bəri istifadə edilməmişdir və bu mənsubluğu "Türk" konsepsiyası əvəz etmişdir.[1] Qeyri-müsəlmanlar, ümumi əhalinin çox az bir hissəsini (0,2%-dən az) təşkil edir. Qeyri-müsəlmanların 30,524 nəfəri erməni qriqorian, 25,114 nəfəri yəhudi, 17.194 nəfəri suriyalı, 2270 nəfəri yunan pravoslav və 5628 nəfəri isə müxtəlif din və məzhəblərə etiqad edən insanlardan təşkil olunmuşdur. Türkiyədəki yunan pravoslavlarının böyük əksəriyyəti Lozanna müqaviləsi çərçivəsində Yunanıstana köçmüşdür. Qərbi Frakiyada yaşayan müsəlmanlarİstanbulda yaşayan yunanlar əhali mübadiləsindən iştirak etməmişdir. Balkan yarımadasıŞimali Qafqazda yaşayan müsəlmanların böyük bir qismi, SerbiyaÇar Rusiyası ordusu tərəfindən Türkiyəyə sürgün edilmişdir. Bugünkü yunan əhalisinin təqribən yarısı Mərkəzi Asiyadan köç etmiş yunanlardan ibarətdir. Bu mühacirlərdən bəziləri qaraman adlanan yunan dilində danışa bilməyən, lakin yazıda yunan əlifbasından istifadə edən xristianlaşmış səlcuqlu türkləri olmuşdur.[2][3]

Türkiyə Respublikası vətəndaşlarının əksəriyyəti müsəlmandır. Müsəlman vətəndaşların əksəriyyəti sünni məzhəbindəndir və sünnilərin əksəriyyəti hənəfidir. Türkiyədə sünni müsəlmanlarından sonra ən çox şiələr yayılmışdır. Türkiyədə şiələrə əsasən Sivas, Çorum, Tokat, Ərzincan, MalatyaTunceli vilayətlərində rast gəlmək mümkündür. Bunlardan başqa ŞafiCəfəri kimi digər məzhəblərə mənsub vətəndaşlar da var. Cəfəri müsəlmanlarının böyük bir hissəsi İğdırda yayılmışdır.[4]

Türkiyədəki ümumi xristian əhalisi 320.000 nəfərdir. Həmçinin, Türkiyə əhalisinin 2%-ni ateistlər, 3%-ni aqnostiklər 1%-ni isə deistlər təşkil edir.[5]

İslam redaktə

border=none  Əsas məqalə: Türkiyədə İslam
 
1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa olunan Sultan Əhməd məscidi.

Pew Research təşkilatının 2012-ci ildə yayımladığı bir hesabata görə, Türkiyə əhalisinin yüzdə 98%-i müsəlmandır.[6] 2016-cı il tarixli Ipsos hesabatına görə isə müsəlmanlar Türkiyə əhalisinin 82%-ni təşkil edir. Müsəlmanların 70%-i sünni olduğu halda, 20%-i şiələrdən ibarətdir.[7] Cəfərilər kimi tanınan müsəlmanlar isə 3% təşkil edir. İslam dininə etiqad edənlərin 90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd Peyğəmbərin yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadi, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Maturdiyyə etiqadi, Hənəfi, Maliki, Şafii, Hənbəli isə fiqhi məzhəbləridir.[8][9][10]

İslam dinində əqidə. Şiə məzhəbi və ya Şiə təriqəti kimi də adlandırılır. İslamın sünnilikdən sonra ikinci ən böyük zümrəsi (məzhəblər, firqələr toplusu).[11] Dünya müsəlmanlarının təxminən 10–20%-i məhz şiədir. Bu əqidənin nümayəndələrinə şiə deyirlər. Türkiyədə İstanbul, Ankara kimi böyük şəhərlər xaricində, Adana, Bursa, Antalya, Aydın, Ərzincan, Sivas, Malatya, Tunceli vilayətlərində şiə əhali sıxlığı böyükdür.[12][13] 460 şiə kəndi ilə Sivas, Türkiyə nisbətində ən çox şiəyə ev sahibliyi edən vilayətdir.[9][14] Anadolu şiəliyi, oğuz sülaləsindən olan Tokat şiələri, türkmənlər sülaləsindən olan Sivas şiələri, türkmanlar sülaləsindən olan Ərzurum şiələri, Əlbistan mənşəli Maraş şiələri və Bismil mənşəli Diyarbakır şiələri olmaq üzərə ümumilikdə 5 hissəyə bölünür.[15] Tokat şiələri Tokatın ZiləAlmus, Tuncelinin OvacıqNazımiyyə ilçələrində, Sivas şiələri Sivasın Zaraİmranlı, Tuncelinin isə PülümürMazgirt ilçələrində, Ərzurum şiələri Ərzurumun Tekman, Xınıs, AşkaleÇat ilçələrində, Maraş şiələri PazarcıkƏlbistan ilçələri başda olmaqla Qəhrəmanmaraşın böyük bir hissəsində, Diyarbakır şiələri isə Diyarbakırın BismilÇinar ilçələrində geniş yayılmışdır.[16]

Diyanət İşləri Nazirliyinin verdiyi hesabata əsasən Türkiyədə ibadət üçün açıq olan 88 min 681 məscid var. İstanbul 3446 məscid ilə birinci, Konya 3204 məscid ilə ikinci, Ankara 3102 məscid ilə üçüncü, Samsun 2724 məscid ilə dördüncü, Kastamonu isə 2617 məscid ilə beşinci yerdədir. Kastamonu adambaşına düşən məscid sayında zirvədə yer almışdır.[17] 372 min əhalisi olan Kastamonuda 2617 məscid var və ölkədəki adambaşına düşən məscid sayına görə birinci yerdədir.[18] Türkiyədə adambaşına düşən məscid sayında liderlik edən şəhərlər arasında Sinop, Bartın olduqca diqqət çəkmişdir.[19] İstanbul, məscidlərin ümumi sayına görə birinci sırada olsa da, əhalinin sayı artdıqca adambaşına düşən məscidlərin sayı ölkə ortalamasının altında qaldı. İstanbul ilə birlikdə İzmirdə də 1902 məscid ibadətə açıq olsa da, əhali çoxluğu səbəbindən, ortalamanın altında qalmışdır.[20][21][22]

Xristianlıq redaktə

 
Bolqar Pravoslav Kilsəsi məzhəbinə aid inşası 1898-ci ildə tamamlanan Müqəddəs Stefan kilsəsi.

1914-cü ildə Türkiyədə xristianların əhalinin 20%-ni, 1927-ci ildə 5,5%-ni, bu gün isə 0,2% təşkil etmişdir.[23] Bunun səbəbi, II Dünya müharibəsi dövründə assuriyalılarınermənilərin məcburi köçü və bu xalqlara qarşı edilən irqçilik, Yunanıstan ilə Türkiyə arasında əhali mübadiləsi və ölkənin demoqrafik quruluşundakı xristianlar arasında köç, dəyişikliklərə səbəb olan əhəmiyyətli hadisələrdəndir.[24][25]

Bu gün Türkiyə əhalisinin 0,2%-ni təşkil edən xristianların 80.000 Şərqi pravoslav, 35.000 Roma-Katolik provoslav, 18.000 Antioxiya pravoslav, 5.000 Yunan provaslav, 8000 protestant və 160.000 nəfəri fərqli xristan təriqətlərinə etiqad edir.[26][27][28][29] Bununla yanaşı, Konstantinopol provaslav və ya Süryani pravoslavlarından ibarət kiçik bir qrup da mövcuddur.[30] Çox vaxt etnik Yunanlarla qarışırlar.[31] Bəzilərinin əslində yunan mənşəli olmasına baxmayaraq, bu əhali arasında heç vaxt İslamı qəbul etməyən etnik türklər də var.[32][33] Həmçinin, İstanbul, IV əsrdən bəri Şərqi pravoslav kilsəsinin mərkəzi olmuşdur.[34][35][36]

CHP İstanbul Millət vəkili Mustafa Səzginin apardığı hesabatlara və verdiyi məlumatlara əsasən Türkiyədə ümumilikdə 1388 vahid qeydiyyatdan keçmiş kilsənin olduğu bildirildi.[37] 158 kilsə ilə İstanbul, 69 kilsə ilə Mardin və 57 kilsə ilə Aksaray ən çox kilsə olan vilayət olaraq görülmüşdür. Adanada bu rəqəm 52, İzmirdə 43, Kayseridə 41, Muğlada 39, Bitlisdə 36, Mersində 35, Bursada 34, Trabzonda 31, Girəsunda 30, Yozqatda 9, Zonquldakda 5, Təkirdağda 4 olmuşdur.[38][39][40]

İudaizm redaktə

border=none  Əsas məqalə: Türkiyədə iudaizm
 
İnşası 1878-ci ildə tamamlanan Səfərad ortodoksu məzhəbinə aid Bet Yaakov sinaqoqu.

Türkiyədəki yəhudilərin tarixi təxminən 2400 ili əhatə edir.[41] Türkiyə yəhudiləri, Türkiyədə yaşayan başlıca qeyri-müsəlman cəmiyyətlərdən biridir. İspaniyaPortuqaliyadan sürgün edilmiş bir çox səfərad yəhudisi, XV əsrin sonlarına doğru Osmanlı İmperiyasında məskunlaşmışdır.[42] XX əsrdə İsrail Dövlətinin qurulması səbəbiylə yəhudilərin köçü baş tutsa da, kiçik bir yəhudi icması bu gün də başda İstanbulİzmir olmaqla Türkiyədə yaşayır.[43]

Türkiyə Respublikası qurulduğu dövrdə yəhudilərin İsrailə köç etməsi elə də yayğın deyildi.[44] Lakin daha sonradan yəhudilərə qarşı düşmənçilik əlaməti olaraq görülən hadisələrlə bağlı olaraq köç artmağa başladı.[45][46][47] Bu hadisələrin başında ayrı-seçkilik dayanırdı. 1934-cü ildəki Frakiya şiddəti yəhudilərin Fələstinə köçünü sürətləndirdi.[48] Təxminlərə görə 1935-ci illərdə 1445 yəhudi Türkiyədən Fələstinə köç etmişdir. Bununla yanaşı, qeyri-müsəlmanlardan toplanılan sərvət vergisi, 1943–1944-cü illər arasında 4000 yəhudinin Fələstinə köç etməsinə səbəb olmuşdur.[49][50] 1948-ci ildə İsrail Respublikasının qurulması ilə əlaqədər olaraq Türkiyədən yəhudilərin köçü olduqca sürətlənmişdir.[51] Bu köçlər digər məcburi köçlərdən fərqli idi, çünki yəhudilər öz istəkləri ilə İsrailə köçdülər.[52][53][54] 1951-ci ildən sonra Türkiyədən köç xeyli azalsa da, bu gün belə bu köç tamamilə bitmiş vəziyyətdə deyil.[55][56] 1950-ci illərin ortalarında İsrailə köç edənlərin 10%-i Türkiyəyə qayıtdı. Bu insanlar eyni zamanda İsrail–Türkiyə münasibətlərinin güclənməsində mühüm rol oynamışdır.[57][58][59][60]

Yerusəlim Yəhudi Universitetinin hesabatına əsasən, Türkiyədə təxminən 15.000 yəhudi yaşayır.[61] 2010-cu il Dünya Yəhudi Konqresinin məlumatlarına görə isə Türkiyədə təxminən 23.000 yəhudi yaşayırdı.[62][63] Təxminən 2500 yəhudi İzmir, Adana, Ankara, Bursa, Çanaqqala, İskəndərunKırıkkaledə yaşasa da, yəhudilərin 95%-i İstanbulda yaşayır. Türkiyədə ümumilikdə 38 sinaqoq ibadətə açıqdır.[64][65]

Neteizm və dünyəvilik redaktə

 
Mərkəzi İstanbulda yerləşən, əsası 2014-cü ildə qoyulan Orta ŞərqQafqazda ilk rəsmi ateist təşkilatı olan Ateizm Dərnəyinin loqosu.

Türkiyədə dinsizlik ölkədə azlıq təşkil edir.[66] Türkiyədəki bir araşdırma təşkilatının hesabatına görə ölkə əhalisinin 95%-i bir Tanrıya inanır, 75%-i isə dini inanclara sahibdir. Türkiyədəki dinsiz insanların rəsmi siyahıyaalmasında ateist və ya aqnostik dəqiq sayını təyin etmək olduqca çətin olmuşdur.[67][68][69] Lakin, 2012-ci ildə həyata keçirilən bir anketdə, ateistlərin Türkiyə əhalisinin 2%-ni əmələ gətirdiyi qənaətinə gəlinmişdir.[70] Fransız şirkəti tərəfindən həyata keçirilən digər bir anketdə isə Türkiyə əhalisinin 7%-nin ateist, 3%-nin isə aqnostik olduğu hesabat edilmişdir. 2015-ci il KONDA siyahıyaalma araşdırmalarına görə Türkiyə əhalisinin sadəcə 2,9%-i ateistlərdən ibarət olmuşdur.[71][72][73]

2013-cü ildə aparılan anketlərlə birlikdə 4,5 milyon insanın dinsiz olduğu açıqlanmışdır.[74] 2015-ci ildə eyni qurumlar tərəfindən aparılan anketlərdə bu rəqəmin 5,5 milyon insana çatdığı və bu insanlar arasındakı Türkiyə vətəndaşlarının təxminən 9,4%-nin dini olmadığı qənaətinə gəlinmişdir. Türkiyədəki ateistlər arasında aparılan araşdırmalar zamanı dinsizlərin 85%-nin 35 yaş altında olduğu görüldü.[75][76] Həmçinin, Orta ŞərqQafqazdakı ilk rəsmi ateist təşkilatı olan Ateizm Dərnəyi 2014-cü ildə Türkiyədə qurulmuşdur.[77][78]

Türkiyədə din azadlığı redaktə

Türkiyə Konstitusiyasının 24-cü maddəsinə görə Türkiyə dünyəvi bir ölkədir. Türkiyədəki dünyəvilik, Mustafa Kamal Atatürkün prinsiplərinə əsaslanır.[79] Türk hökuməti, müsəlmanlara və digər dini qruplara, dini idarələrdə və dövlət idarələrində, o cümlədən universitet və məktəblərdə dini ifadələrində bəzi məhdudiyyətlər qoyulmuş, lakin zamanla bu məhdudiyyətlər, xüsusilə müsəlmanlar üçün qaldırılmağa başlamışdır.[80][81][82]

İstinadlar redaktə

  1. "Türkiye'de Dini Hayat Araştırması". aa.com.tr (türk). 2016-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  2. "Türkiye'de Din ve İnanış". gezimanya.com (türk). 29 iyul 2016. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  3. Özkök, Ertuğrul. "Türkiye artık yüzde 99'u müslüman olan ülke değil". www.hurriyet.com.tr (türk). 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  4. Onat, Hasan. "Türkiye'de Din Anlayışı". hasanonat.net (türk). 2020-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  5. Aktan, Sertaç. "Türkiye'de deizm neden artıyor, dindarlık neden azalıyor?". euronews (türk). 19 mart 2019. 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  6. "Turkey: International Religious Freedom Report 2007". U.S. Department of State. 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2016.
  7. "Global Index of Religiosity and Atheism" (PDF) (Press-reliz). WIN-Gallup International. 2012. 2013-10-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  8. "Syria strife tests Turkish Alawites | Turkey | al Jazeera". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  9. 1 2 "Pew Forum on Religious & Public life". pewforum.org. 2012-08-09. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2013.
  10. "Religion, Ipsos Global Trends". Ipsos. 2017. 5 sentyabr 2017 tarixində arxivləşdirilib.
  11. "TURKEY" (PDF). Library of Congress: Federal Research Division. 2005-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 noyabr 2010.
  12. "Country – Turkey". Joshua Project. 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2014.
  13. Ahmet Erdi Öztürk. "Turkey's Diyanet under AKP rule: from protector to imposer of state ideology?" (PDF). Southeast European and Black Sea Studies. 16 (4). 2016: 619–635. doi:10.1080/14683857.2016.1233663. 2022-01-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-09.
  14. "Sufism". All about Turkey. 20 noyabr 2006. 2008-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2010.
  15. Girit, Selin. "Turkish students fear assault on secular education" (ingilis). BBC News. 2016-06-21. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
  16. Öztürk, Ahmet Erdi. "An alternative reading of religion and authoritarianism: the new logic between religion and state in the AKP's New Turkey" (PDF). Southeast European and Black Sea Studies. 0. 2019-02-26: 79–98. doi:10.1080/14683857.2019.1576370. ISSN 1468-3857. 2020-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-09.
  17. "Türkiye'de il il cami sayıları! En çok cami hangi ilde? En az camiye hangi ilimiz sahip?". Sabah (türk). 21 iyul 2019. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  18. "Dolmayan camilere her gün bir yenisi ekleniyor: İşte kişi başına düşen cami sayısı". A3 Haber (türk). 17 yanvar 2020. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  19. "Diyanet'e bağlı cami sayısı 2017'de 90 bine ulaştı". CNN Türk (türk). 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  20. "2020 Yılı İller ve Camii Sayıları - En Çok Hangi Yıl Camii Yapıldı? Türkiye'de Kaç Tane Camii Var?". KamuAjans (türk). 2020-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  21. "Diyanet açıkladı: Türkiye'de kaç cami var? En az ve en çok cami hangi ilimizde?". takvim.com.tr (türk). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  22. "Diyanet Türkiye'deki cami sayılarını açıkladı! Van'da kaç cami var? Van Haber". wanhaber.com (türk). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  23. Chapter The refugees question in Greece (1821–1930) in "Θέματα Νεοελληνικής Ιστορίας", ΟΕΔΒ ("Topics from Modern Greek History"). 8th edition (PDF). Nikolaos Andriotis. 2008.
  24. "'Editors' Introduction: Why a Special Issue?: Disappearing Christians of the Middle East" (PDF). Editors' Introduction. 2001. may 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 11, 2013.
  25. Içduygu, Ahmet; Toktas, Şule; Ali Soner, B. "The politics of population in a nation-building process: emigration of non-Muslims from Turkey". Ethnic and Racial Studies. 31 (2). 1 fevral 2008: 358–389. doi:10.1080/01419870701491937. 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  26. "Religions". Central Intelligence Agency. iyun 4, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2013.
  27. "Foreign Ministry: 89,000 minorities live in Turkey". Today's Zaman. 15 dekabr 2008. 20 may 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 may 2011.
  28. "Statistics by Country". www.catholic-hierarchy.org. dekabr 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 18, 2015.
  29. "Christen in der islamischen Welt – Aus Politik und Zeitgeschichte" (PDF). 2008. may 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 11, 2013.
  30. "Turkish Protestants still face "long path" to religious freedom". www.christiancentury.org. oktyabr 17, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: noyabr 3, 2014.
  31. Talbot, Alice-Mary. "Hagiography". The Oxford Handbook of Byzantine Studies. oktyabr 23, 2008. doi:10.1093/oxfordhb/9780199252466.013.0082. iyun 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 25, 2018.
  32. Bardakci, Mehmet; Freyberg-Inan, Annette; Giesel, Christoph; Leisse, Olaf. Religious Minorities in Turkey: Alevi, Armenians, and Syriacs and the Struggle to Desecuritize Religious Freedom. Springer. 2017-01-24. ISBN 978-1-137-27026-9.
  33. Teule, Herman G. B. "Christianity in Western Asia". The Oxford Handbook of Christianity in Asia. iyul 10, 2014. doi:10.1093/oxfordhb/9780199329069.013.0001. ISBN 9780199329069. iyun 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 25, 2018.
  34. "Life, Culture, Religion". Official Tourism Portal of Turkey. 15 aprel 2009. 15 aprel 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2013.
  35. William G. Rusch. The Witness of Bartholomew I, Ecumenical Patriarch. Wm. B. Eerdmans Publishing. 2013. səh. 31. ISBN 978-0-8028-6717-9. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09. Constantinople has been the seat of an archiepiscopal see since the fourth century; its ruling hierarch has had the title of"Ecumenical Patriarch" ...
  36. Erwin Fahlbusch; Geoffrey William Bromiley. The Encyclopedia of Christianity. Wm. B. Eerdmans Publishing. 2001. səh. 40. ISBN 978-90-04-11695-5. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09. The Ecumenical Patriarchate of Constantinople is the ranking church within the communion of ... Between the 4th and 15th centuries, the activities of the patriarchate took place within the context of an empire that not only was ...
  37. "Türkiye farklı inançlara sağlanan ibadet yeri sayısında Batı'nın 5 kat önünde". aa.com.tr (türk). 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  38. "Türkiye´de 1388 kilise var". yeniadana.net (türk). 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  39. "Türkiye'de Hristiyan ve Yahudilere ait 439 ibadethane ve 24 dernek var". Independent Türkçe (türk). 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  40. Gürel, Soner; Güloğlu, Okan. "İbadethane zenginiyiz". www.hurriyet.com.tr (türk). 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  41. Flavius Josephus, The Antiquities of the Jews (Project Gutenberg eText, William Whiston trans., 2006), Chapter 1, Book 1.
  42. G. Ostrogorsky, History of the Byzantine State
  43. The Oxford History of Byzantium, C. Mango (ed.) (2002)
  44. International Jewish Cemetery Project – Turkey Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine
  45. Arsu, Sebnem; Filkins, Dexter. "20 in Istanbul Die in Bombings At Synagogues". The New York Times. 16 noyabr 2003. 18 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2010.
  46. Reeves, Phil. "Mystery surrounds 'suicide' of Abu Nidal, once a ruthless killer and face of terror". The Independent. London. 20 avqust 2002. 23 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 may 2010.
  47. "Bombings at Istanbul Synagogues Kill 23". Fox News. 16 noyabr 2003. 5 iyun 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2009.
  48. M. J. Akbar, "The shade of swords: jihad and the conflict between Islam and Christianity", 2003, (p. 89)
  49. Rubinstein, WD. The Myth of Rescue: Why the Democracies Could Not Have Saved More Jews from the Nazis. London: Routledge. 2002 [1997]. səh. 249, n. 13. ISBN 113461568X.
  50. Rubinstein, W.D. The Myth of Rescue: Why the Democracies Could Not Have Saved More Jews from the Nazis. Routledge. 1999. səh. 249. ISBN 9780415212496. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  51. "Letter of Rabbi Isaac Zarfati". turkishjews.com. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  52. Sidney Mendelssohn.The Jews of Asia: especially in the sixteenth and seventeenth century. (1920) p.241. "Long before the culmination of Sabbathai's mad career, Safed had been destroyed by the Arabs and the Jews had suffered severely, while in the same year (1660) there was a great fire in Constantinople in which they endured heavy losses…"
  53. Isidore Singer; Cyrus Adler. The "A Descriptive Record of the History, Religion, Literature, and Customs of the Jewish People from the Earliest Times to the Present Day. 12. Funk and Wagnalls. 1912. səh. 283. 2016-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  54. Franco, Moïse. Essai sur l'histoire des Israélites de l'Empire ottoman: depuis les origines jusqu'à nos jours. Librairie A. Durlacher. 1897. səh. 88. İstifadə tarixi: 15 dekabr 2014. Moins de douze ans après, en 1660, sous Mohammed IV, la ville de Safed, si importante autrefois dans les annales juives parce qu'elle était habitée exclusivement par les Israélites, fut détruite par les Arabes, au point qu'il n' y resta, dit une chroniquer une seule ame juive.
  55. "- Qantara.de – Dialogue with the Islamic World". qantara.de. 2008-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  56. "Ülkümen-Sarfarti-Gesellschaft e.V." ulkumen-sarfati.de. 9 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  57. Michelle U. Campos, "Between "Beloved Ottomania" and"The Land of Israel": The Struggle over Ottomanism and Zionism Among Palestine's Sephardi Jews, 1908–13", International Journal of Middle East Studies 37:461–483 (2005).DOI:10.1017/s0020743805052165
  58. "The New York Times - A Jewish Voice for Turkish democracy". nytimes.com. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  59. "David Ben-Gurion". Jewishmag.com. 14 may 1948. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2010.
  60. Mallet, Laurent-Olivier. La Turquie, les Turcs et les Juifs – Histoire, Représentations, Discours et Stratégies. Istanbul: Editions ISIS. 2008. səh. not cited. ISBN 9754283559. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  61. "Jewish Population of the World - Jewish Virtual Library". jewishvirtuallibrary.org. 2010-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  62. "Head of tiny Jewish community in Turkey: There's no love between Israeli citizens – Features Israel News - Haaretz". haaretz.com. 2015-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  63. "The Jews of Turkey". The Museum of the Jewish People at Beit Hatfutsot. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  64. "www.musevicemaati.com". musevicemaati.com. 12 dekabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2014.
  65. "Archived copy". 16 noyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2010.
  66. Girit, Selin. "Losing their religion: The young Turks rejecting Islam". 10 may 2018. 3 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2018 – www.bbc.co.uk vasitəsilə.
  67. "Religious Trends". 9 may 2017 tarixində arxivləşdirilib.
  68. "Research: 95 percent of Turkey believes in god, 74 percent is 'religious'(In Turkish)". Diken.com.tr. 6 may 2017. 4 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2020.
  69. Akyol, Mustafa. "Why so many Turks are losing faith in Islam". Al-Monitor (ingilis). 2018-04-16. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
  70. "Fazil Say and Turkey's war on atheism". The Daily Telegraph. 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2012.
  71. "Atheists raising their voice in Turkey amid polarized reactions". Daily News. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2015.
  72. "Uneasy neighbors in Turkey: atheism and Islam". Deutsche Welle. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2015.
  73. "Turkey's Atheists Face Hostilities, Death Threats". VOA. 11 dekabr 2015. 2016-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2015.
  74. "Religion, Ipsos Global Trends". Ipsos. 2017. 9 sentyabr 2020 tarixində arxivləşdirilib.
  75. "Atheists, the "Ultimate Other" in Turkey | Inter Press Service". Ipsnews.net. 11 dekabr 2015. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2015.
  76. Semih Idiz. "Turkey's atheists get organized - Al-Monitor: the Pulse of the Middle East". Al-Monitor. 22 aprel 2014. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2015.
  77. "Gezici Araştırma Merkezi Başkanı Murat Gezici SÖZCÜ'ye açıkladı: Türkiye'nin kaderi Z kuşağının elinde". www.sozcu.com.tr. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  78. "Gezici Araştırma Merkezi Başkanı Murat Gezici: Türkiye'nin kaderi Z kuşağının elinde". www.gercekgundem.com. 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  79. "Türkiye'de din özgürlüğü var mı?". platform24.org (türk). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  80. Sambur, Bilal. "Türkiye'de Din Özgürlüğü, Laisizm ve Resmî İdeoloji". dergipark.org.tr (türk). 7 sentyabr 2008. səh. 16. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  81. "TÜRKİYE'DE DİN VE VİCDAN ÖZGÜRLÜĞÜ" (PDF). tbbyayinlari.barobirlik.org.tr (türk). səh. 114. 2021-02-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 sentyabr 2020.
  82. Şafak, Yeni. "Türkiye'de din özgürlüğü". Yeni Şafak (türk). 29 oktyabr 2009. İstifadə tarixi: 9 sentyabr 2020.

Xarici keçidlər redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024