Təbriz Ərk teatrı Haqqinda Melumat - Vikipedia

Təbriz Ərk teatrı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təbriz Ərk teatrı

Təbriz şəhərində fəaliyyət göstərmiş və İslam inqilabından sonra dağıdılmış teatr.

Təbriz Ərk teatrı və ya Şiri Xurşid teatrı (fars. تئاتر شیر و خورشید تبریز‎‎) — İranın Təbriz şəhərində keçmiş teatr. Teatr 1927-ci ildə Təbriz şəhərində açılmış, 1980-ci ildə İslam inqilabından sonra isə dağıdılmışdır.[3]

Təbriz Ərk teatrı
Xəritə
Ümumi məlumatlar
Əsası qoyulub 1927
Bağlanıb 1980[1]
Teatr binası
Açılıb 10 sentyabr 1927[1][2]
Tutumu 800
Yerləşməsi
38°04′22″ şm. e. 46°17′26″ ş. u.
Ölkə
Yerləşir Təbriz şəhristanı
Ünvan Təbriz
Təbriz Ərk teatrı xəritədə
Təbriz Ərk teatrı
Təbriz Ərk teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Bina 1927-ci ildə Qırmızı şir və günəş cəmiyyəti tərəfindən tikilib başa çatır.[4] Binanın memarı dəqiq bilinməsə belə onun Qafqazdan gəldiyi ehtimal olunur, çünki teatrın binası BakıTiflisdəki intibah dövrünün italyan üslubunu və yüksək dekorativ interyerə malik alman rokoko üslubunu özündə birləşdirib.[3] Teatrın açılışı 1927-ci ilin sentyabr ayında baş tutub. Əsas zalın uzunluğu 30 metr eni isə 10 metr və 800 nəfərlik olub. Zalın ən vacib cəhəti isə mərtəbələr və binanın tavanında olan xüsusi akustikaya görə burada heç bir səs gücləndirici alətlərə ehtiyacın olmamasıdır. Zalın birinci cərgəsində oturan tamaşaçılar musiqini necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər.[5]

Teatr binası Azərbaycan Milli Hökumətinin qurulmasından sonra əsaslı şəkildə təmir edilmiş, pərdələri və çılçıraqları dəyişdirilmişdir. 1946-cı ilin mart ayında Təbriz Dövlət Teatrı adı ilə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesinin tamaşası ilə fəaliyyətə başlamışdır. 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökumətinin süqutundan sonra Təbriz Dövlət Teatrı dağıdıldı və fəaliyyəti dayandırıldı.[6][7]

İran İslam İnqilabından sonra teatr binası dağıdılır və yerində Cümə məscidi tikilir.[8]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 https://newspaper.hamshahrionline.ir/id/107392/.
  2. https://www.taylorfrancis.com/chapters/edit/10.4324/9780203798423-20/.
  3. 1 2 "Tabriz Opera House Memorial" (ingilis). music-usa.org. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  4. "تاريخچه هنرنمايش در آذربايجان" (fars). tabrizinfo.com. 2003. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  5. Əli Qəhrəmanov. "Böyükxan Naxçıvanski və Təbriz tetrı". aqra.az. 16 avqust 2016. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  6. Savalan Fərəcov. "Təbriz teatrının tarixindən səhifələr". medeniyyet.az. 13 mart 2013. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  7. "Cəlil Məmmədquluzadə". calilbook.musigi-dunya.az. 2 iyul 2019 tarixində arxivləşdirilib.
  8. "Tabriz arg theaterrevolvy.com" (ingilis). 2 iyul 2019 tarixində arxivləşdirilib.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024