Təbriz Əsgərov (çavuş) Haqqinda Melumat - Vikipedia

Təbriz Əsgərov (çavuş) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təbriz Əsgərov (çavuş)

Təbriz Hamlet oğlu Əsgərov (d. 12 yanvar 1993; Şəmkir, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Təbriz Əsgərov
Təbriz Hamlet oğlu Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəmkir, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi Çavuş
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Təbriz Əsgərov 1993-cü ilin 12 yanvar günündə Şəmkir şəhərində anadan olub. Təbriz Əsgərov 2010-cu ildə Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

Hərbi xidməti redaktə

Çavuş Təbriz Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024