Təbriz əncüməni Haqqinda Melumat - Vikipedia

Təbriz əncüməni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təbriz əncüməni

Bütün əncümənlər içində Təbriz əncüməni müstəsna yer tuturdu. Həm ilk əncümən olduğuna, həm də ən prinsipial olaraq, Məşrutəni sonacan müdafiə etdiyinə görə, Təbriz əncüməni xüsusi olaraq seçilirdi. Təbriz əncüməni bütün ölkə əncümənləri üçün örnək rolu oynayırdı. Təbriz əncümənində qəbul olunan qərarlar, onun təcrübəsi başqa əncümənlər tətəfindən dərhal öyrənilirdi və, imkan dairəsində, tətbiq edilirdi. Təbriz üsyanı (1908-1909) vaxtı, əyalət əncümənindən başqa, Təbrizdə başqa əncümənlər də vardı. Ən nüfuzlu əncümənlər bunlar idi: "Əncüməni-həqiqət","Əncüməni-qüdrət","Əncüməni-mücahid". "Əncüməni-həqiqət" Əmirxız məhəlləsində yerləşirdi və Səttarxanın orqanı idi. "Əncüməni-qüdrət" Xiyaban məhəlləsinin fədailərinin orqanı idi, ona Bağır xan başçılıq edirdi. "Əncüməni-mücahid" faktiki olaraq Təbrizin inqilabi mücahidlər klubu idi, ona Əli Müsyo başçılıq edirdi.

Qaynaq redaktə

  • Новая история Ирана. Хрестоматия.Издательство "Наука"Главная редакция восточной литературы. Москва 1988 səh 230

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024