Təhsil Haqqinda Melumat - Vikipedia

Təhsil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir.

Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür.

Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.

Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi redaktə

Ölkə Təhsil ilinin başlama tarixi Təhsil ilinin bitmə tarixi
1. Azərbaycan  Azərbaycan 15 sentyabr 15 iyun
2. Yaponiya  Yaponiya 1 aprel 1 mart
3. Hindistan  Hindistan 1 iyun 1 mart
4. Danimarka  Danimarka Finlandiya  Finlandiya 1 avqust 1 iyun
5. Türkiyə  Türkiyə 19 sentyabr 17 iyun

Təhsil geniş anlayışdır.Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024