Tənha (roman) Haqqinda Melumat - Vikipedia

Tənha (roman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tənha (roman)

Avqust Strindberqin romanı

TənhaAvqust Strindberqin romanı.

Tənha
Kitabın azərbaycanca 2015-ci il nəşrinin üz qabığı
Kitabın azərbaycanca 2015-ci il nəşrinin üz qabığı
Müəllif Avqust Strindberq
Janr Avtobioqrafiya
Orijinalın dili İsveç dili
Ölkə
Orijinalın nəşr ili 1903
Tərcüməçi Rəbiqə Nazimqızı
Rəssam Azər Əsgərzadə
Tərtibat İsmayıl Süleymanlı
Seriya ATV Kitab
Nəşriyyat Parlaq İmzalar
Səhifə 140
ISBN ISBN 978-9952-82-89-1-7

Məzmun redaktə

“Tənha” romanı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir.

“Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir.

Tərcümə və nəşr redaktə

Roman ATV Kitab layihəsi çərçivəsində Rəbiqə Nazimqızı tərəfindən rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2015-ci ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanmışdır.[1][2]

İstinadlar redaktə

  1. Tənha — Avqust Strindberq
  2. "Strindberqin "Tənha" romanı Azərbaycan dilində". Kulis.az (az.). 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024