Təvəkkül Əliyev (aktyor) Haqqinda Melumat - Vikipedia

Təvəkkül Əliyev (aktyor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təvəkkül Əliyev (aktyor)

Təvəkkül Əjdər oğlu Əliyev (21 avqust 1951, Neftçala rayonu23 yanvar 2017, Lənkəran) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti.

Təvəkkül Əliyev
Təvəkkül Əjdər oğlu Əliyev
Doğum tarixi 21 avqust 1951(1951-08-21)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 2017(2017-01-23) (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Həyat yoldaşı
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyatı redaktə

Təvəkkül Əliyev 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. T. Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M. İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olmuşdur. Daha sonra o, N. Xəzrinin "Sən yanmasan", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", N. Hikmətin "Bayramın birinci günü", A. P. Çexovun "Yubiley", M. İbrahimovun "Kəndçi qızı", M. Musiyenkonun "Nəsillər, eşidin!", V. Şekspirin "Qış nağılı", H. Cavidin "Topal Teymur", S. Vurğunun "Fərhad və Şirin", Ə. Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə. Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaratmışdır. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.

Azərbaycan Respublikasının Əməkdar Artisti idi. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Təvəkkül Əliyev 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat etmişdir.[1] Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilmişdir.

Filmoqrafiya redaktə

  1. Yanmış körpülər (film, 2007)
  2. Cavad xan (film, 2009)
  3. 100 kağız (film, 2015)
  4. Bağışla, gələ bilmədim (film, 2015)
  5. Xəstə oruc (film, 2016)
  6. Məni iri planda çəkmə (2017)

İstinadlar redaktə

  1. ARB Cənub. "Əməkdar artist Təvəkkül Əliyevə ithaf olunur" (az.). Youtube.com. 25.01.2017. İstifadə tarixi: 2017-02-10.

Xarici keçidlər redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024