Təyyar Abbasov Haqqinda Melumat - Vikipedia

Təyyar Abbasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).

Təyyar Abbasov
Təyyar Fərzulla oğlu Abbasov
Doğum tarixi
Doğum yeri Azərbaycan, Masallı, Yelağac
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Azərbaycan, Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor

Həyatı redaktə

Təyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 9-da Bakı şəhərində vəfat etmişdir. [1]

Fəaliyyəti redaktə

T.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 19782006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir. [1]

Həmçinin bax redaktə

Mənbə redaktə

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 21. ISBN 978-9952-441-02-4.

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024