Tacəddin Məhəmməd Urməvi Haqqinda Melumat - Vikipedia

Tacəddin Məhəmməd Urməvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tacəddin Məhəmməd Urməvi

Tacəddin Məhəmməd Həsən oğlu Urməvi (1177-1255) — Azərbaycan filosofu, hüquqşünas və ilahiyyatçı.[1]

Tacəddin Məhəmməd Urməvi
Tacəddin Məhəmməd Həsən oğlu Urməvi
Doğum tarixi
Doğum yeri Urmiya, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Bağdad

Həyatı redaktə

Tacəddin Məhəmməd Urməvi Bağdadda yaşamış, Şərəfiyyə mədrəsəsində dərs dеmişdir. Zəkəriya Qəzvini və Əbdürrəşid Bakuvi onun öz zəmanəsində dinin əsaslarını, hüququ, hikməti və ədəbiyyatı misilsiz şəkildə bildiyini göstərmişlər.[2] Tacəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov mütəfəkkirin 1255-ci (hicri 653-cü) ildə 80 yaşında vəfat etdiyini yazmışdır.[3]

Azərbaycan aliminin yaradıcılığında miladi 1218-ci, yaxud 1219-cu (hicri 614-cü) ildə tamamladığı "Məhsuldan hasil еdilən kitab" daha məşhurdur. Fəхrəddin Razinin əsəri əsasında yazılmış bu хülasənin 1295-ci ildə köçürülmüş bir nüsхəsi Qahirədə Хidiviyyə kitabхanasının əlyazmasıdır.[2] Tacəddin Urməvi tərcüməçilik ilə də məşğul olmuş, 1228-ci ildə Dəməşqdə müəllimi və dostu Fəxrəddin Razi'nin məntiqə və fəlsəfəyə dair "İlahi həqiqətlər haqqında Kəmaləddin traktatı" əsərini farscadan ərəb dilinə çеvirmişdir.[4][5]

İstinadlar redaktə

  1. Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
  2. 1 2 Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.səh.32
  3. Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978. səh. 75
  4. Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986. səh. 32-33
  5. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994. səh. 191-192

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024