Tahir Rasizadə Haqqinda Melumat - Vikipedia

Tahir Rasizadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tahir Məhəmməd oğlu Rasizadə (1907, Naxçıvan1942, Krım, Krım MSSR) - Azərbaycan kənd təsərrüfatı mütəxəssisi, şair. Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin atası.

Tahir Rasizadə
Tahir Məhəmməd oğlu Rasizadə
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi
Vəfat yeri Krım yarımadası
Vəfat səbəbi İkinci dünya müharibəsi
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Həyat yoldaşı Tamara-xanım Rasizadə
Uşaqları Artur, Tamilla Rasizadələr
Atası Məhəmməd Rasizadə
İxtisası aqronom
Təhsili kənd təsərrüfatı institutu
Fəaliyyəti şairlik, müəllimlik

Həyatı redaktə

Tahir Şeyx Məhəmməd oğlu Rasizadə 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvanda almışdır.

Əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəlliminini, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilmişdir.

Şairlik təbi olmuş, ilk şeirlərini darülmüəllimində oxuyarkən yazmışdır. Müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Şerləri romantik vüsəti, dilinin axıcılığı, ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçilir. Bundan başqa Tahir Rasizadə pyeslər də yazmışdır.

”İki dünya” poemasında bəşəriyyətə fəlakət gətirən ”hərb allahına”, ”qan püskürən”, ”ölüm şahına” lənətlər yağdırır, faşizmin yaratdığı xarabazarlıqların onun özünün “əbədi məzarına” çevriləcəyini inamla bildirirdi. 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olmuşdur.

Şəxsi həyatı redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024