Taleh Qaraşov Haqqinda Melumat - Vikipedia

Taleh Qaraşov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Taleh Qaraşov

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012).

Taleh Qaraşov
bayraq
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
14 aprel 2012-ci ildən
ƏvvəlkiTofiq İbrahimov
bayraq
Astara Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 aprel 2011 – 14 aprel 2012
ƏvvəlkiMahir Quliyev
SonrakıQəzənfər Ağayev
bayraq
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 avqust 2006 – 26 aprel 2011
ƏvvəlkiFəzail Alışov
Sonrakıİsmayıl Vəliyev
bayraq
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 may 2002 – 8 avqust 2006
ƏvvəlkiTofiq Bağırov
SonrakıƏziz Əzizov
bayraq
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1996 – 8 may 2002
ƏvvəlkiSoltan Hüseynov
SonrakıNazim Babayev
bayraq
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
1991 – 1996
BaşçıTofiq Kərimov (1991-1992)
Vilayət Abuşov (1992-1993)
Soltan Hüseynov (1993-1996)
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1959(1959-05-20) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı redaktə

Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur[1].

1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

İstinadlar redaktə

  1. "İcra başçısı ağır əməliyyat keçirdi" (az.). az.azvision.az. 12.06.14, 16:10. 2014-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.

Xarici keçidlər redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023