Tam iqtisadi inteqrasiya Haqqinda Melumat - Vikipedia

Tam iqtisadi inteqrasiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tam iqtisadi inteqrasiya

Tam İqtisadi İnteqrasiya (Tİİ) — iqtisadi inteqrasiyanın son mərhələsidir. Bu mərhələdən sonra üzvlər iqtisadi siyasəti tək başına müəyyən edə bilmir və ya çox cüzi miqyasda həyata keçirirlər.

Tam iqtisadi inteqrasiya çoxmillətli təşkilatdan daha çox vahid dövlətə bənzəyir. Onun daxilində vahid iqtisadiyyat formalaşır. Bunun ən yaxşı nümunəsi ilk 13 koloniyanı özündə birləşdirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ daxilindəki ştatlara yüksək inteqrasiya etmiş yarımuxtar dövlətlər kimi baxmaq olar. Bu misaldan görünür ki, iqtisadi inteqrasiyanın son nəticəsi federal səviyyədə idarə edilən siyasi ittifaqdır.

İstinadlar redaktə


Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024