Tan İmperiyasının Qərbi Türklərə yürüşləri Haqqinda Melumat - Vikipedia

Tan İmperiyasının Qərbi Türklərə yürüşləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tan İmperiyasının Qərbi Türklərə yürüşləri

Çini idarə edən Tan sülaləsinin Qərbi Göytürk xaqanlığına yürüşləri b.e. VII əsrdə bir sıra hərbi kampaniyadan ibarət idi.

Qərbi Türklərin zəbt olunmasını göstərən xəritə

Şərait redaktə

Vətəndaş müharibəsinin nəticəsində Göytürklər Qərbi və Şərqi xaqanlıqlara bölüşüb. Bizans İmperiyası ilə mütəffiq olan Qərbi Türk xaqanlığı Sasanilər İmperiyasına qarşı müharibələr ilə məşğul idi. Qərbi Türk xaqnlığı genişlənirdi, Şərqi Türk xaqanlığı isə tənəzzülü yaşayırdı.[1] Onlar Çində bəzi mənbələrə görə özü də türk əsilli olan general Li Yuana Suy sülaləsini devirməyə kömək edib. Beləliklə, Li Yuan 618-ci ildə özünə Qaotzu adı alıb, Tan adlı yeni İmperator sülaləsini başlayır. 630-cu ildə, həmin Tan ordusu uyğurların köməyi ilə Şərqi Türk xaqanlığın ordusuna qalib gəlib, onları özlərin vassalı edirlər (Şərqi Türklər Tan Çini üçün Tabğaclar sözünü iştədirdilər).[2]

630-cu ildə Qərbi Türklərin Tonq Yabqu xaqanı öz dayısı Bağatur tərəfindən öldürülüb. Bundan sonra xaqan olan Bağatur Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmayıb, üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü. Yerinə Nuşibilərin dəstəklədiyi, öncəki xaqanın oğlu Si Yabqu xaqan gəldi.[3] Bu daxili mübadilə Qərbi Türkləri on ox adı altında tanınan on tayfaya bölüşdürüb.[4]

Erkən toqquşmalar redaktə

Tan İmperatoru Taitzun Şərqi və Qərbi Türklərə qarşı Çin üçün ənənəvi olan "barbarlara qarşı barbarlar" strategiyasını iştədirdi. 641-ci ildə, onlar İsbara Yabğu qağana kömək edərək, Qərbi Türk qağanlığının daxilində olan qərbi və şərqi tayfaları arasında vətəndaş müharibəsini alışdırdı. Şərq qağanı, Yükük şad qərbi İsbara Yabğu qağana aid olan oazis dövlətlərini istila edib və öz düşmənini öldürüb, Qərbi Türk qağanlığı birləşdirdi.

Birləşmədən sonra, Yükük şad Çin şəhərlərinə hücumlar törətməyə başlayıb. 642-ci ildə İmperator Taitzun Yükük şadın hökümünə qarşı üsyana kömək edərək, yenə Qərbi Türklərin daxili işlərinə qarışıb. Loyal olmayan Qərbi Türk tayfaları Çananda Taitzundan kömək istəyiblər və o, İrbis Şekuyu taxta çıxardıb. İrbis Şekuy xaqan türk tayfalarını idarəsi altına almağa bacarıb, keçmiş qağan isə özünü sürgün edib.

Tan sarayı və Qərbi Türlər arasında Tarım hövzəsidəki beş dövlətin kontrolu haqqında danışıqlar başlanıb. İrbis Sekuy Tan şahzadəsi ilə evlənərək, Tan İmperiyası ilə əlaqələrini möhkəmləndirmək istəyirdi. O dövlətlər türklərin vassalları olduğlarına baxmıyaraq, İbris Sekuy onları öz başına Tan İmperiyasına verə bilməzdi. Taitzun Tarım hövzəsinə istilasını başlayanda diplomatik danışıqların davamı artıq mümkünsüz olmuş.[5]

Tarım hövzəsinə yürüşlər redaktə

Qaraxocaya yürüş redaktə

Qaraxoca 498-ci ildən bəri Çu ailəsi tərəfindən idarə olunurdu.[6] Oazis dövlətlərindən ən çinləşmişi olaraq, Qaraxoca Çin yazısını rəsmi yazısı şəkildə, klassik Çin mətnlərini öyrənmə fəni kimi və həmçinin Çin İmperiyasının bürokratiya sistemini qəbul etmişdi. O, Tan İmperiyasına coğrafi olaraq da ən yaxın oazis dövləti olduğuna görə, orda çox sayda etnik hanlar yaşayırdı.[7] Bundan artıq, Qaraxoca ipək yolunun hissəsi olaraq, Çin üçün Mərkəzi Asiyaya əsas keçidi idi. 638-ci ildə Qərbi Türklərin Yükük şad qağanı taxta oturanda, Qaraxocaya hərbi yardım vəd eləyən kimi, bu keçid kəsilmişdi.[8]

Qaraşəhərə yürüş redaktə

632-ci ildə Qaraşəhər, yaxında yerləşən Kaşğər və Xotan ilə birlikdə Tan İmperiyasına xərac verənləri olmuşdu.[9] Tan İmperiyası Mərkəzi Asiyaya genişlənəndə, onun Qaraşəhər ilə münasibətləri gərginləşirdi. Tan Qaraşəhərnən yanında yerləşən Qaraxocanı zəbt edib, ora qoşunlarını yerləşdirən kimi, bu gərginlik son dərəcəyə çatmışdı.[10]

Kuçara yürüş redaktə

Qaraşəhərin ləğvindən sonra, Tan onun yanındaki Kuçar dövlətinə yürüşünü başlayıb.[11]

Qərbi Türklərə yürüş redaktə

Tan İmperiyasının Qansudaki generalı Aşina Helu qərbə qaçıb, özünü Qərbi Türklərin qağanı olaraq elan etmişdi.[12] Beləliklə o, türk tayfalarını vahid bir qağanlıq atltında birləşdirib.[13] Helu Tarım hövzəsinin dövlətlərinə istila edib, Tan şəhərlərinə qarşı reydləri etməyə başlayıb.[12] İmperator Qaotzun Qərbi türklərə qarşı Su Dinfan başçılığı altında ordusunu göndərib. Kənar bölmələr Heluya qarşı olan türk sərkərdələri, Aşina Mişa ilə Aşina Bujen başçılığları altında idilər.

Yüz min uyğur atlı bu yürüşdə Tan tərəfində idilər.[14]

İstinadlar redaktə

  1. Wechsler, 1979. səh. 223
  2. Сабит Ахматнуров. Распад Тюркского каганата. VI–VIII вв.
  3. L. M. Qumilyov :Eski Türkler, Selenge yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8, OCLC 52822672, səh.265–266
  4. Robert Haug. The Eastern Frontier: Limits of Empire in Late Antique and Early Medieval Central Asia
  5. Wechsler, 1979. səh. 224
  6. Wechsler, 1979. səh. 224–225
  7. Hansen, 2012. səh. 91
  8. Wechsler, 1979. səh. 225
  9. Wechsler, 1979. səh. 226–228
  10. Wechsler, 1979. səh. 226
  11. Grousset, 1970. səh. 99
  12. 1 2 Twitchett, 2000. səh. 116
  13. Skaff, 2009. səh. 181
  14. Skaff, 2009. səh. 183

Mənbə redaktə

  • Grousset, René. The Empire of the Steppes: A History of Central Asia. Rutgers University Press. 1970. ISBN 978-0-8135-1304-1.
  • Hansen, Valerie. The Silk Road: A New History. Oxford University Press. 2012. ISBN 978-0-19-515931-8.
  • Skaff, Jonathan Karem. Nicola Di Cosmo (redaktor ). Military Culture in Imperial China. Harvard University Press. 2009. ISBN 978-0-674-03109-8.
  • Twitchett, Denis. H. J. Van Derven (redaktor ). Warfare in Chinese History. BRILL. 2000. ISBN 978-90-04-11774-7.
  • Twitchett, Denis; Wechsler, Howard J. Kao-tsung (reign 649–83) and the empress Wu: the inheritor and the usurper // Twitchett, Dennis (redaktor ). The Cambridge History of China, Volume 3: Sui and T'ang China, 589–906, Part I. Cambridge: Cambridge University Press. 1979. 242–289. ISBN 978-0-521-21446-9.

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024