Tat dili Haqqinda Melumat - Vikipedia

Tat dili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tat dili və ya Tati fars dili[1][2] — Qafqazda yaşayan tatların dili.

Tat dili
Orijinal adı зугьун тати, zuhun tati, zuban tati
Ölkələr Rusiya, Azərbaycan
Regionlar Dağıstan, Quba, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Lahıc, Bakı, Abşeron, Hacıqabul
Rəsmi status Dağıstan
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Hind-Avropa dilləri

İran dil qrupu
Qərbi yarımqrup
Yazı kiril əlifbası, latın əlifbası (tat yazısı)
Dil kodları
QOST 7.75–97 тат 665
ISO 639-1
ISO 639-2
ISO 639-3 ttt — tat dili
jdt — dağ yəhudilərinin dialekti
Dilin strukturlarının dünya atlası tmu
Atlas of the World’s Languages in Danger 1059
IETF ttt
Glottolog cauc1242

Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, DərbəndMahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, ŞabranAbşeron ərazilərində danışılır.[3] Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir.[3] Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir.[3]


Tat dilində 33 səs vardır.

Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. [4] Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir. Əlavə də edir ki, onlardan 9-u monoftonq , 4-ü isə diftonqdur. [5]

Mənşəyi redaktə

İran alimlərinin bir qismi hesab edir ki, tat dili fars dilinə yaxın olan bir ləhcədir.[3] Bu alimlərin bir qismi düşünür ki, Abşeron tatlarının dili gilanmazandaran dilləri ilə Mərkəzi İran dialektləri arasında qərarlaşıb.[3] Başqa sözlə, tat dilinin gilan, mazandaran, talış dilləri ilə yaxınlığı mövcuddur.[3] Aleksandr Qrünberq hesab edir ki, tat dilinin tacik dilinə də genetik bağlılığı var.[3]

Tat dilinin mənsub olduğu Hind-İran kök dili e.ə. II minillikdə Hind-Avropa dil ailəsində təcrid olunmuşdur.[3] Həmin minilliyin sonunda isə İran və hind dil qollarına parçalanmışdır.[3] E.ə. I minilliyin birinci yarısında qədim irandilli tayfalar İran yaylasının mərkəzində və cənubunda məskunlaşmışdırlar.[3][3]

Ləhcələr redaktə

Tat dili ləhcələri aralarındakı müxtəlifliyə görə üç böyük qrupa bölünür:

1. Tat dilinin Şimal ləhcələri: buraya Quba, Dəvəçi, Qonaqkənd və Qızıl Qazma ləhcələri (Xızı rayonu);

2. Tat dilinin Mərkəzi: Ərüsküş-Daqquşçu, yaxud Xızı ləhcəsi (Xızı rayonu);

3. Tat dilinin Cənub ləhcələri: buraya da, əsasən, Abşeron,Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) ləhcələri daxildir. [5]

İstinadlar redaktə

  1. Windfuhr, Gernot. The Iranian Languages (ingilis). Routledge. 2013-05-13. ISBN 978-1-135-79704-1.
  2. www.semanticscholar.org https://www.semanticscholar.org/paper/On-the-Caucasian-Persian-(Tat)-Lexical-Substratum-Tonoyan/1748e938e1d5fd0df1b016eed516e53409d7e3a9 (#bare_url_missing_title). İstifadə tarixi: 2024-03-25.
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 3,10 Hüseynova
  4. Соколова, Валентина Степановна. Очерки по фонетике иранских языков (Russian). Москва: Академии Наук СССР. 1953.
  5. 5,0 5,1 Hacıyev, Maqsud. Azərbaycan tatlarının dili. Tatların tarixi-etnoqrafik oçerki (Azərbaycan dili). Bakı: Mütərcim. 2009. 548.

Ədəbiyyat redaktə

  • Hüseynova, Gülsüm. Tat dilinin leksikası (PDF) (az.). Bakı: Elm və təhsil. 2013. İstifadə tarixi: 27 may 2022.

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023