Tağı Abdullazadə Haqqinda Melumat - Vikipedia

Tağı Abdullazadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tağı Abdullazadə

Tağı İlham oğlu Abdullazadə (5 may 1992; Sədərək, Azərbaycan2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Tağı Abdullazadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sədərək, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Sədərək, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2010—2011 / 2019—2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı redaktə

Tağı Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub.[1] 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Hərbi xidməti redaktə

Tağı Abdullazadə 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sədərək şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tağı Abdullazadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Ən Son Axtarılanlar

Fayl:Domestic_medicine-_or,_A_eneatise_on_the_prevrution_and_cure_of_diseases,_by_regimru_and_simple Fayl:Domestic_medicine-_or,_A_eneatise_on_the_prevention_and_cure_of_diseases,_by_regimen_and_simple Fayl:Domestic_medicine-_or,_A_rueatise_on_the_prevrution_and_cure_of_diseases,_by_regimru_and_simple Fayl:The_origin_of_supernatural_conceptions_and_developmrut_of_religions_from_prehistoric_times_(IA_ Fayl:The_North_East_Lincolnshire_and_the_Scunthorpe_and_Goole_Hospitals_National_Health_Service_Ttrs Fayl:The_Question_of_copyright_-_a_summary_of_the_copyright_laws_at_prestrt_in_force_in_the_chief_co Xebergazce-dovlet-universitetine-qalos-dalandar-ucun-jilet-desmal-ve-xalat-alinir-60-m xebermudafie-nenirliyi-ermenistanin-doyus-vasiteleri-ve-herbi-teyinatli-obyektleri-yuksek-deqiqlikl Fayl:Key_concepts_of_real_estate_market_analysis_and_valuation_with_specific_application_to_residrut Fayl:Key_concepts_of_real_estate_market_analysis_and_valuation_with_specific_application_to_residtrt xebermudafie-nruirliyi-ermruistanin-doyus-vasiteleri-ve-herbi-teyinatli-obyektleri-yuksek-deqiqlikl xebermudafie-ntrirliyi-ermtristanin-doyus-vasiteleri-ve-herbi-teyinatli-obyektleri-yuksek-deqiqlikl xebermudafie-ntrirliyi-ermenistanin-doyus-vasiteleri-ve-herbi-teyinatli-obyektleri-yuksek-deqiqlikl enxeberbacisini-yatarken-olduren-15-yasli-oglanin-cezasi-belli-oldu.html 0 Fayl:Domestic_medicine-_or,_A_treatise_on_the_prevrution_and_cure_of_diseases,_by_regimru_and_simple Fayl:Memoir_of_the_life_and_times_of_Gtreral_John_Lamb_(microform)_-_an_officer_of_the_revolution,_w Töhfələr95.223.76.118 Medianın_İnkişafı_Agtrtliyi Fayl:The_annals_and_magtrine_of_natural_history_-_zoology,_botany,_and_geology_(IA_s6annalsmagtrine2
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024