Teymur Hüseynov (xalq komissarı) Haqqinda Melumat - Vikipedia

Teymur Hüseynov (xalq komissarı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Teymur Hüseynov (xalq komissarı)

Teymur Əbdüləli oğlu Hüseynov (1892, Şamaxı5 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Torpaq Komissarı, Yeni Türk Əlifba Komitəsinin sədr müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, Yeni Yol qəzetinin baş redaktoru.

Teymur Hüseynov
bayraq
Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1920 – 1925
ƏvvəlkiTəsis olundu.
bayraq
Yeni Türk Əlifbası Komitəsinin sədr müavini
bayraq2
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1938(1938-01-05)
Vəfat yeri
Partiya
Təhsili

Həyatı redaktə

Teymur Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur.

Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür.

Siyasi fəaliyyəti redaktə

1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır.

Bir müddət Azərbaycan Xalq Torpaq Komissarı vəzifəsində çalışmışdır. Eyni zamanda o, Yeni Türk Əlifba Komitəsi sədrinin müavini də olmuşdur.

1920–1925-ci illərdə Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsində şöbə müdirinin müavini vəzifəsində də çalışmışdır.

İctimai fəaliyyəti redaktə

Gürcüstan SSR və Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin mətbu orqanı olan "Yeni yol" qəzetinə bir müddət Teymur Hüseynov baş redaktorluq etmişdir.

Mənbə redaktə

  • "Teymur Hüseynov". adam.az. 2016-03-05. (#archive_missing_date) tarixində arxivləşdirilib.

İstinadlar redaktə


Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024