Teymur bəy Qulubəyov Haqqinda Melumat - Vikipedia

Teymur bəy Qulubəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Teymur bəy Qulubəyov

xeyriyyəçi, milyonçu

Teymur bəy Qulubəyov (1885, Bakı1918, Bakı) — xeyriyyəçi, milyonçu.

Teymur bəy Qulubəyov
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 1918
Vəfat yeri

Həyatı redaktə

Teymur bəy Qulubəyov neft qüllələrinin və bir neçə kerosin-benzin zavodlarını birləşdirən ticarət evinin yaradıcılarından biri olmuşdur. O, Nəcəfqulu Məmmədov ilə birlikdə 1909-cu ildə "T. Qulubəyovun və N. Məmmədovun ticarət evi"ni təşkil edirlər. Ticarət evinin BalaxanıdaSabunçuda neft mədənləri, kerosin və benzin zavodları olub. Neft mədənlərinin istismarına 1913-cü ildə başlayıblar. Ayda 30 min pud neft çıxarırdılar. Öz neftlərindən əlavə kerosin zavodları üçün bir il müddətində 10 milyon pud neft almışdılar. İldə iki milyon yarımadək benzin emal edirdilər.

Ticarət evinin Xəzər dənizində gəmiləri, neft məhsullarını daşımaq üçün özlərinin xüsusi vaqon-sistemləri vardı. Bakıda, Petrovskda, Tiflisdə, Vladiqafqazda, Yekaterinadarda, Stavropol quberniyasında, Varşavada, Lodzda, Minskdə kontor və anbarları vardı.

T.Qulubəyov bir çox tanınmış neft sənayeçiləri ilə, o cümlədən Hacı Zeynalabdın Tağıyev ilə sahibkarlıq fəaliyyəti göstərirdi. O bir çox xarici şirkətlərlə əməkdaşlıq edirdi.

Ailəsi redaktə

Teymur bəy Hüsniyyə xanımla ailə qurmuşdu. Əşrəf bəy adlı oğlu vardı.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024