The Simpsons Haqqinda Melumat - Vikipedia

The Simpsons Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Simpsonlar

(The Simpsons səhifəsindən istiqamətləndirilmişdir)

Simpsonlar (ing. The Simpsons) — Mett Qreyninq tərəfindən Fox Broadcasting Company üçün yaradılmış ABŞ istehsalı cizgi-serialı. Homer, Marc, Bart, LizaMeggi üzvlərindən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.[4].

Simpsonlar
ing. The Simpsons
Janr sitkom, satira, Qara yumor
Rolları səsləndirənlər Den Kastellaneta
Culiya Kavner
Nensi Kartrayt
Yardli Smit
Henk Azaria
Harri Şirer
Studiya 20th Century Fox
Ölkə
Dil ingilis dili[3]
Mövsümlərin sayı 34
Seriyaların sayı 763[1][2]
Seriyanın müddəti 22 dəq.
Telekanal Fox Broadcasting Company
IMDb ID0096697
Rəsmi saytı

Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlandı. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-da göstərilməyə başlamışdır[5]. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadıldı[6].

Sentyabrın 26-sı, 2010-cu ildə Simpsonların 22-ci mövsümünün işıq üzü görəcəyi planlaşdırılır. Bu satirik cizgi filmi özündə orta statistik amerikalının həyat tərzini əks etdirir, siyasət və din kimi bir çox aktual mövzulara toxunur. Bu cizgi filmində eynicinsdən olanların nigahı, darvinist və kreasionistlərin mübarizəsi, İraq müharibəsi kimi ciddi mövzular da kölgədə qalmamışdır.

Təsadüfi deyildir ki, "Time" jurnalı 1998-ci ildə "Simsonlar" cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir. Lakin bəzi tənqidçilərin fikrincə, Simpsonlar son illər öz əvvəlki sosial əhəmiyyətini və yumor tərzini itirmək üzrədirlər. Buna baxmayaraq, 27 iyul 2007-ci il tarixində ABŞ-də ekranlara Simsonların tammetrajlı filmi çıxdı[7][8].

Personajlar redaktə

Serialın əsas personajları filmin yaradıcısı olan Mett Qrouninqin təxəyyülünün məhsuludur. Filmin əsas qəhrəmanlarının adı Mettin ailəsindən götürülüb. Belə ki, Liza və Meggi onun bacıları, Marc onun anası,Homer isə onun atasının adıdır. Bart Simpsonun adı isə ingiliscədə "dəcəl uşaq" mənasına gələn "brat" sözünün anaqramıdır[9].

Hadisələr harada cərəyan edir redaktə

Hadisələr ABŞ-də , Sprinqfild adlı şəhərdə cərəyan edir. Əslində ABŞ-də bu adda bir neçə şəhər var. Məhz buna görə də bu ad əsas şəhər kimi seçilmişdir. Serialın həvəskarları uzun müddət bu şəhərin məhz hansı Sprinqfild olduğunu araşdırmağa çalışsalar da, indiyədək bu suala cavab tapa bilməyiblər. Mett Qrouninq isə əslində serialdakı Sprinqfildin onun fantaziyasının məhsulu olduğunu bildirərək bu şəhərin ABŞ-dəki Sprinqfildlərdən heç birinin olmadığını vurğulamışdır.

Serialın xarakterik cəhətləri redaktə

Serialı digərlərindən fərqləndirən xüsusiyyətləri onu daha maraqlı edir. Məsələn, serialın başlanğıc şəkli hər dəfə fərqli şəkildə olur. Adətən bu başlıq ailənin hər bir üzvünün evə gəlməsini nümayiş etdirir. Bunlara aiddir: -Liza Simpsonun musiqi sinfində saksafonda ifa etdiyi musiqi (bunun 10-a yaxın variantı mövcuddur). -Bartın lövhədə yazdığı cümlə. -Nəhayət, Simsonların divanın ətrafında yığışması. Bu hissəyə serialın pərəstişkarları "divan səhnəciyi" deyirlər. Bu tipli dəyişkən səhnələr həmçinin "Futurama" və "American Dad" multseriallarında da mövcuddur.

Təkrarlanan səhnələr redaktə

Homerin Bartı boğması
— Bartın Monun barına telefon zəngləri (zəng edərək Bart Modan hansısa gülməli adlı adamı çağırmağı xahiş edir).
— Monun yeni il ərəfəsində özünü öldürmək cəhdləri

Maraqlı faktlar redaktə

  • 25 yanvar 2009-cu il tarixində ilk dəfə efirə çıxmış "Liza - Dram Kraliçası" seriyasında (20 mövsümün 9-cu seriyası) Liza Simpson keçiriləcək BMT sammitində Azərbaycanı təmsil edir.

İstinadlar redaktə

  1. https://www.hollywoodreporter.com/live-feed/animated-series-adapt-keep-production-going-industry-wide-shutdown-1286340.
  2. https://www.betaseries.com/serie/simpsons.
  3. 3,0 3,1 3,2 fernsehserien.de (alm.).
  4. "Die Simpsons in Afrika". 2009-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  5. ""The Tracey Ullman Show" Episode #1.3 (1987)". 2013-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
  6. "April 19, 1987: The Simpsons First Aired". January 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2011.
  7. "Simpsons Movie". 2012-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  8. "www.springfield.ru". 2012-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  9. Hərflərin yer dəyişməsindən yaranan söz

Xarici keçidlər redaktə


Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023