Thymus fedtschenkoi Haqqinda Melumat - Vikipedia

Thymus fedtschenkoi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fedçenko kəklikotusu

bitki növü
(Thymus fedtschenkoi səhifəsindən istiqamətləndirilmişdir)

Fedçenko kəklikotusu (lat. Thymus fedtschenkoi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iii,iv,v).

Fedçenko kəklikotusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı redaktə

Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır. Azərbaycanda arealı dardır. Azərbaycan daxilində Kiçik Qafqazda bitir. Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda rast gəlinir.

Bioloji xüsusiyyətləri redaktə

Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni ölçülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa, üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

İstifаdəsi redaktə

Efir yağlı, fitonsid xüsusiyyətə malik bitkidir. Yarpaqlarında yeyinti sənayesində ədviyyat kimi istifadə edilir.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi redaktə

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri redaktə

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri redaktə

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 190 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024