Thymus karamarianicus Haqqinda Melumat - Vikipedia

Thymus karamarianicus Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaramərğəm kəklikotu

bitki növü
(Thymus karamarianicus səhifəsindən istiqamətləndirilmişdir)

Qaramərğəm kəklikotu (lat. Thymus karamarianicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.

Qaramərğəm kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Qafqazda geniş yayılmışdır

Botaniki təsviri redaktə

Hündürlüyü 15–25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, saplaqların uzunluğu 15–25 mm, eni 4–8 mm, ellipsvari, kənarları tükcüklüdür. Aşağı gövdə yarpaqları uzun saplaqlarda yerləşir, yumurtavari və yan damarcıqları aydın görünür. Çiçək qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tükcüklüdür. Yuxarı dişcikləri neştərvari, kənarları tükcüklüdür. Çiçək tacı ağ borucuqlu və bükükdə bənövşəyi xallıdır. V–VI aylarında çiçəkləyir, iyul ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Ekologiyası redaktə

Aşağı dağ zolağında quru, daşlıq yamaclarda bitir.

Azərbaycanda yayılması redaktə

Azərbaycanda arealı dardır. Kür düzənliyində rast gəlinir. Azərbaycanın nadir və relikt növüdür. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.

İstifadəsi redaktə

Yarpaqları dərman əhəmiyyətli, efir yağlı bitkidir.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024